UNUTSAQ, UNUDULARIQ!.. Tələbələr enerji saçan müəllimləri daha çox dinləmək istəyirlər. Mədəd müəllimin pedaqoji ustalığı imkan verirdi ki, qrupdakı hər bir tələbə özünü onun qarşısında şəxsiyyət kimi hiss etsin.Tələbənin şəxsiyyətinə önəm verildikcə, o, daha çox ona bəslənən etimadı doğrultmağa
TƏBRİK EDİRİK!.. Əziz eloğlular! Bu günlərdə bütün Gürcüstan kökənli azərbaycanlıları sevindirən xoş bir xəbər aldıq. Müstəqil Gürcüstanın tarixində ilk dəfə gənc həmyerlimiz Mirzə Süleymanov yüksək diplomatik vəzifəyə təyinat aldı. ABŞ Texas Universitetində həm bakalavr, həm də magistr
TƏBRİK EDİRİK! Ağır elli, qədim saz-söz yurdu Borçalı mahalında yaşayıb-yaradan qələm sahibləri çağdaş ədəbiyyatımızın Borçalı qolunu layiqincə təmsil edir, mövcud ədəbi mühiti gündən-günə zənginləşdirir və inkişaf etdirirlər. Onlar arasında nəğməkar şairlərimiz xüsusilə fərqlənirlər. Fərqlənən
TƏBRİK EDİRİK!.. Gürcüstanın Ağbulaq (indi Tetri-tsxaro) rayonunda, zümzüməli Ehram çayının zümrüd qaşında axar-baxarlı qədim bir kənd - Şıxlı kəndi var. Telman Şamil oğlu Budaqov 1954-cü il fevral ayının 9-da bu kənddə dünyaya göz açıb. Lap uşaq ikən şeirə maraq göstərmişdir. Lakin, gözdən uzaq
TƏBRİK EDİRİK!.. Bu gün Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri - Şəmistan Əlizamanlının AD GÜNÜdür!.. "İGİD ƏSGƏR, MÖHKƏM DAYAN!.." Şəmistan Əlizamanlını 65 illik yubileyi münasibətilə
Borçalı (Poema) Borçalımız saz yurdudu hər aşığı bir ordudu, ayrılıq ceviz qurdudu, yedi bizi içimizdən, ayrı saldı köçümüzdən. Orda binəm – binnətim var, külü küldə külfətim var, türk kəsiyi millətim var, yurd kəsiyi ana torpaq, rüzgarlarda yaşıl torpaq... 1991 - ci ildə
Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Vətən müharibəsi iştirakçısı, "Gənc Könüllülər" İctimai Birliyinin sədri Ayxan Allahverdiyev Prezident İlham Əliyevin Sərəncamına əsasən, Gənclər üçün Prezident mükafatına layiq görülüb. Ayxan Allahverdiyev 2020-ci ildə AzTU-nun Metallurgiya və
TƏBRİK EDİRİK! Qardaş Türkiyədən xoş xəbər almışıq: tanınmış ziyalı, uzun müddət məsul dövlət vəzifələrində çalışmış, hazırda Gürcüstan Azərbaycanlıları Konqresinə rəhbərlik edən Hüseyn Yusubov Kars Strateji Araşdırmalar Mərkəzi tərəfindən “Türk Dünyasına Xidmət” mükafatına layiq görülmüşdür. Bu,
ALLAH RƏHMƏT ELƏSİN... Bu günlərdə qədim Qarayazının ağır ellərindən olan Soğanlıq kəndinə ağır itki üz vermişdir. Elimizin-obamızın sevimlisi, tanınmış el ağsaqqalı, zəhmətkeş, halal-hümmət, əməli-saleh, yurdsevər, vətənpərvər və xeyirxah insan Nəriman Alməmməd oğlu Qurbanov 2024-cü il
Dünyanın elə bir ölkəsi yoxdur ki, oradan Azərbaycanlı səsi gəlməsin. Mənə elə gəlir, harada yaşadığına baxmayaraq öz yaxşı əməlləri və sənətinin, peşəsinin zirvəsində olub milyonların sevgisini qazanan hər bir azərbaycanlı bizim qürurumuzdur. Bugünkü yazımın qəhrəmanları əslən qədim Borçalı
Əvvəllər məğlublar müzakirə, qaliblər mühakimə olunmurdu. Məğlublar öz taleyi ilə razılaşıb aciz həyatı sürəndə onlara fikir verən olmur, çünki acizlik məğlubiyyətin qoruyucusudu. Qaliblər isə özünü daha güclü sayanlar üçün indi müzakirə və mühakimə obyektinə çevrilir. Qalib olmaq əsasən
Müşfiq Borçalının doğum gününə Bir təbrik yazmışam sənin adına, Ad günün mübarək dəyərli insan. Arada bu sətri sal bir yadına, Ad günün mübarək dəyərli insan. Neçə bahar gördün, neçə qış gördün, Qəlbində çağlayan sel, yağış gördün, Gözəl övlad oldun, hey alqış gördün, Ad günün mübarək dəyərli
Talıb Məmməd oğlu Məmmədov 14.04.1938-ci ildə Gürcüstanın Borçalı mahalının Lüksemburq (indiki Bolnisi) rayonunun SARAÇLI kəndində anadan olmuşdur. 1945-1956-cı illərdə orta məktəbdə oxuyub. 1956-1961-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsində təhsil alıb. 1961-ci
MƏDƏD MÜƏLLİMİN MƏZARI ÖNÜNDƏ Görüşünə gəlmişəm, Əssalamun əleyküm! Mədəd müəllim, bu yazı, bu bir qədər, bu hökm! Dünya fani dünyadır, hər gələn qayıdacaq, Alimlər ölmür ancaq, alimlər yaşayacaq! Alimin bircə günü, qırx günlük ibadət, Budur haqqın buyruğu, budur əsl həqiqət!
QOPUZ QUNDAĞINDAN QOPAN BİR HARAY “Çağdaş Borçalı ədəbi məktəbi” kitabının müəllifi, gənc alim Müşfiq Çobanlıya sayğılarımı sunuram. Hər səni ananda el düşür yada, Döndərir Borçalım kamana məni, Varlığım kabab tək bürünür oda, Ağladır, sızladır zamana məni. Sən hələ cavansan, eh, nə yaşın var,
Mursaqulov İsmayıl Həsən Oğlu 1939-cu il noyabrın 23-də Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir. Üç oğlu qaldı. Rufat, Rəşad, Azər. Qəzaya uğradıqları maşının sahibi, mərhum professor İbrahim İbrahimovun da
1937-nin qara yelləri qapı-qapı, el-el gəzərkən, neçə-neçə işıqları söndürərkən qədim Borçalıda, yeni yaradılan Lüksemburq (Bolnisi – 1930) rayonunun Darbaz kəndində bir işıq yandı. Namaz kişinin ocağında göz açan oğlana Mədəd adı verdilər. Hələ çətin dövr idi. Doğmalarından başqa
Uşaqlıq illərindən tandığım, el-obamızın fəxri, görkəmli türkoloq alim, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor Mədəd Çobanov haqqında keçmiş zamanda söz demək həqiqətən çətindir. Mədəd müəllim Borçalının Darvaz kəndində dünyaya göz açmış, uşaqlıq və
İlahi!.. 40 gün necə də tez gəlib keçdi… Ötən 2023-cü ilin dekabr ayının 11-də aldığımız acı xəbər hamımızı sarsıtdı… Ulu Borçalının ağır ellərindən olan Darvaz kəndinin tanınmış el ağsaqqalı, din xadimi, elimizin-obamızın sevimlisi, zəhmətkeş, yurdsevər, vətənpərvər və xeyirxah insan - Hacı
Həmid Bayram oğlu Qaralov 1982-ci il yanvarın 15-də qədim Başkeçid rayonunun Ormeşən kəndində anadan olub. Azərbaycan Texniki Universitetində texnaloji sənaye maşınları və avadanlıqları mühəndisi ixtisasına yiyələnib (1998-2002). 2002-2003-cü illərdə hərbi xidmətdə olmuşdur. 2004-cü ildə