CAN qardaşım, XAN adaşım əzizim ZƏLİMXAN YAQUB!.. Allah dərgahında ruhun ŞAD olsun...

CAN qardaşım, XAN adaşım əzizim ZƏLİMXAN YAQUB!.. Allah dərgahında ruhun ŞAD olsun... Xalq şairi Zəlimxan Yaqub aramızda olmasa da, heç vaxt “Zəlimxan ölüb” demədim. Sadəcə olaraq “dünyasını dəyişib” fikrini hey beynimdə dolaşdırıram.
O, bəşəriyyətdən-yazıb yaratmaq dünyasından,
SÖZ qoşub SAZ ifa etmək dünyasından, natiqlik dünyasından əbədi ayrılıb AXİRƏT dünyasına köçdü. Onun köç karvanının yaraları Zəlimxansevərlərin qəlbini parçalayıb qövr edir.


Zaman keçdikcə insan həyatında baş verən belə dəhşətli və qorxunc yaraları vaxt SAĞALTMASA da üzünü qaysaqlayır, ağrı-acını ovudur. Doğma-əzizlər, dost-tanışlar hər an Zəlimxan ayrılığının dözülməz sızıltı və iniltilərini, qəm-qüssəsini, dərd-qəmini duyub için-için yanan qəlblərində daşıyırlar.
Çağdaş Türk xalqlarının SAZ–SÖZ dünyasının neçə-neçə deyilməmiş, ifa olunmamış sənət İNCİLƏRİNİ Xalq şairi Zəlimxan Yaqub özü ilə apardı. Əcəl aman vermədi ki, şair bu incilərə nəfəs, can verib insanlara ərmağan eləsin.
Zəlimxan Yaqubun gözəlliyi, istedadı, bacarığı və böyüklüyü onda idi ki, “özüm üçün” prinsipi ilə deyil, “izim üçün” arzusu ilə yazıb yaratdırdı. Məhz bu dünyada onun YOLU, İZİ və bir də əbədiyaşar ÖZÜ ilə şirin xatirələri qaldı.
Dünyaya sahib olmaq iddiası ilə yaşayıb “mənəm-mənəm” deyən, lakin ömürlərinin son günlərində ölümün qarşısında diz çöküb, əl açıb, dil töküb AMAN diləyən hökmdarlardan fərqli olaraq Zəlimxan Yaqub ÖLÜMÜN gözünə dik baxaraq GƏL, GƏL deyirdi.
Zəlimxan Yaqub fitri istedad və dahiliyinə, sənətkarlıq bacarığına, natiqlik məharətinə, vətənpərvərlik sevgisinə, ağsaqqal müdrikliyinə və kamilliyinə görə sevilən, hörmət edilən, xalqa daha yaxın olan ictimai xadim idi. Onun dünya malında, var-dövlətdə, şan-şöhrət və vəzifədə gözü olmamışdı. Yoxsul kəndli ailəsində böyüsə də mənəvi saflığı, daxili mədəniyyəti, dünya görüşü və ləyaqəti ilə seçilirdi.

Zəlimxan Yaqub yaşadığı ömrü mənalı və sanballı yaşadı. “Ağır oturub, batman gəldi”. Davranışına fikir verər, hər addımını ölçüb-biçər, danışığını götür-qoy edər, sözünün-söhbətinin, eləcə də ÖZÜNÜN yerini bilərdi.

Allahın sevimli bəndəsi olan Zəlimxan Yaqub “Aydan arı, sudan dur”, təmiz və saf qəlbi həsəd və paxıllıqdan, kin-küdurətdən, pislik və bədxahlıqdan uzaq idi. Bacardığı qədər insanların işinə yarıyar, qulluğunda durar, işini düzəldər, xahişini yarinə yetirər, imkanı daxilində yaxşılıq edər, hörmət və xeyirxahlıq göstərərdi.
CAN qardaşım, XAN adaşım Zəlimxan Yaqubun ANIM GÜNÜNÜ ailəmizdə video yazılarına sükut içində, ürək ağrısı ilə baxıb YAD etdik.

Allah Sənə RƏHMƏT eləsin. Yerin CƏNNNƏT, Allah dərgahında ruhun ŞAD olsun, əzizim ZƏLİMXAN!
Rahat yat! Biz özümüz də bilmədən, yada salmadan, düşünmədən günbəgün Sənə tərəf addımlayırıq.


Əlixan YƏHYAOĞLU,
Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri və
"Ümid" qəzetinin Baş redaktoru.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib

Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib

---
Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib

Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib

Rustavi
Zəlimxan Yaqub xatirələrdə

Zəlimxan Yaqub xatirələrdə

Mədəniyyət, Bolus
Gəncə yazarları Zəlimxan Yaqubu xatırlayıblar

Gəncə yazarları Zəlimxan Yaqubu xatırlayıblar

Azərbaycan, Gəncə
Xalq şairi Zəlimxan Yaqubun məzarı üstündə abidəsi ucaldılıb

Xalq şairi Zəlimxan Yaqubun məzarı üstündə abidəsi ucaldılıb

Azərbaycan, Borçalı
ZƏLİMXAN YAQUB FƏXRİ XİYABANDA ANILDI

ZƏLİMXAN YAQUB FƏXRİ XİYABANDA ANILDI

UNUTSAQ, UNUDULARIQ!....
İliyinə qədər ŞAİR - ZƏLİMXAN YAQUB

İliyinə qədər ŞAİR - ZƏLİMXAN YAQUB

Azərbaycan

"ZƏLİMXANIN ÖZÜ VAR XATİRƏLƏRDƏ"

Borçalı, Bolus
SAZLA QOŞALAŞAN, SÖZLƏ ALIŞAN ŞAİRİN

SAZLA QOŞALAŞAN, SÖZLƏ ALIŞAN ŞAİRİN "POEZİYA GÜNÜ"

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Rahat uyuyun, Böyük Şair, Siz əsrarəngiz poeziya dunyamızın qızıl səhifəsin ...

Rahat uyuyun, Böyük Şair, Siz əsrarəngiz poeziya dunyamızın qızıl səhifəsin ...

MEDİA, Borçalı, Nekroloqlar
Ələddin Həsənlinin ifasında mahnılar və Zəlimxan Yaqubun

Ələddin Həsənlinin ifasında mahnılar və Zəlimxan Yaqubun "Saz" poeması

Tv, Folklor, Poeziya, Tiflis, Borçalı, Bolus
Xalq şairi Zəlimxan Yaqubun xatirəsi doğulduğu Kəpənəkçi kəndində anılıb

Xalq şairi Zəlimxan Yaqubun xatirəsi doğulduğu Kəpənəkçi kəndində anılıb

Bolus
Zəlimxan ayrılığı - Orxan Aras Almaniyadan yazır

Zəlimxan ayrılığı - Orxan Aras Almaniyadan yazır

Azərbaycan
“Zəlimxan özü var xatirələrdə” mövzusunda ədəbi-bədii gecə

“Zəlimxan özü var xatirələrdə” mövzusunda ədəbi-bədii gecə

Mədəniyyət

"Sözün Zəlimxan zirvəsi” kitabının təqdimatı keçirildi

Borçalı, Əsas xəbər
Tanış olun: Gənc istedad YAŞA BAYRAMOV

Tanış olun: Gənc istedad YAŞA BAYRAMOV

Poeziya, Bolus
Zəlimxan Yaqubun “Peyğəmbər” poeması Təbrizdə nəşr olunub

Zəlimxan Yaqubun “Peyğəmbər” poeması Təbrizdə nəşr olunub

Yeni nəşrlər, Bolus, Cənubi Azərbaycan
Xalq Şairi ZƏLIMXAN YAQUB son mənzilə yola salındı

Xalq Şairi ZƏLIMXAN YAQUB son mənzilə yola salındı

Əsas xəbər, Azərbaycan
KVEMO-KARTLİ QUBERNATORU İLƏ GÖRÜŞ

KVEMO-KARTLİ QUBERNATORU İLƏ GÖRÜŞ

Rustavi, Borçalı, Bolus
Borçalı əsilli ziyalılar Zəlimxan Məmmədliyə kəskin etirazlarını bildirib

Borçalı əsilli ziyalılar Zəlimxan Məmmədliyə kəskin etirazlarını bildirib

"Borçalı" Cəmiyyəti
Rəy yazın: