TANINMIŞ ŞAİR-QAZİ NİZAMİ SARAÇLI VƏFAT EDİB

TANINMIŞ ŞAİR-QAZİ NİZAMİ SARAÇLI VƏFAT EDİB ALLAH RƏHMƏT ELƏSİN...

31 dekabr 2024-cil ildə Borçalı elinə, Azərbaycan ədəbiyyatına və ümumən Türk dünyasına ağır itki üz vermişdir. Elimizin-obamızın sevimlisi, Borçalıda yaşayıb-yaradan və bütün Türk dünyasında tanınan istedadlı Azərbaycan şairi, müdrik el ağsaqqalı, zəhmətkeş, halal-hümmət, əməli-saleh, yurdsevər, vətənpərvər və xeyirxah insan NİZAMİ SARAÇLI (Nizami Paşa Mutlutürk) doğma Saraçlı kəndində 74 yaşında dünyasını dəyişmiş və fevralın 2-də doğma kəndində dəfn olunmuşdur.


Nizami Paşa oğlu Əliyev (Nizami Saraçlı) - 1950-ci il iyun ayının 10-da qədim Borçalı mahalının (indiki Gürcüstanın) Bolnisi rayonundakı Saraçlı kəndində anadan olmuşdur. 1966-cı ildə həmin kənddə orta məktəbi, 1973-cü ildə Bakıda Azərbaycan Dövlət Univeristetininin (indiki BDU-nun) fizika fakultəsini bitirmişdir.
1970-ci ildə APİ-də labarant kimi əmək fəaliyyətinə başlamış və müxtəlif illərdə labaratoriyanın müdiri, Akademiyyanın mexanik riyaziyyat inistitunda işlər müdiri vəzifəsində çalışmış və ümumi texniki fənlər fakultəsinin fizika kafedrasında 5 yeni labaratoriya yaratmışdır.
1978-ci ildə Komsomol MK-nın və Yazıçılar Birliyinin qalibi olmuşdur.
1980-ci ildə doğma Saraçlıya qayıtmışdır.
Saraçlıda Bolnisi rayon hərbi komisarının nümayəndəsi vəzifəsində çalışmış və yaradıcılıq fəaliyyətini davam etdirmişdir.
1963-cü ildən müxtəlif imzalarla şeirlər yazan, 1964-cü ildən matbuatda çıxış edən Nizami Saraçlının 1986-cl ildə "Aramıza düşən yaylıq" adlı ilk kitabı Bakıda çap olunmuş, elə o zamandan da həmin dövrün müxtəlif mətbuat orqanlarında mütəmadi olaraq əsərləri işıqüzü görmüşdür.
Şair Nizami Saraçlı 1991-ci ildə 43 ölkədən olan 3 min 500 şairin iştirak etdi­yi Beynəlxalq "Minacat" adlı müsabiqənin qalibi olaraq "Beynəlxalq Peyğəmbər" mükafatı almışdır.
1993-cü ildə Qazaxıstanda 7 ölkə şairlərinin müsabiqəsinə qatılıb və qalib olaraq Beynəlxalq "Abay" mukafatına sahib olmuşdur. Mükafat prezident Nazarbayev tərəfindən təqdim olunmuşdur.
Elə həmin ildə, yəni 1993-cü ildə N.Saraçlı Gürcüstanın ali mükafatı – “Şərəf” ordeni ilə təltif olunmuşdur.
2002-ci ildə isə 5 ölkənin sədrliyi ilə Avrasiya Beynəlxalq Mətbuat Fondunun təsis etdiyi “Dünya həqiqət­lərini ictimaiyyətə çatdırdığına və döyüş xidmətlərinə görə Avrasiya mükafatı”na layiq görülmüşdür.
Həmin ildə ona 2-ci dəfə olaraq Gürcüstanın “Şərəf” ordeni verilmişdir. Ordeni Gürcüstan prezidenti E. Şevardnadze şəxsən təqdim etmişdir.

Ötən əsrin 90-cı illərində Borçalıda baş vermiş məlum hadisələrdən, soydaşlarımıza qarşı aparılan təqib və təziqlərdən sonra minlərlə soydaşımız kimi, o da ailəsi ilə birlikdə Azərbaycana, doğma Bakımıza pənah gətirmiş. Özü də, böyük oğlu da Milli Ordumuzun sıralarına yazılmışlar.
Müxtəlif vəzifələrdə çalışmış Nizami Saraçlı Azərbaycan Silahlı Qüvvələrinin mayoru kimi Qarabağ uğrunda gedən döyüşlərində fəal iştirak etmiş, "N" saylı hərbi hissənin şəxsi heyət üzrə komandir müavini olmuş, Respublikamızda əmin-amanlığın bərpa olunmasında və sabitləşməsində silahlı münaqişələrin yatırılmasında şəxsən iştirak etmiş, sonralar isə Azərbaycan Dövlət Radio və Televiziya Şirkətinnin "Hərbi vətənpərvərlik" redaksiyasında böyük redaktor vəsifəsində çalışmışdır.
Təqaüdə çıxdıqdan sonra yenidən doğma kəndinə qayıtmış, ömrünün sonuna kimi ata yurdunda yaşayıb-yaratmışdır...

Qarabağ qazisi olan istedadlı şair Nizami Saraçlı "Tanrı Türkə yar olsun!", “Qurban Türkün bayrağı­na”, “Qafqaz İslam ordusu”, “Bakı Təbriz Ankara”, “Ey sabahın zabitləri” kimi on­larla milli mahnı və marşların sözlərini yazıb. O, "Mutlutürk" təxəllüsü ilə Türk ellərində se­vilərək tanınıb, Turan şairi kimi Vətənə, Türk ellərinə şeirlər ithaf edib. Qələmə al­dığı poeziya nümunələri tez-tez Azərbay­canda, eləcə də bütün Türk dünyasında nəşr olunan qəzet və jurnallarda dərc olunub, sevilə-sevilə oxunub. Onun şeir­lərinə türk seriallarında mahnılar bəstələ­nib, həmçinin söz müəllifi olduğu “Tanrı Türkə yar olsun!” mahnısını Osmanlı İmperiyası haqqında çəkilmiş məşhur “Diriliş Ərtoğrul” teleserialında istedadlı müğənnimiz əslən Borçalıdan olan Şəmistan Əlizamanlı böyük sevgi ilə səsləndirib.

İndiyə qədər Azərbaycan da «Aramıza düşən yaylaq» (1986), «İlk sevgi dəftəri » (1993), «Əyriqara salam olsun» (1993), «Balaxanım nənənin bayatıları» (1994), «Yurdun səsi» (1995), «Balam niyə bal dadır» (1995), « Borçalıdan gələn işıq» (1998), «Dəli Dərviş» (1999), «Sara Xatun» (1999), «Çiləli qurd» (2000), «Torağay nəğməsi» (2000), «Turana doğru» (2002), «Ümid Işığı» (2002), «Nə var sevgidən gözəl» (2002), «Savaş sevdalı könül (2005) və s. kimi kitabları böyük tirajla nəşr olunmuşdur.
Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya və s. ölkələrdə də əsərləri çap olunub.

Haqqında «Vətən candan irəli» adlı məqalələr toplusundan ibarət 380 səhifəlik kitabı işıq üzü görüb.

Şairin «Bakı-Təbriz-Ankara», «Heyran türkün bayrağına», «Tanrı türkə yar olsun», «Ey sabahın zabitləri», «Mənim generalim», «Olmasın», «Çiləli qurd», «Yaralı ceyran», «Qafqaz dağı, yol ver bizə» kimi şeirlərinə bəstəkarlarımız musiqi bəstələyib.bu nəğmələr bir neçə beynəlxalq mahnı festivallarının diplom və mükafatlarına layiq görülüb bir çox şeirlerini aşıqlarımız saz havaları üstə oxuyurlar.

Nizami Saraçlı yuxarəda da qeyd etdiyimiz kimi, üç dəfə beynəlxalq poeziya musabiqə və festivalının qalibi olmuş, «Peyğəmbər», «Abay»«Sülh naminə» beynelxalq mükafatlar laureatı adını qazanmışdır. Azərbaycan Respublikası Təhsil Mərkəzinin «Abdulla Şaiq» , eləcə də "Zirvə" və "Zəfər" mükafatlarına, "İlin vətənpərvər şairi" və s. Fəxri diplomlarına layiq görülmüş, iki dəfə Gürcüstan Dövlətinin ən ali mükafatı olan "Şöhrət" ordəni ilə təltif olunmuşdur. Dövlət başçılarından Turgut Özal, E.A.Şverdnadzə, Nursultan Nazarbayevlə görüşləri olmuş, Ümummili liderimiz Həydər Əliyevlə və MEA-nın prezidenti olmuş akademik Zahid Xəlilovla şəxsi tanışlığını, məktublaşmasını həmişə fəxrla xatırlayırdı.
O, muharibə veterani, istefada olan zabit idi.
Ailəli idi, dörd avladı və səkkiz nəvəsi var.

Biz də bütün redaksiyamız adından, tanınmış şair-qazi Nizami Saraçlının vəfatından kədərləndiyimizi bildirir, ailəsinə, doğmalarına, qo­hum-əqrabasına, yaxınlarına, bir sözlə, bütün Nizamisevərlərə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin, Məkanı cənnət, Ruhu olsun! – deyirik və aşağıda şairin bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik!..

Müşfiq BORÇALI,
turan.info.az

BORÇALI

(Poema)


Borçalımız saz yurdudu
hər aşığı bir ordudu,
ayrılıq ceviz qurdudu,
yedi bizi içimizdən,
ayrı saldı köçümüzdən.
Orda binəm – binnətim var,
külü küldə külfətim var,
türk kəsiyi millətim var,
yurd kəsiyi ana torpaq,
rüzgarlarda yaşıl torpaq...
Can Borçalım iki gözöm,
atam – anam şirin sözüm,
qurban demem, qurban,-özüm,
ey dağların yaz maralı,
mən dərdliyəm, sən yaralı...
Gözəl yurdum, tamaşasan,
dərdlərimlə baş-başasan,
dahada xoşbəxt yaşasan,
tez tapılar itiyimiz,
kədər bilməz kiçiyimiz..
Yurdum səni sevmək azdı,
Neyləsək nəzir niyazdı,
Imzamizi fələk pozdu,
Qələm götürdüm dəstimə
Yeridim dərdin üstünə
Vətəni gülzar istədik
Dövlət umduq var istədik
Axır qışda qar istədik
Onuda verən olmadı
Bu dünya viran olmadı
Tapındəq öz soyumuza
Su qatmadıq suyumuza
Yasımıza toyumuza
Gələn-gəldi qol götürdü
Gılməyən köksün ötürdü
Vüsal bizim hicran bizim
Arzumuzdur turan bizim
Doğama Azərbaycan bizim
Sazımızın sədasıdı
Lap ujruma çatasıdı
Qoy var olsun hicranımız
Unudulsun mılalımız
Yıldızlara vüsalimiz
Çiçək açsın ləçək-ləçək
Üç rəngli türk bayrağı tək
Sazımızı duya gəlsin
Uğrunda can qıyan gəlsin
Gecikibsə,dayan gəlsin
əl verin xoş sabahlara
son qoyulsun günahlara
heyranam elin yazına
sərt qışına yazına
don açıla ,ayaz sına
ot bitə quzu səsinə
dönəm bir el nəğməsinə
Borçalımız bağ yeridi
Bir az ötdün,-dağ yeridi
Sınıq körpüdən bəri
Var olduqca birliyimiz,
Bar verəcək dirriyimiz
İnşallah ,qış qar gətirər
Qaranquş bahar gətirər
ərdəmli ər yar gətirər
dağın o üz,bu üzündən
qulaq batar toy səsindən
El şairi bizim Nəbi
Burdan alıb coşqun təbi
Keçdiyi həyat məktəbi
Sözün deyib kəsə-kəsdə
Bina olub xəncər üstə
Yurdum ,gəlsəm qinağına
Çıkmə çörək sinağina
Qurban olum torpağına
Hərdən dərdlə qıllıq məzə
Baxtımızı gəzə-gəzə
Biz bir ruhuq, biz bir bədən
Düzülmüşük çətən-şətən
Bizə Neylər yoldan ötən
Haq bizdədi,haq söylərik
Birimizi beş elərik
Axar aydın sular kimi
Havalanar qular kimi
Yaşarı arzular kimi
Qanadlıdı Borçalımız
Indlıdı Borçalımız
Bu ellər bizim ellərdi
əzizim-gözüm ellərdi
bağlardakı bülbülərdi
yuvam deyə yanan quçlar
o nəğmğli kaman quçlar...
Gülə-gülə bənd edəydim
Sözü kiçmiş-qənq edəydim
Qolunu kəmənd edəydim
Salaydım yar boynunamən
Dolaşaydım çəmən-çəmən
Borçalımız min oymaqlı
Hər oymağı min çıraqlı
Yaranışdan xoş soraqlı
Yaşıl donlu bir mahaldı
Nə,arzudur,nə xəyaldı
Başkeçiddən baş alan çay
Gözümüzdə yaş olan çay
Gedib kürə qovuçan çay
Ürəyidi Borçalının!
Diləyidi Borçalının!..

Aşıq deyər budur öyüd
Balaları məğrur böyüt
Vallah qəlbi bütöv igid
Bir qoyunda verməz qurda
Göz çəkdikcə ana yurda
Yurdum səni unutmadıq
Xatirin ucuz tutmadıq
Gecələr yuixu yatmadıq
Hey gəzdik yağı tuşunda
Qalalı dağlar başında
Məskənimdi borçalı
Boz oğuzlu,boz çalıdı
Bəlkədə Bozca Alıdı
Hər gün qılınc çalan burda
Könlümüzü alan burda
Möhkəmdi yurdun təməli
Dəllərimdə neçə dəli
Giziroğlu Çənlibeli
Aramasın uzaqlarda
Bax burdadı burda
Siz ey qarapapaq elim
Qıvraq atlı Qıpçaq elim
Bölünsəndə dilim-dilim
Yenə sizdən deyəcəyim
Tükənincə yeyəcəyim
Qəlbimizdə çiləmiz var
Həsrətli goz giləmiz var
Itgin düçşmüş Lələmiz var
Qalıb sazı çiynində
ərzurum gədiyində
Biz gəzəydik yurdlar ilə
Ulaşaydıq dərdlər ilə
Fürsət tapıb qurdlar ilə
Dost qardaş tək bağlaşaydıq
Göz dolusu aölaşaydıq
Gözümüz durna köçündə
əlləimiz iş-gücündə
din bəslədik din içində
Aman-aman Aşıq Qərib
Sən də, qərib məndə qərib
Hey anıb yurd yerimizi
Becərdik dərd sərimizi
İşğal etdi özümüzü
Gözü tökülmüş ayrılıq
Beli bükülmüş ayrılıq
Biz Şeyx Sənan olmadıq
Xaç suyuina salınmadıq
Bir tərsayə vurulmadıq
Yüz illər dözdük zillətə
Görk olduq əhli millətə
Yenə ovqat o ovqatdı
Deməynən halım babatdı
Buda bir cür zarafatdı
Yaza çıxdı oylağımız
Mart gözünə barmağımız...
Başımız çox bəla çəkdi
Ayaq altda torpaq çökdü
Bənovşələr boynun bükdü
Bircə şirin spzdən yana
Doöma cığır izdən yana
Nə yaxşə yurd yerindədi
Aşıqların şerindədi
Elin kökü dərindədi
Öz kökünə calanıbdır
Kökü üstə talanıbdır
Ağca qalan ağlar qalıb
Bürc dağılıb bağlar qalıb
Sinəmizdə dağlar qalıb
SULTAN YAQUB izin ağlar
Bizə baxan gözü ağlar
Demə olan oldu keçdi
Gələn qondu qonan köçdü
Deynən hamı əkdi bişdi
Yenə qaldı yalan dünya
Süleymandan qalan dünya
Aşıq cox arzun göyçədi
Dərdim yerdən göyəcəndi
Son itkim ulu göyçədi
Sərxoşluğun Göyçəgülü
Çox oynayım dəli-dəli
Bu yaşımda ay pir olmuş
Demə balan kafir olmuş
Yox-yox yurda əsir olmuş
Elə cal gülüm oynasın
Yel vursun külüm oynasın
Üstündəndə bir bayatı
Yandırsın eli elatı
Yoxsa ömür bir urvatı
Dəyməz dözüb hər zillətə
Qalmaq qurdla qiyamətə
Şən ocaqlar gur alışar
Sevdalanar hürr alısar
Borçalısız KÜR alısar
Otlar bitər xram üstə
Yaram simlər yaram üstə
Hər işimiz qədər yazı
Nəvə-nəticə murzl
Özümüz bir bəy libası
Yurda bir bayraq bəzədəm
Kölgəsində öləm itəm
Gəl keçmişi yad eyləyək
Gələcəyə ad eyləyək
Bayraq-bayraqdar söyləyək
Ana yurdum BORÇALIYA
Ata yurdum BORÇALIYA!..

SARACLİ KƏNDİ HAQQINDA ŞEİRLƏR

KƏNDİMİN


Sazlı-sözlü bir diyarın oğluyam,
Qoy bir deyim nələri var kəndimin.
Dəmyələrdə daşdan çörək çıxaran,
Qabar-qabar əlləri var kəndimin.

Yel aparmaz ocağının odunu,
Heç gödəlməz Göllücənin odunu,
Şişgünöydə şimşək ütər otunu,
Boz dumandan tülləri var kəndimin.

Ağ evləri o toy - bu toy düzülüb,
Ot basıbdı yolu izi nəzilib,
Gözəlləri səhəng altda əzilib,
Min ətirli gülləri var kəndimin.

Qara bulud bəyaz qızın saçımı,
Əmlik quzu süfrəsinin tacımı,
Qızmar səma başı üstə sacımı,
Tel oynadan yelləri var kəndimin.

Ha gözləyər geri dönməz gedəni,
Hey aranar bir tapılmaz itəni,
Yada salma hər başından ötəni,
Ağı deyən dilləri var kəndimin.

Torpağını bölük-bölük böldülər,
Soy adını dəftərlərdən sildilər,
Saraçlını bir ölmüşmü bildilər,
Qələm tutan əlləri var kəndimin!

ÇİÇƏK QANI

Bu çiçəyə nə olub
Odu canına düşüb
Bişib-bişib ömrü
Yazın sonuna düşüb
Ay çiçək nədir adın
Söz vurmamış qanadın
Olma toxumun yadın
Dəyirmanına düşüb
Ay çiçəyim mənimdə
Od gəzir bədənimdə
Bu doğma vətənimdə
Qolum yanıma düşüb
Ürəyimdi əllərdə
Hey yellənir yellərdə
Çimib qanlı sellərdə
Çiçək donuna düşüb
Çoxdan öyrəçib yağı
Bu yurdu talamağı
Qurdların ulamağı
Xoruz banına düşüb
Göydə ulduz neçədi
Bax-bax yarıgecədi
Hər ulduz bir qönçədi
Insan qanına düşüb
Bu qan kimin qanıdı
Bu qan şəhid qanıdı
Bakım qəm ümmanıdı
Şehi qanuna düşüb

Ağ atımın yalmanı qara
Ağ atımın yalmanı qara
Qara başım qurban sənə ey atım
Məni bu yollara yolçu eylə
Bu yollara çapar eylə
Cilovunu buraxmışam apar elə
Harayacan apara bilsən
Sənə güvənmişəm onunçün belə
Apar məni apar elə
Ağ attımın üzü ağ dərisi qara
Dırnaqların ucu qara
Gözlərinin altı qara
Qara başım qurban sənə atım
Apar məni gündoğana
Apar məni halölənə xəyalölənə
Ağ atımın gözləri qara
Qulaqlarının ucu qara
əli ovcu qara
quluncu qara
Qara başım qurban sənə atım
Bir ilxıya qatıl görüm
Bu mığmığalı çivinli dünyada
Ağ atımın dili qara
Yəhər altda beli qara
Qaşqasında kəkili qara
QARA…QARA…ayağında səkili qara
Arxasınca quyruğu
Quyruğu ucunda kölgəsi qara
Qara başım qurban sənə atım
Bu qara gündə keç bu qaranlıqdan
Yar bu dumanlığı
Aş bu samanlığı
Arpa desən arpa məndə
Anadan ağ doğulanlar
20 yanvar gecəsi
Belə qaraldılar bu vətəndə
Göy damarından fışqıran qanı qara
Yanı qara
Yançağqara
QARA…QARA.üz qoyduğu torpağı qara
Qara başım qurban sənə atım
Bir ağlıq qarışacaqmı bu qaranlığa

ALLAHSIZ DƏRD

Ona bax allah ona bax
Dərdim necə böyüyür
Ona bax allah ona bax
Dərd üstümə yeriyir
Ah zalım dərd azman dərd
Məni qovub teylədin
Bir vaxt mən də mərd idim
Niyə namərd eylədin
Ona bax allah ona bax
Dərd üstümdən adlayır
Mənə bax allah mənə bax
Kölgəm it tək ulayır
Ah zalım dərd azman dərd
Yazığın gəlməz mənə
Həyat-dələduz qanlı
Ruhumu ağlar qoyub
Pəri tək gülməz mənə
Ona bax allah ona bax
Dərd dumandı qapqara
Mənə bax allah mənə bax
Köynəyim para-para
Ürəyim qanlı yara
Dərd olanda nə olar
Dərdin insafı yoxdu
O da bir anadan doğulmayıbmı
Onunda allahı yoxdumu
Vallah bu dərdinanası allahı yoxdu
Allahı vallahı yoxdu
Öz-özündən böyükdü
Günühı günahımdan çoxdu
Mən ömrüm boyu dərdimi qinamadım
Çətinə çəkib sınamadım
Hər əzabına dözdüm
Namırd çıxacağın unamadım
Bu dərd dərdimsə məni çarmıxa çəkdi
Bədoy at tək meyidimi çığnayıb keçdi
Dönüb üstümə ağnayıb keçdi
Dedim belə dərd olar
Belə dərd sahibinin yurd yuvası vird olar
Ona bax allah ona bax
Dərd üstümə yeriyir
Yeriyir yeriyir üstümə
Ağzı qanlı sel kimi
Yeriyir yeriyir üstümə
Yurdsuz qalan el kimi
Bu el mənim elimdi
Eh seldəki göz yaşım
Yırğalan çiynim üstə
Yırğalan dərdli başım
Artıq əzəl axırdı
Yaşamaq ağırdısa
Ölmək daha ağırdı
Bir dam altda beş ölü
Bir dam altda beş ölü
Kişiyi üç yaşında
Qovun şeyda bülbülü
Durub ağı deməsin
Yaşıl ağac başında
Ədavət olar
Bir dam altda beş ölü
Böyüyü ana yaşında
O olubdur evində
Azədəlik vaxtında
Azadlıq vaxtında
Susun səsə salmayaq
Cinayət olar
Bir dam altda beş ölü
Beş ölüdən qalmayıb
Bir ovuc insane külü
Qovun şeyda bülbülü
Pünhan ağı deməsin
Aşkarlıq işığında
Xəyanət olar
Bir dam altda beş ölü
Beş qaşıq insan külü
Tabutcuya deyin ki
Bir qutu düzəltsin
Yığaq bu külü
Birdə bir kiçik tabut
Dəfn etməkçün bülbülü
Bir dam altda beş ölü
Bülbüllə altı oldu.



turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Şəhid kapitan SAHİB DAŞDƏMİROV SARAÇLI (06.05.1995-20.09.2023)

Şəhid kapitan SAHİB DAŞDƏMİROV SARAÇLI (06.05.1995-20.09.2023)

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
MÖHÜBBƏT BAYRAMOV (1952)

MÖHÜBBƏT BAYRAMOV (1952)

Müsabiqə, Başkeçid
SEYFƏDDİN ZEYNALOV (1981)

SEYFƏDDİN ZEYNALOV (1981)

Müsabiqə
Sabir SADAXLI:

Sabir SADAXLI: "VƏTƏN EŞQİNƏ!"

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə
Dilarə Süleyman Zahidqızı (1982):

Dilarə Süleyman Zahidqızı (1982): "RÜBAİLƏR"

Müsabiqə, RÜBAİLƏR
Nizami Saraclı:

Nizami Saraclı: "BİZİM MÜŞFİQ BORÇALI"

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Borçalı, Bolus, Darvaz, Müşfiq Borçalı
Qurbanəli İskəndəroğlu (1964)

Qurbanəli İskəndəroğlu (1964)

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə
Vəliyəddin Adil (1962)

Vəliyəddin Adil (1962)

Müsabiqə
SOLMAZ QƏRİBEL HƏSƏNOVA:

SOLMAZ QƏRİBEL HƏSƏNOVA: "Qan qoxur dünyanın üzündən yenə..."

Müsabiqə
ŞƏHİD Saraclı Əliyev Ramiz Sayad oğlu (25.08.1968-15.01.1993)

ŞƏHİD Saraclı Əliyev Ramiz Sayad oğlu (25.08.1968-15.01.1993)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
SƏADƏT BUTA (1951)

SƏADƏT BUTA (1951)

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Başkeçid
RUHUN ŞAD OLSUN, MƏMMƏD!..

RUHUN ŞAD OLSUN, MƏMMƏD!..

Başkeçid, Nekroloqlar
Vəkil OVÇUYEVin “Şərəfli ömür” adlı şeirlər kitabı işıqüzü görüb

Vəkil OVÇUYEVin “Şərəfli ömür” adlı şeirlər kitabı işıqüzü görüb

Yeni nəşrlər, "Şərqin səsi", Darvaz, Müsabiqə
ALLAH RƏHMƏT ELƏSİN, YADİGAR MÜƏLLİM!..

ALLAH RƏHMƏT ELƏSİN, YADİGAR MÜƏLLİM!..

Bolus, Nekroloqlar
Nizami SARAÇLI MUTLUTÜRK: “Yazıçılar Birliyinə üzv olmaq üçün on yeddi il ç ...

Nizami SARAÇLI MUTLUTÜRK: “Yazıçılar Birliyinə üzv olmaq üçün on yeddi il ç ...

Bolus
SADAXLI Sabir Mahmudovun ŞEİRLƏRİ

SADAXLI Sabir Mahmudovun ŞEİRLƏRİ

Poeziya, Borçalı
ŞUŞA HƏSRƏTİ (Poema)

ŞUŞA HƏSRƏTİ (Poema)

Qarabağ, Poeziya
General AYVAZ QARA OĞLU İSMAYILOV  (1927-2000)

General AYVAZ QARA OĞLU İSMAYILOV (1927-2000)

Başkeçid, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Əflatun Saraçlı (1936-2008)

Əflatun Saraçlı (1936-2008)

TDPİ-nin Azərbaycan bölməsi, Bolus
Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Borçalı
Rəy yazın: