İsa Borçalı (1900)

İsa Borçalı    (1900) UNUTSAQ, UNUDULARIQ!..

İsa Məmmədqulu oğlu Əliyev (Borçalı) 1900-cü ildə qədim Borçalı qə­za­sının Qa­­ça­ğan kəndində anadan olub. 1932-ci ildə Kommunist Parti­yasının üzvü se­çilib. 1937-ci ildə Bakı Azərbaycan Ali Kənd Təsərrüfatı İnstitutunu bitirib. Borça­lıda rayonlararası kolxoz mək­təbində tədris his­səsi müdiri, Bö­yük Muğanlı, Ağməmmədli yeddiillik məktəb­ində direk­tor, sonra isə Qa­ça­ğan orta məktə­bində müəllim və kənd­dəki «Kom­munizm» kolxo­zunda müxtəlif vəz­ifələrdə çalışıb.
İsa Borçalının yaradıcılığı, əsasən qoşma­lardan, gəraylılardan ibarət­dir. Xalq şeirinin bütün növ­lə­rin­də öz yazı tərzinə sadiq qa­lan şairin mövzu dairəsi genişdir. O, Babakərdən başlayaraq Ağ­lağan da­ğına qalxır, Göy-göllü Azərbaycanı qarış-qarış dolanır, Qaqarinli kosmosdan danışır, Dəli Kürlü Tbi­li­si­nin tarixini vərəq­ləyir, Sevanın mənzərələrini tərən­nüm edib, Göyçəyə yollanır. Araz sahilini, Kür qırağını dolaşır.

Ötən əsrin 80-ci illərində Azərbaycan MEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dis­sertantı olmuş tanınmış şair-tədqiqatçı Bəh­ram MEHDİYEV yazır: “Azərbaycan SSR Mərkəzi Dövlət Ədə­biy­yat və İn­cəsənət Arxi­vin­də bəzi materiallarla maraq­­la­nır­dım. Hörmətli eloğlu­muz, Azər­bay­canın gör­kəmli maarif xadimi, pro­fessor Əlyar Qara­bağlı­nın əlyaz­ma­ları içə­ri­sində Gürcüstanda yaşayan saz-söz sənətkar­larından Xəs­­tə Na­maz, İsa Borçalı, Ağa­can və digər el şairlə­rinin əsər­lərinə də rast gəldim. Gö­­rünür, pro­fes­soru bu əsərlər daha çox maraq­lan­dırıb və onları kitab şəklində çap etdirmək niy­yə­tində olub. Heyif ki, vaxt­sız ölüm ona imkan ver­mə­diyin­dən bu nəcib iş başa çat­dırılmamış qalıb”. («Sovet Gürcüstanı» qəzeti, № 49 (8506), 24 aprel, 1982-ci il.)

İsa Borçalı qədim və doğma Borçalının şeir beşiyində laylası qoş­malarla, harayı baya­tı­lar­la, ünlü tavar sazla, çəkilən, elə də Ağacanlı, Məcruhlu bir diyarın böyük ədəbi məktəbində şeir dünyalı, söz dünyalı ye­ti­şib. Nik­binlik İsa Borçalının əsas duyum nöqtəsi olsa da, bəzən keç­mişi xatır­layıb məyus da olur. Mə­sə­lən, o, «Fani dünya» şei­rində böyük söz sərraflarına qiymət verilmədiyindən şika­yət­lənir. Həyatdan bu narazı­lıqlar, əsasən, onun gənclik illərində yaz­­dığı şeirlərdən hiss olunur. İsa Bor­çalının «Bu gedən gəlin», «Boy­lana-boylana», «Gəlsin» və s. rədifli yazıları onun hə­qiqi bir el şairi olmasına dəlalət edir.

İsa Borçalıya Allahdan rəhmət diləyir, "Ruhun şad olsun!" - deyir və aşağıda şairin üç şeirini
turan.info.az-ın dəyərli oxucularına təqdim edirik.


Müşfiq BORÇALI,
turan.info.az



GÖRÜNÜR

Qaraxaçın zirvəsinə çıxanda,
Dərələrin çən-dumanı görünür.
Bir tərəfdə alaçıqlar sayrışır,
Bir tərəfdə Ağlağanı görünür.

Ov dərəsi duman yığıb başına,
Kim bələddir, bu yerlərin yaşına?
Yaxşı nəzər yetir «Çınqıl daşı»na,
İlməzlinin bir nişanı görünür.

Düzlərindən dağa cığır çəkilib,
Əlvan otlar əl iləmi əkilib?
Yaylasına obaları tökülüb,
Hər məclisin dür dəhanı görünür.

Borçalı İsa da dağları aşdı,
Gördü səlmini, xəyalı çaşdı.
Bir billur buxaqlı, bir qələm qaşlı,
İnsanların mehribanı görünür.


YOXSULLUQ

Dolanır dünyanı xəyalım hərdən,
Tapılmır dərdimə çarə, yoxsulluq.
Məni ayırıbsan xeyirdən, şərdən,
Dili gödək, üzü qara, yoxsulluq.

Dərd məni yoncutdu, oldum avara,
Hər vaxt əlim boşdur, üzüm də qara.
Güllərimi qismət edibsən xara,
Məni də çəkirsən dara, yoxsulluq.

Borçalı İsayam, dərsim almışam,
Özüm-öz işimə heyran qalmışam.
Cavan ikən sanki mən qocalmışam,
Nə dönübsən bir şahmara yoxsulluq!
1919-cu il

HAYIF


Könlüm qan ağlayıb çəkər ah-nalə,
Məgər dönübdürmü zəmanə, hayıf?!
Hər kəs öz qəlbinin çəkər qəhrini,
Qəlbində nadana yanana hayıf!

Mərd olanın gözlə haqqı-sayını,
Hər bir kəs axtarıb tapar tayını.
Həyatdan silinsin qəlbi xaini,
Namərdə dost-yoldaş olana hayıf!

Borçalı İsa, yar bağını dolanıb,
Baxıb görüb bağ-bağçası talanıb.
Qəlbi yanıb, atəşinə qalanıb,
Yaxşını veriblər yamana, hayıf!
1920-ci il


turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Professor İSA XƏLILOVa başsağlığı

Professor İSA XƏLILOVa başsağlığı

AzTU, Nekroloqlar
Az­man ozan Hü­seyn Sa­rac­lı­nın yüz il­li­yi ilə bağ­lı so­nun­cu şə­yir­ ...

Az­man ozan Hü­seyn Sa­rac­lı­nın yüz il­li­yi ilə bağ­lı so­nun­cu şə­yir­ ...

Folklor, Bolus
Əziz Abbasov (1951)

Əziz Abbasov (1951)

Qaracalar, Müşfiq Borçalı
İsa Həbibbəyli:

İsa Həbibbəyli: "Azərbaycanı sevməyən qüvvələr paxıllıqlarını gizlədə bilm ...

Elm, "Zirvə", Siyasət
ƏLƏSGƏR XUDAYEV (1932-1971)

ƏLƏSGƏR XUDAYEV (1932-1971)

Qarayazı, UNUTSAQ, UNUDULARIQ!...., Müşfiq Borçalı
QAZAX ALI (1948)

QAZAX ALI (1948)

Müsabiqə, Qaraçöp
Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Yeni nəşrlər, Humanitar elmlər
Hüseyn Kürdoğlunun poetik dünyası...

Hüseyn Kürdoğlunun poetik dünyası...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbiyyatşunaslıq
Məhəmməd İsa oğlu Səfərov (1896-1972)

Məhəmməd İsa oğlu Səfərov (1896-1972)

"XXI əsrin Ziyalıları", Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Bikə xanım Mursaqulova və onun əri Camal Əliyev haqqında kimdə ətraflı məlu ...

Bikə xanım Mursaqulova və onun əri Camal Əliyev haqqında kimdə ətraflı məlu ...

Tiflis, Borçalı, Elanlar
Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Humanitar elmlər
BORÇALI ŞAİRİ DƏRYEYNUR (1937-2008)

BORÇALI ŞAİRİ DƏRYEYNUR (1937-2008)

---
Akademik İsa Həbibbəyliyə Beynəlxalq Rəsul Rza Mükafatı təqdim olunub

Akademik İsa Həbibbəyliyə Beynəlxalq Rəsul Rza Mükafatı təqdim olunub

"Zirvə", Təbriklər
AMEA-nın müxbir üzvü, professor SƏLİM MUSAYEV (1937-2010)

AMEA-nın müxbir üzvü, professor SƏLİM MUSAYEV (1937-2010)

Biologiya və tibb elmləri, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
ALLAH RƏHMƏT ELƏSİN, PROFESSOR ƏLLƏZ DAŞDƏMİROV!..

ALLAH RƏHMƏT ELƏSİN, PROFESSOR ƏLLƏZ DAŞDƏMİROV!..

Bolus, Nekroloqlar
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ BİNNƏT ƏLİOĞLU!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ BİNNƏT ƏLİOĞLU!..

"Gürcüstan", Təbriklər
BORÇALI ŞAİRİ DƏRYEYNUR (1937-2008)

BORÇALI ŞAİRİ DƏRYEYNUR (1937-2008)

Tv, Qarayazı, Müşfiq Borçalı
İSA MEHDİOĞLU

İSA MEHDİOĞLU

Bolus

"BORÇALI ŞƏHİDLƏRİ" adlı kitabın yeni nəşri işıqüzü görüb

Yeni nəşrlər, Borçalı, Darvaz, Haqqımızda, Müşfiq Borçalı
MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!..

MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB... TƏBRİK EDİRİK!..

Əsas xəbər, Azərbaycan, Humanitar elmlər, AzTU, "Şərqin səsi", Ədəbiyyatşunaslıq, Borçalı, Bolus, Darvaz, Təbriklər, Arxiv, Haqqımızda, Müşfiq Borçalı, "Borçalı" Cəmiyyəti, İsrail
Rəy yazın: