Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--YENILƏNİB

Tbilisidə “Çağdaş Azərbaycan poeziyası” antologiyasının təqdimatı olub

Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--YENILƏNİB Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--YENILƏNİB Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--YENILƏNİB Noyabrın 21-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” adlı layihə çərçivəsində çap olunmuş - müasir Azərbaycan şairlərinin gürcü dilinə tərcümə olunmuş şeirlərindən ibarət “Çağdaş Azərbaycan poeziyası” antologiyasının təqdimatı olub.

M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gürcüstan bölməsinin və Azərbaycan-Gürcüstan “Varlıq” Mədəniyyət Mərkəzinin birgə təşkil etdiyi tədbirdə hər iki ölkənin yazıçı və şairləri, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Muzeyin direktoru Leyla Əliyeva Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb, hər iki ölkənin şair və yazıçılarının əsərlərinin tərcümə olunaraq yayılmasının mədəni münasibətlərin inkişafına töhfə verdiyini qeyd edib.

AYB-nin və “Varlıq” Mədəniyyət Mərkəzinin sədri Rafiq Hümbət deyib ki, antologiya gürcü dilinə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” adlı layihə çərçivəsində çapdan çıxıb.

“QHT Nəşriyyatı”nda 350 tirajla nəşr olunan kitabda ədəbi ictimaiyyətin yaxşı tanıdığı, müxtəlif ədəbi nəsilləri təmsil edən 22 Azərbaycan şairinin 100-dən çox əsərindən ibarət nümunələr yer alıb. Bu kitablar gənc nəslin poeziyaya marağının artmasında və yazarlarımızın tanımasında mühüm rol oynayır.

Nəşrin məsləhətçisi Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Millət vəkili, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, layihənin rəhbəri şair-publisist Dəyanət Osmanlıdır.

Şeirləri gürcü dilinə Neli Məmmədova, Zezva Medulaşvili, İmir Məmmədli, Oktay Kazımov, Anna Bartkulaşvili Niha Zorzaneli tərcümə ediblər.

“Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı turan.info.az-a bildirib ki, bu layihənin məqsədi müasir Azərbaycan şairlərinin xaricdə tanıdılması, Azərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələrinin inkişafına kömək etməkdir. Çağdaş Azərbaycan poeziyası gürcü dilində antologiya halında çıxması ilk təşəbbüsdür və ədəbiyyatımızın qonşu və dost ölkə olan Gürcüstanın ictimai, elmi, ədəbi mühitində təbliğinə yönəlib.

Kitab Gürcüstanda kitabxanalara, mədəniyyət mərkəzlərinə və digər uyğun müvafiq ictimai qurumlara hədiyyə olaraq paylanacaq.

P.S.: Biz də “Çağdaş Azərbaycan poeziyası” antologiyasının bütün yaradıcı heyətini ürəkdən təbrik edir və yeni-yeni uğurlar arzulayırıq!..
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

M.F.Axundzadə adına Muzey, Bədii Tərcümə, Tiflis
“Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” adlı kitab nəşr olunub

“Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” adlı kitab nəşr olunub

Yeni nəşrlər, Ədəbi əlaqələr
Tiflisdə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı tədbir keçirilib

Tiflisdə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı tədbir keçirilib

Tiflis, QHT
“Müstəqilliyin 25 ili: Azərbaycançılıq ideyası və dil siyasəti” adlı kitab  ...

“Müstəqilliyin 25 ili: Azərbaycançılıq ideyası və dil siyasəti” adlı kitab ...

Azərbaycan
Tbilisidə Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişaf perspektivləri m ...

Tbilisidə Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişaf perspektivləri m ...

M.F.Axundzadə adına Muzey, Tiflis
Azərbaycan-Gürcüstan dostluğu günləri mövzusunda yeni layihənin icrasına ba ...

Azərbaycan-Gürcüstan dostluğu günləri mövzusunda yeni layihənin icrasına ba ...

Ədəbi əlaqələr, QHT
ÇAĞDAŞ GÜRCÜ-AZƏRBAYCAN POEZİYA ANTALOGİYASININ TƏQDİMATI OLUB

ÇAĞDAŞ GÜRCÜ-AZƏRBAYCAN POEZİYA ANTALOGİYASININ TƏQDİMATI OLUB

Ədəbi əlaqələr
Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Bədii Tərcümə, Tiflis, Msxeta, "Varlıq"
Tiflisdə Azərbaycan yazıçılarının əsərlərindən ibarət

Tiflisdə Azərbaycan yazıçılarının əsərlərindən ibarət "Müasir Azərbaycan n ...

Ədəbi əlaqələr, Tiflis
Borçalıda Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin tanıdılması və  ...

Borçalıda Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin tanıdılması və ...

Folklor, Bolus
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr  ...

Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr ...

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə
Azərbaycançılıq ideyası və milli-mənəvi inkişaf mövzusunda yeni layihənin i ...

Azərbaycançılıq ideyası və milli-mənəvi inkişaf mövzusunda yeni layihənin i ...

Azərbaycan
Tbilisidə Azərbaycan–Gürcüstan münasibətlərindən bəhs edən kitabın təqdimat ...

Tbilisidə Azərbaycan–Gürcüstan münasibətlərindən bəhs edən kitabın təqdimat ...

Tiflis
Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis
Gürcüstandakı “Ceyran” rəqs qrupuna milli geyim formaları hədiyyə edilib

Gürcüstandakı “Ceyran” rəqs qrupuna milli geyim formaları hədiyyə edilib

MEDİA, Tiflis
Gürcüstan Yazıçılar Birliyində Azərbaycan bölməsi açılıb

Gürcüstan Yazıçılar Birliyində Azərbaycan bölməsi açılıb

Ədəbi əlaqələr, Gürcüstan, Tiflis, Qarayazı
“Molla Pənah Vaqifin şeirləri” iki dildə

“Molla Pənah Vaqifin şeirləri” iki dildə

Ədəbi əlaqələr, Bədii Tərcümə
RƏŞİD FAXRALININ KİTABI GÜRCÜ DİLİNDƏ İŞIQ ÜZÜ GÖRÜB

RƏŞİD FAXRALININ KİTABI GÜRCÜ DİLİNDƏ İŞIQ ÜZÜ GÖRÜB

Ədəbi əlaqələr, Bədii Tərcümə, Bolus, Müşfiq Borçalı
“Ahıllara və Tənhalara Dəstək” İB yeni layihəyə start verir

“Ahıllara və Tənhalara Dəstək” İB yeni layihəyə start verir

Sosial
Azərbaycan-Gürcüstan ədəbi əlaqələri genişlənir

Azərbaycan-Gürcüstan ədəbi əlaqələri genişlənir

Gürcüstan, Mədəd Çobanov
Rəy yazın: