[email protected]
ERMƏNİSTANDA ÖZÜNÜ
ZORLA PREZİDENT ETMİŞ,
AZƏRBAYCAN VƏTƏNDAŞI
SERJ SƏRKİSYANA
TÖVSİYƏLƏR
I tövsiyə
“Ağıl insanda çooooox bahalı şeydir, a bala!..” Lala nənəmin bu müdrik nəsihətinin Ermənistan Prezidenti Serj Sarkiysyan üçün çox faydası ola biləcəyinə böyük inamla...”
Ey S-e-r-j! Diqqətlə qulaq as və dediklərimi qulaqlarında sırğa et ki, hər an sən hərəkət etdikcə, hətta yatarkən yerində çabaladıqca qulaqlarında tərpənərək, dediklərim yaddaşına yazılana qədər hər an sənə tövsiyələrimi xatırlada bilsin. Tövsiyələrim nədən ibarətdir?
Rəhmətlik Lala nənəm, bəzi uşaqlar sözə baxmayanda, şuluqluq, naqislık, yaramazlıq edəndə, həmişə onlara belə bir hikməti təkrar-təkrar söyləyərdi, deyərdi ki, “A bala, ağıl, adamda çooooox bahalı şeydi!..” Bu nə demək idi? Bu, o demək idi ki, ağıl insana bazardan, dükandan pul-para ilə və yaxud da qonşudan yumurta kimi əlborcu alınıb verilmir. Ağıl, tayı-bərabəri olmayan elə bir sərvətdir ki, onu heç bir var-dövlətlə satın almaq mümkün deyildir. Ağıl insana Allah tərəfindən verilir. Ona görə də, ağlı az olanlara həmişə “ağıllı ol!” deyirlər. İndi, mən sənə “ağlı az” demirəm, sadəcə çalış “ ağıllı ola bil!” deyirəm.
Sənə, uşaqlığımda kəndimizdə şahidi olduğum bir əhvalatı söyləmək istəyirəm. Bizim kəndin tən ortasından bir çay axır. Biz bütün yayı həmişə o çaydan həm balıq tutar, həm də çayda çimərdik. Çayın “Sarı qaya” deyilən yüksək bir yeri vardı. Oradan biz kəlləsi üstə çaya tullanırdıq. Çox gözəl adrenalin verirdi bu tullanış. Amma hər kəs tullana bilmirdi. Bəzən, aşağı kənddən gələn, “Sarı qayadan” tullana bilməyən uşaqları gülmək üçün, “Sarı qayanın dibində iri balıqlar üzür, kim tullansa ayağının altında qalır və tez balığı tuta bilir” yalanı ilə aldadırdılar. Ağlı başında olanlar anlayırdılar ki, həm çimərlikdə, şappa-şupun içində balıq olmaz, həm də balıq varsa bəs onda bunlar niyə qayanın qaşında oturub özlərini günə verirlər? Tamahını saxlaya bilməyən, “balıq sevdası”na şirnikən ağlı azlar, ağıllıların “ayə, inanmayın, yalandır!” sözlərinə heç məhəl də qoymurdular, tappıltı ilə özlərini "Sarı qaya"dan üzü aşağı çaya atırdılar. Qayanın qaşında oturub günə qızınanlar şaqqanaq çəkib gülüşürdülər. "Sarı qaya"nın dibində balıq nə gəzirdi. Bax, bu anda həmişə nənəmin dediyi, “ağıl adamda çooooox bahalı şeydi, a bala!” hikməti işıq sürəti ilə beynimdə fırlanırdı. Ağıllı olmağın, ağılsızlıqla fərqi dərhal anlaşılırdı.
İndi mən Lala nənəmə rəhmət, sənin məzlum xalqına da hörmət niyyəti ilə, “ağıllı ol!” hikmətini qulaqlarında sırğa etmək tövsiyəsi ilə deyirəm:” ey Serj, ey S-e-r-j, anla, bil ki, çimərlikdə, şappaşupun içində balıq olmaz!”
Bilirsən, düzünü deyim ki, hal-hazırda sənin vəziyyətin, "Sarı qaya"nın başında durub, balıq sevdasına inanmaq mərhələsini çoxdan keçmiş bir məqamdadır. Sən "Sarı qaya"dan özünü çaya atıb, ayağı balığa dəyməyən və qayanın qaşında durub sənə gülüşənlərin pərtçiliyini yaşayan ağlı azların durumundasan. Məni düzgün anla, mən sənə “ağlı az” demək istəmirəm, sadəcə “ağıllı ol! Küyə düşmə!” deyirəm. İndi bir səhvdir, qayanın qaşında oturub özlərini günə verənlərin tələsinə düşüb aldanıb, səninlə bərabər çimməyə gələn, səni ağıllı hesab edib arxanca çaya tullananları da, özünü də bu gülünc vəziyyətə salıbsan. Nolar, “adamın başına iş gələr” deyiblər. Ancaq özünü də başının dəstəsini də bu gülünc vəziyyətdən çıxartmaq üçün, sakitcə çaydan çıx və dəstəni də götürüb öz yerinə çəkil. Bir də heç kəsin “Sarı qaya”sının qaşına getmə. İşdi əgər getməli olsan da qonaq qismində davran. Özünü oda-közə vurma, yanarsan! Öz kəndində nə varsa, ona qail ol! Vallah bu təkcə sənə xeyir gətirməz, həm də səni ağıllı sanıb, sənə inanıb arxanca hara gəldi özünü çırpanlara da xeyir gətirər.
Yəni sən doğrudandamı inanırsan ki, böyük bir xalqın çimərliyindən özbaşına, icazəsiz, qoluzorluluqla balıq tuta bilərsən? Axı bu çimərliyin xalqı, milləti qayadan niyə və necə atlanmağın bütün mükəmməlliyini əlifbadan öyrənib. Balıqların harada üzdüyünü, nə ilə, necə və hardan tutmaq həqiqətini, gözüyumulu yol gedə bilmək qüdrətinə malik insan kimi əzbərdən bilirlər!
Ey Serj, ir məsələni də mən bu tövsiyəmdə sənə xatırlatmağı vacib hesab edirəm. Dünən Şamaxıya getmişdim. Dağın ətəyində gözəl bir kənd gördüm. Şamaxılı dostlarıma, “bu kənd nə gözəl yerdə yerləşir!” deyə heyranlığımı bildirdim. Dostlarım, “vaxtilə ermənilər buraya köç edəndə yerləşmək üçün oranı seçmişdilər və gördüyün o kənddə ermənilər yaşayırdılar” dedi.
Ey Serj, ey S-e-r-j! Axı, vaxtilə sənin zavallı xalqın Azərbaycanda ən gözəl yerləri zəbt etmişdilər. (Elə sən özün də!) Ən yaxşı vəzifələri onlar mənimsəmişdilər. (Elə sən özün də!) O zamanlar çox halda, qayanın zirvəsində sənin o vaxtlar xoşbəxt, indi isə zavallı millətinin nümayəndələri özlərini günə verirdilər. (Elə sən özün də!) Heç bizlərə o zirvədə yer də tspılmırdı. Bu həqiqəti sən dana bilməzsən ki! Hətta biz azərbaycanlıların taleyini, Azərbaycanda ermənilər həll edirdilər. Niyə qoymadın sənin zavallı millətin qayanın uca yüksəkliyində özlərini günəşin şüasında rahatca günə versinlər? Niyə zavallı xalqını “balıq sevdası” ilə təpəsi üstə çaya tökdün? İndi sizi bu çaydan kim çıxaracaqdır? Sizi çaya töküb, kənardan gizli-gizli qəh-qəhə çəkənlərə bel bağlamaq, sizi ya çayda boğulub ölməyə vadar edəcək, ya da, bir də bu yerlərə gələ bilməmək təhlükəsi ilə üz-üzə qoyacaq. Amma yenə də bizim humanizmimizə söykənib, necə ki, bizim dədə-baba torpaqlarımızda dövlət sahibləri olmusunuz, eləcə də yapışın İlham Əliyevin şalvarının ətəyindən, sürünüb bir tərəfə çıxın. Yazıq, zavallı qara camaatı, günahsız erməniləri daşın-kəsəyin içində mənasız-mənasız az sürüklə o tərəf- bu tərəfə ey “ağıllı” Serj. Bax gördünmü, mən sənə ağılsız demədim. Sadəcə olaraq ağıllı sözünü dırnaq içinə aldım. İndi sən çalış ağıllı ola biləsən ki, mənim sənə verdiyim bu “dəyərin” bir mənası olsun.
Axı sənin ömrün bir insan ömründən artıq deyildir. Millətin, xalqın ömrü dünya durduqca uzana biləcəyi halda, öz xalqına niyə bu qədər qənim kəsilibsən? Öz millətini, xalqını mənasız sövdalar arxasınca uçuruma, ölümə aparmaq, ən azından xalqına düşmənçilik deyilmi?! Niyə sənin gözün doymur? Axı, sizə hədiyyə olunmuş torpaqları öz sayınızla doldura bilmədiyiniz, əkib-becərə bilmədiyiniz halda artıq torpaqlar mənimsəməklə nə etmək niyyətindəsiniz? Dənizdən-dənizə? Axı sən özün yaxşı bilirsən ki, bu gülməli fərziyəyə nail olmaq mümkün deyildir! Həm ona görə ki, bu uydurma, əjdahanın ağzında çabalayan qurbağanın əgdahanı uda bilmək uydurmasına bənzəyir, həm də, onsuz da sayı az olan və günü-gündən də sayı azalan bir xalq üçün bu sevda xülya deyilmi? Bütün bunları da bir kənara qoyaq, axı olmayan bir yalanla öz xalqını aldadıb məhvə aparmaq, başqasının ərazisində “dənizdən dənizə” hökmran ola bilmək iddiası, boyu balaca olan adamların hündür boylu adamlara paxıllığına, qısqanclığına, xəbisliyinə bənzəyən iddiaçılıq eyfariyası, xəstəliyi deyilmi?
Ey Serj! Ey S-e-r-j! Ağıllı ol, sən bunu anla! Doğrudur, nənəm demişkən “Ağıl, adamda çooooox bahalı şeydir!” amma yenə də sən bu hikmətdən dərs al, ağıllan!!!
Bir də, mən sənə bir hikməti də anladım. Çalış, özün də, xalqın da buna vərdiş edəsiniz ki, heç kəsin kölgəsinə sığınmaq fayda vermir. Öz kölgənizi yaradıb, öz kölgənizdə rahatlığa qovuşun. Bir gün gələcək, kölgəsinə sığındığınız “ağac”ı sel-daşqın kökündən qoparıb aparacaq, bax onda, sel-daşqın birinci kölgədə gizlənənləri sürükləyəcək. Odur ki, yenə də deyirəm, “Ağıllı olllll! Zavallı erməniləri selin-daşqının ağzından qurtar! Milləti ac-susuz, ölümə məhkum etmə!!!”
Mən öz xalqımı çox sevirəm! Bayron da öz xalqını çox sevirdi! İnanıram ki, Adolf da öz xalqını çox sevirdi! İnanıram ki, sən də öz xalqını sevirsən! Amma burada bircə məsələnin mahiyyəti əsasdır. "Ağıl! Ağıl! Ağıl!"
Və mənim bu tövsiyəmi, yanlış məntiqə yozma, ey Serj! Birdən düşünərsən ki, torpaqlarının 20 faizini işğal altına saldığımız, çoxlu sayda insanlarını öldürdüyümüz, bu azərbaycanlının bizim millətə nə yaman rəhmi gəlir. Mən “ağıl insanda çoooox bahalı şeydi, a bala!” deyən nənənin nəvəsiyəm. Anlayıram ki, İNSAN dünyanın əşrəfidir. İnsanı qorumaq, insana məxsusdur. Odur ki, mənim tövsiyələrim nənəmin hikmətinin fəlsəfəsindən doğur. Və mən həqiqətən də erməni xalqının, millətinin xoş güzaranını istəyirəm. Bütün millətlərin ağıllısı-ağılsızı olduğu kimi, ermənilərin də hamısına ağılsız və ya pis demək doğru olmazdı. Bir halda ki, bütün insanlar Allahın bəndələridir, demək ki, hamının bu yer üzündə xoşbəxt olmaq haqqı var, o cümlədən ermənilərin də. Ancaq, “ağıllı olmaq!!!” hikmətini qulaqlara sırğa etməyi unutmamaq şərti ilə!
II tövsiye
“Öz süfrənin pişiyi olmaq, özgə süfrəsində aslan olmaqdan yaxşıdır!”
Nizami Gəncəvi
Ey Serj! Unutma ki, bu fani dünyada hər kəs öz əməllərinin mahiyəti ilə tarixin səhifələrində özünə yer tutur. İnsanlar var ki, rəhmətlənir, insanlar da var ki, lənətlənir!
Ölməz Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Əlişir Nəvai, Vilyam Şekspir, Şota Rustaveli, Sayat Nova və s. bu kimi dünya miqyaslı dahilər, yaratdıqları əsərləri ilə tarixin qızıl səhifələrində hər kəsin könlünün fatehi kimi yaşayırlar. Lakin tarixin səhifələrində başqa fatehlər də olub ki, Makedoniyalı İsgəndər, Pompey, Teymur Ləng, Napalion, Hitler, və s. onlar tarixin səhifələrində qara boya ilə haşiyələniblər və hər kəsin ürəyində qara-xof kimi, səksəkəli şəkildə çırpınırlar.
Unutmaq lazım deyil ki, dünya xeyir və şər qüvvələrin döyüş meydanıdır. Həmişə şər qüvvələr dağıdır, xeyir qüvvələr yaradır. Şübhəsiz ki, xeyir qüvvələrin arxasınca gedənlər kimi, şər qüvvələrin də arxası ilə gedənlər vardır və bu da sövqi təbiidir. Lakin ən sonda həmişə haqq, xeyir qüvvələrin yanında dayanır və şər qüvvələr xeyir qüvvələrin nikbin ruhundan doğan nurlu həqiqətin işığında qar kimi əriyib selə dönürlər. Bu nə deməkdir? Bu o deməkdir ki, şər əməlin ömrü Günəş şüalarının şəfəqlərinin işığında əriyib yox olan gecə qaranlığının ömrü kimi, utanc gətirən bir heçlik qədər boş və mənasızdır. Lakin xeyir əməllərin təntənəsi gecənin qaranlığına da, gündüzün aydınlığına da öz hökmünü diqtə edən parlaq ulduzlar qədər ecazkardır.
Ey Serj! Xeyirlə şərin mübarizəsində, sonda həmişə zəfər çalan xeyirin qələbəsi səni narahat etmirmi və təhlükəyə salmırmı? Şübhəsiz ki, sən belə deyə bilərsən ki, guya sənin əməllərin haqq işidir. Əvvəla sən özün də anlayırsan ki, sənin əməllərində şər tərkibli, qorxunc qaranlıqlar höküm sürür və sənin içindəki antixrist səni öz məngənəsində istədiyi kimi sıxa bilir. Və bu sıxıntıda sənin gücə düşmüş canın və ruhun həmişə tənhalığınla baş-başa qalarkən vicdanını sarsıdır. Amma çox güman ki, bəlkə də heç sarsıtmır da, çünki antixristin vicdanı olmur. Amma bəlkə də sən istəsən antixrist ləkəsindən təmizlənə bilərsən. Bunun üçün tövsiyə edirəm ki, ilk növbədə Allaha dua edib, günahlarının bağışlanması üçün kilsəyə gedib, şam yandırmalı və niyyətlənməlisən. Eyni zamanda, günahsız insanların qanına batmış əllərini tövbə suyunda təmiz-təmiz, vicdanlı şəkildə yumalı və öz günahlarını anlayaraq, onlarla baş-başa qalmalı, həmin vaxt çəkəcəyin vicdan əzabını öz vicdanında ovundurmalısan. Ovunsa da, ovunmasa da!
Doğrudur, sənin günahların çətin yuyula bilən günahlardır, lakin sən bağışlanmasan da, hər halda təmizlənməyə vicdanlı şəkildə çalışmalısan, əgər vicdanında zərrə qədər də olsa insaf, mürvət, rəhm varsa.
Sən öz xalqının başını sağalmaz bəlaya salan bir antixristsən. Həm də sən başqa xalqın taleyinin cəncələ düşməsində də bağışlanmaz günahlar işlədən şər qüvvəsən. Bütün bu əməllər Tanrı hökmündə çox ağır cəzalara məhkum olunmaq girdabına sala bilən qorxunc bir təhlükədir.
Ey S-e-r-j! Böyük Nizami Gəncəvi deyir ki, “Öz süfrənin pişiyi olmaq, özgə süfrəsində aslan olmaqdan yaxşıdır!” Görürsənmi necə dərin mənalı, hikmətli kəlamdır! Sən niyə öz süfrəndəkiləri qoyub, (onsuz da o süfrə də sənə bağışlanılıb!) özgə süfrəsinə əl atırsan?.. Gözünü Allah doydursun ey S-e-r-j!..
Mən öz humanizmimdən doğan insanlıq borcumu yerinə yetirib, yenə də səni düz yola dəvət edirəm. Ən azından gərək sən heç olmasa öz xalqının bundan sonrakı taleyini yaxşı-yaxşı düşünəsən. Yoxsa bir gün oyanıb görəcəksən ki, ip də gedib, it də! Onda, başına da döysən, dizinə də, heç bir xeyri olmayacaq! Qalacaqsan müdrik düşüncəli, öz xalqını həqiqətən də sevən, gələcəyini düşünən humanist ruhlu ermənilərin ayaqları altında. Axı erməni xalqının da sağlam düşüncəli insanları az deyildir. İndi özün bil, mən hər üzünə sənə öz nəsihətlərimi verdim, ya sən ağıllı ol, mənim nəsihətlərimə əməl et, ya da uçurumun qaşına gətirib çıxartdığın və dilemma qarşısında qoyduğun öz xalqının qəzəbi önündə necə dayana biləcəyinin hesabatını apar və cana doymuş ərəb xalqının qan içində çabalatdığı Qəddafinin taleyini gözlərin önünə gətir. Və yaxud da bizim qəhrəman əsgərlərimizin çəkmələrinin qəzəbli tapdağı altında qala biləcək taleyin barədə dərindən düşün və nəticə çıxart!!!
III tövsiyə
“Qanana da qurban olum, qanmayana da, dad yarımçıq əlindən”
Dağlar başı qardı, Serj,
Dərədə bahardı, Serj,
Sənə tovsiyə etdim
Qulaqların kardı, Serj?!
Əlimdəki tordu, Serj,
Ovcumdakı qordu, Serj,
Ölümünü görmürsən,
Sənin gözün kordu, Serj?!
Törətdiyin qandı, Serj,
Yolun sıx dumandı, Serj,
Sənin vecinə deyil?
Xalqın lüt-üryandı, Serj!
Öz xalqına sərtdi Serj,
Erməniyə dərddi Serj,
Xalqına qan udduran
Müxənnət, namərddi Serj!
Dəyməyibdi, kaldı Serj,
Danışammır, laldı Serj,
Özgəsinin əlində
Oyuncaqdı, maldı Serj
Yediyin samandı, Serj,
İşlərin yamandı, Serj
Vaxtın çatıb, nəhayət
Ölümün fərmandı, Serj!
Özündən çox demə, Serj.
Məğlubsan, “yox” demə, Serj!
Acıbsan, gəl, bal verim,
Bu “...ox”dan çox yemə, Serj!
Əməllərin şordu, Serj,
Qazandığın çordu, Serj,
Yer üzündə yerin yox,
Sənin yerin gordu, Serj!
IV tövsiyə
!.. !.. !.. !.. !.. !.. !.. !.. !.. !.. !.. !.. !.. !.. !.. !.. !.. !.. !.. !.. !.. !.. !.. !.. !..
V tövsiyə
“YUMURTASI TƏRS GƏLMIŞ TOYUQ”
Serjik, sən yəqin ki, belə bir Azərbaycan atalar məsəlini eşitməmiş deyilsən, “yumurtası tərs gəlmiş toyuq...”. Necə deyərlər, başına şahlıq quşu qonub, başqa bir dövlətdə “yepyekə” bir “prezident” olmuş olsan da, hər halda Azərbaycanda doğulub, yekələnibsən. Azərbaycan xalqının dilini, adət-ənənələrini öyrənə bildiyin kimi yəqin ki, atalar məsəllərini də mütləq öyrənməmiş deyilsən.
Serjik, uşaqlığımda şahidi olduğum bir hadisəni heç unuda bilmirəm. Bu hadisəni indi ona görə xatırladım ki, sənin hal-hazırkı durumunla tam üst-üstə düşür.
Bizim kənddə bir nəfər Qızlarbəyi adlı nurani qarı yaşayırdı. Tam bizim qonşuluqda. Onun hər cinsdən olan çoxlu toyuq-cücəsi vardı. Yaşı yüzü ötsə də, di gəl ki, elə qıvraq idi ki, bir də gördün bir həmləyə istədiyi toyuğu tuta bilirdi. Yadımdadı ki, Qızlarbəyi arvadın toyuqlarının içində ağlı-qaralı, qırmızılı-sarılı alabəzək bir toyuq da vardı ki, həm gözəlliyinə və cazibədarlığına, həm də əlləm-qallamlığına görə bütün kənd o toyuğu tanıyırdı. Kənddə elə adam qalmamışdı ki, o alabəzək toyuq onun həyətinin xoruzuna özünü döydürməmiş olsun və elə bir gün yox idi ki, bu toyuq yumurtlamamışdan qabaq həmişə, qaqqıltısı fəryada bənzər bir hay-küylə şivən qopararaq, özünü qonşuların çəpərinə, yumurtladığı hinə, darvazaya, ümumiyyətlə hara gəldi çırpmamış olsun. Bu hadisə hər gün eyni vaxtda təkrar olunurdu. Özü də ancaq bircə bu toyuq beləcə haray-həşir salırdı.
Qızlarbəyi arvadın o biri toyuqları yalnız yumurtladıqdan sonra qaqqıldayırdılar ki, bu da təbii idi. Bu toyuğun hər gün eyni vaxtda saldığı bu qara-qışqırığın səbəbini heç kəs anlaya bilmirdi. Bir dəfə mən Qızlarbəyi qarının qılığına girib işin mahiyyətini öyrəndim. Sən demə, bir neçə il bundan əvvəl Qızlarbəyi arvad dağdan arana dönəndə bir erməni haxçığından on ədəd yumurtlayan toyuq alıb gətiribmiş. Onlardan birinin, yəni həmin haray-həşir salanın hər dəfə yumurtlayanda yumurtası tərs gəlirmiş. Ona görə də özünü gah o çəpərə, gah da bu çəpərə çırpırmış. Ta ki, yumurta səmtini tapana qədər bu toyuq özünü hara gəldi çırpırmış. Belə deyək, “gah İrana-gah Turana, gah da təpəsinə qapaz vurana”. Elə ki, xoruzun dimdiyi onun təpəsinə dəydi, sakitcə özünü verirmiş yumurtadığı yerə. Bir azdan növbəti qaqqanaq qopurdu ki, gəl görəsən. Hətta bu qaqqanaq kəndin bütün cinahlarında eşidilirdi. Yəni ki, toyuq dünyaya “düy” vururdu ki, “ay camaat eşidin, bilin ki, mən yumurtladım.” Və hindən çölə çıxanda özünü elə aparırdı ki, elə bil bayaqdan özünü daşa-divara çırpan o deyildi. Bir fors verirdi, bir şeşələnirdi, bir qırcellənirdi, bir xoruzlanırdı ki, elə bil ki, ...ox yemiş xoruzdu. Və bu xoruzlanmanın ömrü, həyətin xoruzu onu görənə kimi çəkirdi. Elə ki, həyətin xoruzu onu görürdü, tezcə şığıyıb, basırdı altına və təpəsinə-təpəsinə dimdiyi ilə döyürdü ki, “ay düdəmə, indicə canının ağrısından özünü hara gəldi çırpan, qaq-qaq qaqqıldayan, sən deyildinmi, indi nə xoruzlanırsan?” və xoruzun bu hadisəsindən sonra həmin toyuq suyu süzülmüş toyuğa dönürdü, başını salırdı aşağı, həyətdə dənlənmə əməliyyatı ilə məşğul olurdu. Yəni ki, qarnını otarırdı. Hər dəfə də su içəndə başını qaldırırdı göylərə, Allaha dua edirdi ki, “ey ulu Yaradan, sən məni gələn dəfəki yumurlama prosesinin qada-bəlasından xilas olmaq üçün mənə rəhm et!”
Bu hadisə məni çox maraqlandırırdı. Düşünürdüm ki, görəsən niyə yazlnız bu toyuğun yumurtası tərs gəlir? Günlərin bir günü Qızlarbəyi nənənin kefinin kök vaxtında qıllığına girib onu da öyrəndim. Öyrəndim ki, sən demə, bu toyuq fərə vaxtında, hələ həddibuluğa çatmamış gah o xoruzun, gah da o biri xoruzun çənəsinin altını kəsdirirmiş. Xoruzlar onu, həddi buluğa çatmadığına görə o yan-bu yana qovub, uzaqlaşdırırlarmış, lakin günlərin bir günü qonşu xoruzlardan biri, onun naz-qəmzəsini görüb, tamahını saxlaya bilmir və iş işdən keçir... sabahı gün bu həddi-buluğa çatmamış fərənin, vaxtsız banlayan xoruz kimi vaxtsız qaqqanaq çəkməsi, hələ bu qaqqanaq da azmış kimi özünü ora-bura çırpması bütün toyuqları ləx-ləxəyə salır. Başa düşürlər ki, vaxtsız-vədəsiz yumurtaya qalan bu fərənin yumurtası tərs gəlib. Ona görə də hərəsi bir tərəfdən fərəni həyət boyu ta yumurtası öz səmtini alana qədər gah sağa, gah da sola qovurlar. Bir müddətdən sonra fərə özünü hinə verir və bir az keçməmiş, forslana-forslana hindən çıxır və başlayır qaqqıldamağa ki, “ay camaat, mən yumurtladım...” Elə o vaxtdan da, bu toyuğun yumurtası həmişə tərs gəlirmiş. Bunu, növbəti ildə dağa gedərkən Qızlarbəyi nənəyə erməni haxçığı özü danışıbmış. Mən əhvalatı bildikdən sonra toyuğun yumurtasının niyə tərs gəldiyi faktını unudub, bu toyuğu niyə kəsib yeməməklərini fikirləşdim. Tapdım ki, digər həddi-buluğa çatmamış fərələr də yolunu azmasın deyə, bir nümunə göstərmək üçün bu toyuğu kəsmirlər...
Serjik, yadındadırsa, mən sənə əvvəllər də bir neçə hikmətli tövsiyələr vermişdim. İndi də deyirəm: “Bəsdir özünü onun-bunun çəpərinə çırpmağın. Nəhəng dövlətlərin arxasına qısılıb xoruzlanma. Unutma ki, yersiz xoruzlanan toyuğun aqibəti səni də gözləyə bilər. Bir də gördün birisi şığıyıb basıb altına təpəndən aşağı dimdiyi ilə döşədi. Bax, onda, suyu süzülmüş toyuq kimi başını aşağı salıb qarnını otarmaqla məşğul olmaq məcburiyyətində qalacaqsan. Və o zaman su içmək anı gəldikdə başını qaldırıb Allaha baxarkən dua et ki, növbəti kərə “yumurtlama” məqamında “yumurtan” tərs gəlməsin. Yoxsa səni nümunə kimi saxlamağa ehtiyac qalmayacaq və qaqqıltını başı götürməyənlərin zavalına gələcəksənş. OKEYmi Serjik?!
VI Tövsiyyə.
NƏ QƏDƏR GEC DEYİL QAYIT, SERJİK!..
Ey Serjik!.. Ey, Serjik!.. Eşitmirsən, Serj?.. Ey S-e-r-j-i-k!.. Yazıq Serjik... Qulaqların nə qədər zəiflədi ki, eşitmə qabiliyyətini itirdin?!. Yoxsa bu da sənin növbəti strateji gedişindir? Səndən nə desən çıxar... Əgər blef etmirsənsə, onda məcburam bağıra-bağıra danışım ki, bəlkə eşidə biləsən. Ancaq bağıraraq danışdığıma görə ətrafdakılardan üzr istəyirəm. Xahiş edirəm, məni məzur qılın, ey dünyanın düzgün düşünən, ayıq ağıl sahibi olan, həssas eşitmə və anlama qabiliyyətinə malik insanlar.
Mən dəfələrlə həmən bu Serjikə səmərəli tövsiyyələrlə yardımçı olmağa çalışmışam. Ancaq təəssüflər olsun ki, kor tutduğunu buraxmadığı kimi bu Serjik də öz mənfur əməlindən əl çəkmir ki, çəkmir.
Ay sizə qurban olum, bəlkə mən nəyisə düz demirəm, nəyisə doğru demirəm, göstərdiyim yol yanlışdır, nə bilim daha nə... Heç olmasa yığışın, siz anladın bu anlamaz Serjiki. Axı gənc əsgərlərin kütləvi şəkildə ölümünə bais olan Serjik deyilən bir lider gecələr yatarkən heçmi vicdan əzabı çəkmir? Axı Serjikin övladı özünə şirin olduğu kimi, hər kəsin də övladı özünə şirindir. Nə vaxta qədər haqsız müharibədə erməni gənclərinin qırğınına bais olacaq bu Serjik?
Əziz oxucu, məncə indi sizin də fəaliyyətə keçmək zamanınız yetişmişdir. Bu Serjiki ciddi ictimai qınaq atəşinə tutmaq lazımdır ki, gül kimi gənc övladları qırğına verməsin.
Mən bu yazımla üzümü Dağlıq Qarabağda və ətraf rayonlarda yaşayan (daha doğru olar deyək ki, sürünən!) Azərbaycan vətəndaşlarına tutub, müraciət edirəm: Ey millətçi qaniçənlərin cəngində əzab çəkən, Azərbaycan vətəndaşı olan məcburən günaha batmış və günahlarını yumağa çalışmaq niyyətində olan erməni millətinə məncub olan həmvəətənlərim! Nə qədər ki, gec deyil, qalxın ayağa! Serjikin qaniçən silahdaşlarına qarşı mübarizə mövqeyində bərqərar olun! Bu qaniçən rejimmin cəngindən qurtarmaq üçün ciddi mübarizə edin! İnanın ki, bu işdə biz də sizin arxanızdayıq! Sizin haqq işinizi müdafiə etməyə hazırıq. Heç nəyə gücünüz çatmasa da kütləvi şəkildə döyüş xəttindən keçib bizə pənah gətirin! Axı siz Azərbaycan vətəndaşlarısınız! Bu haqqınızdan yararlanın! Özünüzü ölümcül xəstəlik yayan rejimdən qurtarın və haqqınızı müdafiə etmək üçün bərabər mübarizəyə qoşulun! Bu məsələdə biz həmişə sizin yanınızdayıq və inanın ki, sizi də bizi də bu mənfur insanların caynağından yalnız və yalnız belə mübarizə üsulu xilas edə bilər.
Heç bir dünya birliyinə inanıb, özümüzü aldatmamalıyıq. Biz bu bəladan, iki xalqı əbədi düşmən kimi yaşatmağa çalışan şovinizm xəstəliyinə düçar olmuşlardan əl-ələ verib, bərabər xilas olmalıyıq! Yeganə yol birləşməkdədir! Sağlam düşüncə sahiblərinin birləşməsində! Belə birlik məzlum xalqın xilasına ən sağlam mövqedir!
Bu məqamda, 2003-cü ildə Yesentuki istirahət zonasında rastlaşdığım bir nəfər erməni qadınının mənə yaxınlaşaraq, Bakıdan olduğumu öyrəndikdən sonra hönkür-hönkür ağladığının şahidi olduğum bir hadisəni xatırlayıram və bunu sizinlə də bölüşməyi doğru hesab edirəm. Həmin qadın mənə bildirdi ki, Bakıda 8-ci mikrorayonda yaşayırdı. Böyük bir zavodun baş mühasibi işləyirdi. Çox əla şəraiti olan beş otaqlı mənzildə yaşayırdı. Bir kəlmə sözü ilə ən çətin həlli olan məsələ öz həllini tapırdı. Lakin indi suvenir əşyalar satmaqla, sürünürük deyirdi. Bakıda yaşayırdıq, indi isə sözün əsil mənasında sürünürük. Allah Qarabağ problemini yaradıb, bizim həyatımızı darmadağın edənlərin başına daş salsın! Kaş o günlərimizi bizə qaytaranlar olaydı! – Bu, Yesentukidə rastlaşdığım və mənə yaxınlaşıb hönkür-hönkür ağlayaraq, fikrini bildirən bir erməni qadınının ürək ağrısı ilə dediyi dədi və arzusu idi. Məncə belə fikirdə olan ən azından vaxtilə Azərbaycanda kef çəkən minlərlə ermənilərin olduğunu hamımız bilirik. Bunu Serjik də bilir. O Serjik ki, özü bal-qaymaq içində yaşayır, ailəsi qu tükündə yatır, ancaq məzlum erməni xalqı isə səfalət və əzab içində yaşayır!
Bir baxın, Türkiyə böyüklükdə və Ermənistan üçün çox böyük imkanlar meydanı olan bir ölkəni özünə düşmən etmək, lazımsız şantajlarla dünya birliyini çaşdırmaq və ən sonda qondarma soyqıırımı polavrası ilə xalqını uçuruma doğru aparmaqla xalqını daha da dərin bataqlıqlara sürükləmirmi bu Serjik?!
Bir yandan Azərbaycan ərazilərində yaşayan fağır erməni çoxluğunu Azərbaycan ordusunun tapdağı altına itələmək, bir yandan da Türkiyəni erməni xalqına nifrətə çağırmaq, bir tərəfdən, gün-gündən xalqını səfalətə sürükləmək, bir tərəfdən də öz firavançılığı üçün insanları barışdan zor gücünə uzaqlaşdırmaq! Bu, ən azından öz xalqına qarşı düşmənçilikdir!
Setrjik! Ey Serjik! Yolun yarısından qayıtmaq da qazancdandır! Qayıt! Heç olmasa xalqının güzaranı xatirinə qayıt! Ağıllı ol! Anla ki, sənin kimi, özünü lideri elan etdiyin bu yazıq xalqın da firavan yaşamaq haqqı vardıır!
Məndən demək, səndəb də ya anlamaq, ya da öz ailəsi, güzaranı üçün öz xalqına qarşı düşmən mövqeyindən çəkinməmək!
“Bu tövsiyələrdən nəticə çıxarmasa, Serjə, nəticə çıxarana qədər ağıllı tövsiyələr vermək məcburiyyətindəyik. Çünki, biri dəli olanda, ağıllılar həmin dəliyə ağıl verməsə, dəli dərisini yırtar.”
Müəllif.