Dağlar o dağlara bənzəmir daha Dərələr dumanlı, dağlar çənlidi. Ürək qubarlıdı, gözlər nəmlidi. Yurd yeri yaralı, ellər qəmlidi Dağlar o dağlara bənzəmir daha Muşul meşəsindən keç, həmən deyil, Vələsdi bulaqdan iç, həmən deyil, Yaylaq o yaylaqdı, köç həmən deyil Dağlar o dağlara bənzəmir daha