ZİYADXAN QƏLİZ (1947)

ZİYADXAN QƏLİZ (1947)
ZİYADXAN QƏLİZ
(1947)

Haqqında söhbət açmaq istədiyimiz istedadlı və istedadlı olduğu qədər də təvazökar olan zəhmətkeş qələm sahibi ZİYADXAN QƏLİZ 1947-ci ildə qədim Borçalı mahalının ağır ellərindən olan Darvaz kəndində ana­dan olub. Orta təhsilini doğma kəndində,
ali təhsilini isə Bakıda alıb.
Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universitetini) bitirib (1967-1972).
Ailəlidir, 4 övladı, 6 nəvəsi var. Hazırda Bakıda yaşayır.

Yara­dıcılıqla gənc yaşlarından məşğul olan Ziyadxan Qəlizin şerləri müxtəlif qəzetlərdə çap olunub.
Lakin kitablarını çap etdirməyə tələsməyib. Elə buna görə də imzası çox tanınmayıb.
Bu yaxınlarda isə müəllifin dalbadal 3 kitabı nəfis şəkildə işıq üzü görüb.
Hələ çap olunmamış bir neçə nəsr əsəri, yüzlərlə şeri, poeması var.

Müəllifin "Yarımçıq ömür..." adlanan ilk kitabında müxtəlif illərdə qələmə aldığı hekayələri toplanıb.
El-obada, xalq arasında daha çox Xan kimi tanınan Ziyadxan Qəlizin hekayələrində ovçuluq peşəsinin mürəkkəbliyindən və incəliyindən bəhs edilir. Kitabda müəllif füsünkar mənzərələr açır, təbiətin əsrarəngiz gözəlliyini - yaşıl ormanları, sıldırım qayaları, başı daim qarlı dağları, dərin dərələri və buz bulaqları ona vurğun kimi böyük şövqlə tərənnüm edir, canlı təbiət lövhələri yaradır.
Bədii təhkiyə üslubunda qələmə alınıb xalq danışıq dilində yazılan və oxucunu öz ardınca təbiətin ecazkar qoynuna aparan "Yarımçıq ömür..." kitabı Z.Qəlizin ovçu yoldaşları ilə birgə macəralarla dolu ovçuluq ömrünün 30 ilinə işıq salır.

"Qartal səsi" kitabı Ziyadxan Qəlizin oxucularla ikinci görüşü olsa da, kitabı oxuyanda aydınca hiss olunur ki, bu imzanın sahibi yaradıcılığa gənc yaşlarından başlayıb. Müəllifin oxucularla vaxtında görüşə gəlməsinə sadəcə təvazökarlığı mane olub.
"Qartal səsi"ndə millətin, vətənin təəssübünü çəkən, cəmiyyətdə gördüyü haqsızlıqlara, insanların etibarsızlığına, vəfasızlığına göz yuma bilməyən, gördüklərini misraların dili ilə poetikləşdirib nəsihətamiz tərzdə oxucuya çatdıran müdrik bir insanın səsi, ürək çırpıntıları eşidilir. Şair təbiətin ecazkar mənzərələrini də uğurlu misralarla təsvir edə bilib.
"Qartal səsi"ndə millətinin, vətəninin təəssübünü çəkən, cə­miy­yətdə gördüyü haqsızlıqlara, insanların etibarsızlığına, vəfasız­lığına göz yuma bilməyən, gördüklərini misraların dili ilə poe­tikləşdirib nəsihətamiz tərzdə oxucuya çatdıran müdrik bir insanın səsi, ürək çırpıntıları eşidilir. Şair təbiətin ecazkar mənzərələrini də uğurlu misralarla təsvir edə bilib. Elə buna görə də, Ziyadxan Qəlizin bu kitabı da oxucular tərəfindən böyük maraqla qarşı­landı.

"Kədər yaşı" Ziyadxan Qəlizin sayca üçüncü kitabıdır. Kitabda şairin peotik dünyasını aydınladan, zamanın gərdişiylə dəyişən, həyat reallıqlarına söykənən şerləri toplanmışdır. Kitaba Azər­baycan Yazıçılar Birliyinin üzvü Vəli Xramçaylı Önsöz yazmışdır.
Lirik növün bir çox janrlarında - qoşma, gəraylı, qəzəl və təm­sillərdə qələmini sınayan, sözünü deyən Ziyadxan Qəlizin poeziyası hə­qiqətə, reallığa söykənməklə yanaşı, fikir baxımından orijinaldır, özünəməxsusdur.

Həyat həqiqətlərini olduğu kimi poetikləşdirən şairin bu kitabı onun xarakterik cizgilərinin təsviridir desək, yanılmarıq. İnsana sevgi, Tanrıya inam Ziyadxan Qəlizin şerlərində bəşəriyyətə nəsihətamiz bir çağırış kimi səslənir. Gəncliyə ağsaqqal məsləhəti ilə səslənən Ziyadxan Qəliz bu dünyanın faniliyini, hər kəsin əməlinə görə qiymət alacağını poetik obrazlarla təqdim edir. kitabda toplanmış şerlərdə həmçinin şairin müdriklik, mərdlik, alicənablıq və kişilik fəlsəfəsi öz əksini tapmışdır.

Kitabda müəllifin son dövrlər yazdığı qoşmaları, qəzəl və təmsilləri toplanmışdır. Orijinal yaradıcılıq üslubuna malik şairin qoşma və qəzəllərində təbiət, insan və zaman anlayışları poetik ümumiləşdirmələr vasitəsilə təsvir olunur, oxucuya rahatlıq gətirir.

Bir sözlə, İnanırıq ki, Ziyadxan Qəlizin bu kitabı da yazıçının digər uğurları kimi, oxucuların böyük marağına səbəb olacaq və onu yeni-yeni əsərlər yazmağa sövq edəcəkdir.

Biz də Ziyadxan Qəlizə yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda
onun bir neçə şeirini oxucularımıza təqdim edirik.

Müşfiq BORÇALI,
"ŞƏRQİN SƏSİ" qəzeti,
15 mart, 2012-ci il.


ZİYADXAN QƏLİZ (1947)

ZİYA

(Ulu Borçalımızın, doğma Darvazımızın əziz, mötəbər, mətin,
qeyrətli və cəsur oğlu Ziya Almaz oğlu Abbasova)


Bu sirli dünyaya sınaq sal, ara,
Qeyrətdə zirvədə durandı Ziya.
Ad-sanı düşməni lərzəyə salan,
Əzəldən hünərvər yarandı Ziya.

Vətənə, elinə verəndi canı,
Hər yana ad salıb, onun ad-sanı.
Varsa belə insan, göstərin, hanı?
Hər işi ağılla qurandı Ziya.

Tanrının verdiyi paydı, qismətdi,
Dünyada var-halı ardı, ismətdi,
Hər kəsə etdiyi hörmət, izzətdi,
Haqqın haqq işinə varandı Ziya.

Ay Qəliz, bu oğul haqq verən paydı,
Qəlbi sudan duru, ləkəsiz aydı.
Düz kəsə bahardı, xoş güzar, yaydı,
Nadana çovğundu, borandı Ziya.

ZİYADXAN QƏLİZ (1947)

DARVAZIN

Bir yanı keçilməz qalın meşədi,
Bir yanı Şindidi - Yaldı Darvazın.
Soyuq bulaqları şəfa gətirən,
Yavan çörəyi də baldı Darvazın.

Əzəldən qohumdu nəsili, soyu,
Onunçün bir keçir bayramı, toyu,
Qeyrətdə yenilməz əsrlər boyu,
Dözümü qayadı, saldı Darvazın.

Dərdinə-sərinə olaram qurban,
Unuda bilmərəm o yeri bir an.
Gör necə gül-çiçək, yaşıldı hər yan,
Adı dildə dastan oldu Darvazın.

Qəlizin qəlbinə fərah dolmadı,
Köçdü dəliqanlı, ərən qalmadı...
Gözlədi, geriyə köçən olmadı,
Gözləri yollarda qaldı Darvazın.

Ziyadxan QƏLİZ

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

Bolus, Təbriklər, Müşfiq Borçalı
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

"Borçalı" Cəmiyyəti
Ziyadxan Sərdar:

Ziyadxan Sərdar: "Taleyi yüz qollu dastan..."

"Ümid", Poeziya, Bolus
Duyğu və düşüncə yolçusu: ZİYADXAN BUDAQ

Duyğu və düşüncə yolçusu: ZİYADXAN BUDAQ

Bolus, Müşfiq Borçalı
Təbrik edirik, Təhməz müəllim!

Təbrik edirik, Təhməz müəllim!

Borçalı, Təbriklər
Ötərxan Eltacın “Qurd balası” kitabının təqdimatı keçirilib

Ötərxan Eltacın “Qurd balası” kitabının təqdimatı keçirilib

Azərbaycan, Publisistika
Dənizçi-şair Səxavət Ənvəroğlu hara gedir???

Dənizçi-şair Səxavət Ənvəroğlu hara gedir???

Yeni nəşrlər
NƏRMİNƏ ABDULLAYEVAya Başsağlığı

NƏRMİNƏ ABDULLAYEVAya Başsağlığı

TDPİ-nin Azərbaycan bölməsi, Kolleclər, Başkeçid, Nekroloqlar
Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Folklor
Hacan Hacısoyun “Yurdum-yuvam” adlı yeni kitabı işıq üzü görüb

Hacan Hacısoyun “Yurdum-yuvam” adlı yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Qaraçöp
Səxavət Ənvəroğlunun yeni kitabı çıxıb

Səxavət Ənvəroğlunun yeni kitabı çıxıb

Yeni nəşrlər
Yüz yaşa, MÜŞFİQ BORÇALI!..

Yüz yaşa, MÜŞFİQ BORÇALI!..

Darvaz, Arxiv
Bakıda məşhur gürcü yazıçısı Naro Kolxelinin kitabı çap olunub

Bakıda məşhur gürcü yazıçısı Naro Kolxelinin kitabı çap olunub

Fond, Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Darvaz, Müşfiq Borçalı
YENİ KİTAB:

YENİ KİTAB: "Dostlara dost töhfəsi"

"Şərqin səsi", Arxiv
Şairin yeni kitabı çıxıb

Şairin yeni kitabı çıxıb

Yeni nəşrlər
Borçalıda Ozanlar ozanı TƏHLƏLİ NOVRUZun  xatirəsi anılıb

Borçalıda Ozanlar ozanı TƏHLƏLİ NOVRUZun xatirəsi anılıb

Borçalı, Qarayazı
İMZASINDAN  TANINAN  ŞAİR

İMZASINDAN TANINAN ŞAİR

Müşfiq Borçalı, Ramiz Abdullayev
İsaxan  İlyazoğlu  (1960)

İsaxan İlyazoğlu (1960)

TDPİ-nin Azərbaycan bölməsi, Başkeçid
Mübariz Hüseyn Borçalı (1960): RÜBAİLƏR

Mübariz Hüseyn Borçalı (1960): RÜBAİLƏR

RÜBAİLƏR
KEÇMİŞƏ BOYLANIB,  GƏLƏCƏYƏ ÜZ TUTAN ŞAİR - Yəhya BORÇALI

KEÇMİŞƏ BOYLANIB, GƏLƏCƏYƏ ÜZ TUTAN ŞAİR - Yəhya BORÇALI

Darvaz
Rəy yazın: