Həhifə Şamxəlil qızı Orucova 1957-ci ildə
qədim Borcalı mahalının Başkeçid
(indiki Gürcüstanın Dmanisi) rayonundakı
Qızıl Kilsə kəndində anadan olub.
Orta təhsillidir, 3 övlad anasıdır.
Şəbnəm təxəllüsü ilə yazdığı şeirləri
bir necə qəzet, jurnal və kitabarda,
o cümlədən, "Sazlı-Sözlü Başkeçid"
və "Zirvə" poeziya antologiyasında
dərc olunub.
qədim Borcalı mahalının Başkeçid
(indiki Gürcüstanın Dmanisi) rayonundakı
Qızıl Kilsə kəndində anadan olub.
Orta təhsillidir, 3 övlad anasıdır.
Şəbnəm təxəllüsü ilə yazdığı şeirləri
bir necə qəzet, jurnal və kitabarda,
o cümlədən, "Sazlı-Sözlü Başkeçid"
və "Zirvə" poeziya antologiyasında
dərc olunub.
Mənim məndən başqa kimim varıymış?..
Bir üzündə şənlik büsat varıymış,
O birində şaxta, boran, qarıymış,
Gəlimli-gedimli dünyanın işi,
Demə başdan- başa yalanlarıymış,
Mənim məndən başqa kimim varıymış?..
Gecəni gec yatıb o başdan durdum,
Özümü gah oda, gah közə vurdum,
Başım işdən ayilanda nə gördüm,
Yığdığım dünyada qalanlarıymış,
Mənim məndən başqa kimim varıymış?
Gənclik ötüb bağda şirin bar kimi,
Əlim çatmır zirzədəki qar kimi,
Döyürəm özümü günahkar kimi,
Illər ötüb keçən bir qatarıymış,
Mənim məndən başqa kimim varıymış?
Gəncliyimi qurban verdim balama,
Quş kimi hey yem daşıdım yuvama,
Ayılanda gördüm yığıb bağlama,
Uçub getdi öz yuvası varıymış,
Mənim məndən başqa kimim varıymış?
Hərdən keçikəndə soraq salmışam,
Gəlməyəndə gözü yolda qalmışam,
Tez-tələsik gəlib-gedib bilmişəm,
Balamında öz balası varıymış,
Mənim məndən başqa kimim varıymış?
Heç bilmirəm illər necə ötüşdü,
Yaşa doldum, saçlarıma dən düşdü,
Oğlanlar evləndı, qız gəlin köçdü,
Həyatın yazdığı qanunlarıymış,
Mənim məndən başqa kimim varıymış?
Varlığını hər an uca tutduğum,
Gecə şirin xəyalıyla yatdığım,
Sevə-sevə qəlbimdə yaşatdığım,
Məhəbbətim şirin xəyallarıymış,
Mənim məndən başqa kimim varıymış?
Zaman dönə-dönə çəkdi sınağa,
Kövrəkləşib döndüm yetim uşağa,
Şəbnəməm bağlamdım adil Allaha,
Bir Allahım külli ixtiyarıymış,
Mənim məndən başqa kimim varıymış?
Üçün
Desələr həyatdan nə istəyin var,
Qaçardım gəlincik götürmək üçün.
Dərdimi qatardım oyuncaqlara,
“Evcik” oynayanda itirmək üçün.
Erkən durub ovxalardım gözümü,
Tez qaçardım yumamış əl-üzümü,
Silərdim həyatdan “ölüm” sozünü,
Atardım dəryaya batırmaq üçün.
Boyüməzdim, uşaq kimi qalardım,
Nə ayrılıq, nə qəm-qüssə bilərdim,
Özüm üçün bircə nənni dilərdim,
Bala gəlinciyi yatırmaq üçün.
Gəlinciyə Şəbnəm ana olardım,
Oxşayardım, şirin layla çalardım,
Yuxulayıb yanındaca qalardım,
Yenidən səhəri gətirmək üçün.
Nəvəm Emilə
Dur gəl sarıl boynuma,
Sevincinə bələnim,
Sən mənə inci kimi,
Mən qurban tək dolanım.
Bir "Nənə" kəlməsində,
Dünyam gülür səsində,
İsinim şöləsində,
Gözümdə Nur balamın.
Kamillərin ağlıdı,
Soya, kökə bağlıdı,
Dinəndə Koroğludu,
Nərəsi Şir balamın.
Yapışanda qolumdan,
Saxlayanda yolumdan,
Doyammıram dilindən,
Möcüzə,sirr balamin.
Rəvan- uğurlu yolum,
Roman- qanadım, qolum,
Emil- nəğməli dilim,
Avazı Şur balamın.
Üzüyümün qaşıdı,
Nəvələrin başıdı,
Bu gün iki yaşıdı,
Şəbnəmə Pir balamın.
Nəvəm Romana
Ömrümə bahar gəlib,
Bir körpə nəfəsində,
Çalınır könül tarım,
Bu körpəmin səsində.
Kövrək qığıltısında,
Donan qəbim isinib,
Bir vaxt susan qəlbimin,
Təranələri dinib.
Mışıl-mışıl yatmağı,
Yatmayıb naz satmağı,
Durub əl-qol atmağı,
Musiqi ahəhgidi.
Günüm, günəşim ayım!
-Ay şənliyim harayim!
Tanridan sovqat payim!
Bu nəğmə çələngidir.
Səsi “zilə” atmagı,
Ev-eşiyi qatmağı,
Aləmi oyatmağı,
Koroğlunun cəngidir.
Dodağını büzməyi,
Küsüb məni süzməyi,
Asta-asta gəzməyi,
Şəbnəmin sevincidir.
Ürəyimi apardın
Bənövşə kolu olub,
Yolum üstə bitərdin,
Qarşına çıxan zaman,
Öz dünyandan itərdin.
Baxışın dil açardı,
Şöləsi nur saçardı,
Rahatlığın qaçardı,
Məni dilə tutardın.
Şirin təbəsümümdən,
Fərhad gücü tapardın,
O zaman istəsəydim,
Səndə bir dağ çapadın.
Ovsunlayıb içimdə,
Bir fırtına qopardın,
Ürəyimi gözünlə,
Oğurlayıb apardın.
Mənim
Elə yaman kövrəlmişəm,
Gəl dilimə dəymə mənim.
Özüm içimi yandırır,
Sən çölümə qıyma mənim.
Ağrı-ağıyla doluyam,
Qəmlərə karvan yoluyam,
Küsgün bənövşə koluyam,
Budağımı əymə mənim.
Axşamçağı batan danam,
Ürəyi dolu al-qanam,
Fələk oymuş bir yarğanam,
Dönüb səndə oyma məni.
Himi nəm çəkmiş divaram,
Ovuluram aram-aram,
Əgər toxunsan uçaram,
Bir telimə dəymə mənim.
Mən zəhmətkeş bir ariyam,
-A zalim, omrü yariyam,
Sönmüşəm ocaq yeriyəm,
Gəl külümü döymə mənim.
Şəbnəməm dərd məni oyub,
Yanağım yaşımdan doyub,
Boynuma bax fələk əyib,
Sən belimi əymə mənim.
Bala
Faiq Hüseyinbəyliyə nəzirə...
Oxuyanda gileyini,
Agrım-acım dindi bala.
Oxun niyə daşa dəyib,
Günahkarın kimdi, bala?
Yar sevənin könlü xoşdu,
Var sevənin qəlbi daşdı,
Yoxsula həmişə qışdı,
Nalə çəkən, simdi bala!
Qəm-qüssənin at daşını,
Əymə, uca tut başını,
Sev körpəni, yoldaşını,
O nədi yoxundu, bala!
Açıq elə ürəyini,
Əsirgəmə köməyini,
Duza batır çörəyini,
Əgər, bal yoxundu bala!
Sözlərimi sətir-sətir,
Oxu, duysan ibrət götür,
Bəsləsən daş üstə bitir,
Arzular, toxumdu bala!
Əydi məni dərd məlalım,
Gözdən düşdü cəh-cəlalım,
Olmasada dünya malım,
Demədim yoxumdu, bala!
Heç vaxt başa qaxılmadım,
Baxışlardan sıxılmadım,
Dərd əysədə yıxılmadım,
Tanrı pənahımdı, bala!
Şəbnəm tək bəxtin yatmasin,
Dərdini dərdə qatmasın,
Vaxtsız ölüm ağlatmasın,
Ağlamaq zülümdü, bala!
* * *
Haqq arama bu dünyada,
Dünya bir oyundu bala,
Zalımı çəllada dönüb,
Məzlumu qoyundu bala.
Mərd körpüdür namərd kecir,
Əməyini zalim bicir,
Nə aği qaradan seçir,
Tilsimli düyündü bala.
Qolu zorlu asıb kəsir,
Əməyini zalım bicir,
Əyri düzü dama basır,
Deyirki xayindi bala.
Xeyrin bəxti yatıb kəmdi,
Şər dolaşır kefi dəmdi,
Duyub ağlasan matəmdi,
Duymasan toyundu bala.
Gör şəbnəmdən nələr köcdü,
Ömur zəmi devran bicdi,
Qanın su yerinə icdi,
Doyanda yuyundu bala.
Qoyma
Vaxtsiz dünyadan köçən gənc qardaşlarıma...
-Ay insafsız, məni həsrət öldürür,
Bu ağrı-acıyla ölməyə qoyma!
Dən düşən sacımı kövrələn zaman,
Ayrılıq əlləri yolmağa qoyma!
Dön Araza ucur bəndi, bərəni,
Kəsməsin ayrılıq, möhnət aranı.
Özün bağla göz-göz olan yaramı,
Yad əllər bağrımı dəlməyə qoyma!
Qayıt geri! Ömrü bitsin həsrətin,
Öldürməsin məni aci həsrətin,
Əzəli cənnətim, şirin şərbətim,
Sonumu cəhənnəm olmağa qoyma!
Qibləm bilib dolanıram başına,
Yalvarıram bir cüt məzar daşına,
Rəhmin gəlsin gözdən axan yaşıma,
Tutulub gözüm kor olmağa qoyma!
Bilmirəm hansidi axşam, sabahım,
Imtahana çəkdin nədi günahım,
Imdadıma özün yetiş Allahım,
Şəbnəmi dərd ilə ölməyə qoyma.
Aparmısan özünlə
“Səni axtarıram” verlişində yoldaşını axtaran xanima ithaf...
Gedişinlə qəlbimi,
Aparmısan özünlə,
Getdin geri gəlmədin,
Danışıram izinlə.
Məni qoymusan darda,
Könlümü intizarda,
Qəribəm axşamlarda,
Gülüm sənin üzündən.
Qoyma qalım həsrətli,
Dolanım dərdli-dərdli,
Dönüm yetim uşağa,
Dolum sənin üzundən.
Arzum, muradım mənim,
Qayıt könül həmdəmim.
Dağılsın dərdim qəmim,
Şənlik gətir özünlə.
Pıçıldaşaq baş-başa
Tellərində meh olum,
Pıçıldaşaq baş-başa,
Açıb qoynuna dolum,
Sığınıb dönüm quşa.
Köksündə yuva salım.
Çəmən ətrini alım,
Quçağında lal olum,
Kədər bizdən gen düşə.
Evində ocaq olum,
Gözündə çıraq olum,
Sevəndə uşaq olum,
Birlikdə dolaq yaşa.
Şəbnəmə çələng toxu,
Vusal nəğməsi oxu,
Aparsın şirin yuxu,
Gedim əbədi huşa.
Gözlərin
Telli Borçalıya
Gözəlim geri dön doyunca baxım,
Baxanda dil açır qara gözlərin.
Bulud tək dolanda selində axım,
Aparıb çəksədə dara gözlərin.
Hərdən deyirsən şimşəkdi çaxır,
Alovu qəlbimi yandırıb, yaxir,
Odlu kipriyini sinəmə çaxlır,
Bölür məni para-para gözlərin.
Xəyalınla bir ümmanda itirəm,
Gah durulub, gah bulanıb batıram,
Gah baş qoyub dizin üstə yatıram,
Ovsunlayıb salır tora gözlərin.
Işarə eyləsən bir teldən qanır,
Lalə kimi yanaqların allanır,
Işvəli baxışın neçə can alır,
Hərdən dönür zülümkara gözlərin.
Aman Allah, bu baxış nə baxışdı,
Nazlananda ürəyimə köz düşdü,
Oğrun- oğrun gülüb sallandı keçdi,
Şəbnəmi apardi hara gözlərin.
Düşüb
Quçağında uyumağa bir anlıq,
Könlümə anamın laylası düşüb.
Sevgisiz dünyama zülmət qaranlıq,
Qəlbimə həsrətinin qadası düşüb.
Axşamları yenə corab toxuya,
Dizinə söykənib gedəm yuxuya,
Zümzüməsi tər bənövşə qoxuya,
Qulağıma səsinin sədası düşüb.
Dönəm o yerlərin səhər yelinə,
Sığal çəkəm çiçəklərin telinə,
Dərən zaman rəngi çıxa əlimə,
Yadıma dağların laləsi düşüb.
Çırpı yığaq çöldə tonqal çatmağa,
Göbələk yığanda şehə batmağa,
Üşüyəndə alacıqda yatmağa,
Yadıma Şindinin Talası düşüb.
Səhər tezdən bağda quşlar oxuya,
Yasəmənlər ətir saçıb qoyuya,
Barama yarpaqdan ipək toxuya,
Yadıma nərgizin butası düşüb.
Zirvədə qıy vuran qartalın səsi,
Durnaların qatarlaşıb gəlməsi,
Zümzüməli çayların təranəsi,
Yadıma göllərin sonası düşüb.
Gəzmək üçün o yerləri piyada,
Şəbnəməm qəlbimə düşübdü qada,
Boyalı qızları görəndə yada,
Kəkliyin əlinin xınası düşüb.
Məni
Mənki dərdli bir Ozanam,
Gülüb arsiz sayma məni.
Qəlbimə yox, qiyafəmə,
Baxıb varsız sayma məni.
Bir bulaqam gözüm dolub,
Şamamayam tağım solub,
Sonbaharda köşən bilib,
Biçib barsız sayma məni.
Dağ başında kövrək qaram,
Sinəm olub param-param,
Axsam selə qarışaram,
Qalsam yersiz sayma məni.
Tərlan tək göydən enmərəm,
Ölləm sözümdən dönmərəm,
Hər aşiqi yar sanmaram,
Etibarsız sayma məni.
Güvənirəm Allahıma,
Hər açilan sabahıma,
Batıb nahaq günahıma,
Havadarsız sayma məni.
Əydi məni qəza qədər,
Cavan ömrüm oldu hədər,
Çəkdiklərim yuz il yetər,
Başıdərdsiz sayma məni.
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.