“Ziya” qəzetinin və “turan.info.az” saytının
baş redaktoru
Müşfiq Borçalı
Polşada elmi ezamiyyətdə olmuşdur.
O, səfər zamanı Bakıdan gəlmiş nümayəndə heyəti ilə birlikdə Polşa Elmlər Akademiyasında, Ədəbi Tədqiqatlar İnstitutunda, Varşava Dövət Universitetində, Varşava Texniki Universitetində, Varşava Poliqrafiya Məktəbində və Azərbaycan Respublikasının Polşadakı səfirliyində olmuş, həmçinin Polşada Azərabycanlı Gənclər Şurasının üzvləri ilə
görüşmüşdür.
Görüşlər zamanı Müşfiq Borçalı təmsil etdiyi ali təhsil müəssisəsi - Azərbaycan Texniki Universiteti haqqında ətraflı məlumat vermiş,
Azərbaycan-Polşa əlaqələrinin inkişaf tarixinə nəzər yetirmiş və bu dostluq əlaqələrin əhəmiyyətindən danışmışdır.
Daha sonra isə o, Azərbaycanın Polşadakı səfirliyi və Varşava Universitetinin
Şərqşünaslıq fakültəsinin Türkologiya və Orta Asiya xalqları bölməsinin təşkilatçılığı ilə keçirilmiş
Azərbaycan-Polşa IV Beynəlxalq elmi konfransında iştirak etmiş və konfransın
“Dilçilik və Ədəbiyyat” bölməsində məruzə ilə çıxış etmişdir.
Azərbaycanlı alimlər daha sonra Varşavadakı Müsəlman qəbristanlığında uyuyan Böyük Vətən Müharibəsi Qəhrəmanı, azərbaycanlı polkovnik
Vəli bəy YADİGARın məzarını da ziyarət etmiş, əslən Borçalıdan olan Qəhrəman soydaşımızın qəbri üstünə
gül-çiçək dəstələri düzmüş və onun ruhuna dualar oxumuşlar...
turan.info.az
.