Yəhya Mustafa oğlu Məmmədov (1932)

Yəhya Mustafa oğlu Məmmədov (1932) AĞSAQQALLARIMIZI TANIYAQ VƏ TANIDAQ!..

Yəhya Mustafa oğlu Məmmədov - 1932-ci il fevralın 25-də qədim Borçalı mahalının uca dağlar qoynunda yerləşən, əsrarəngiz gözəllikləri ilə məşhur olan Başkeçid elində - indiki Gürcüstan Respublikasının Dmanisi şəhərində dünyaya göz açmışdır.
Atası Mustafa Suleyman oğlu Məmmədov 1907-ci ildə, anası Anaxanım İsa qızı Məmmədova isə 1914-cü ildə Başkeçid rayonunun Əngirəvan kəndində anadan olmuşlar.

Yəhya Mustafa oğlu 1940-cı ildə Başkeçiddə birinci sinfə daxil olub. (O illərdə Başkeçiddə məktəblər məktəb kimi tam formalaşmamışdı, fəaliyyətləri demək olar ki, yox dərəcəsində idi, evlərdə 1-2 sinif kimi formalaşdırıb uşaqlara dərs keçirdilər.)
1952-ci ildə orta məktəbin buraxılış imtahanlarını müvəffəqiyyətlə verərək tam orta təhsili bitirməsi haqqında attestatını alıb Rusiyanın Voloqda vilayətinə yollanıb. Orada Südçülük İnstitutuna (indiki Südçülük Akademiyasına) daxil olub. Təhsil aldığı qısa bir müddətdə nailiyyətləri ilə tələbə yoldaşları arasında fərqlənib, qrup nümayəndəsi seçilib. 1957-ci ildə həmin ali məktəbi "mühəndis-texnoloq" ixtisası üzrə müvəffəqiyyətlə bitirib və doğma ata yurduna - müqəddəs Borçalımıza qayıdıb.
3 il Marneulidəki süd zavodunda mühəndis-texnoloq işləyib.
Bu müddət ərzində zəngin təcrübə qazanıb. Sonra Başkeçidə gəlib.
1960-cı ilin mayından 1967-ci ilə kimi Başkeçid yağ-pendir zavodunda baş mühəndis vəzifəsində çalışıb.
1967-ci il dekabrın 13-də bir məsuliyyətli işçi kimi bironun qərarı ilə ona təzəcə yaradılmış və 5 kəndi (Kirov, Saca, Ormeşən, Bağçalar və Dağarıxlı kəndlərini) əhatə edən Kirov sovxozuna rəhbərlik tapşırılıb.
1973-cü ildə yenə bironun qərarı ilə onu Dmanisidə başqa bir idarəyə Məişət xidməti idarəsinə rəis təyin olunub və 1975-ci ilə qədər həmin vəzifədə çalışıb.
Yəhya Məmmədov 1975-ci ildə isə rayon tədarük ittifaqının sədri seçilib.
1980-ci ildə bacarıqlı mütəxəssis, qabaqcıl işçi, nümunəvi rəhbər və məsuliyyətli təşkiklatçı kimi ona Dmanisi şəhərində təməli qoyulan böyük bir yeni pendir-yağ zavodunun direktoru vəzifəsi həvalə olunub. Zavod qısa bir müddətdə tikilib istifadəyə verilir. Zavod bir başa o vaxtlar İttifaqın mərkəzi olan Moskvaya tabe idi. Zavoda Yəhya Məmmədov zavoda bacarıqlı və təcrübəli mütəxəssislər cəlb etmişdir. O cümlədən, Yaradanquluyev Bəkir kimi hansı ki, həmin vaxtlar bütün dünyada məşhur olan İsveç pendiri düzəldirdi və həmin pendir biavasitə Moskvaya Kremilə göndərilirdi.
Yəhya Məmmədov 1987-ci ildə vaxtı ilə özünün qurduğu Kirov sovxozuna yenidən direktor təyin olunur. Son illərdə çox geriləmiş sovxozu yenidən qabaqcıllar sırasına çığartmaq tapşırılır.
Yəhya Mustafa oğlu bu tapşırığın da öhtəsindən ləyaqətlə gəlib...
Amma... Lakin...
1990-cı illərdə Borçalıda baş vermiş məlum hadisələrdən,
milli ayrı-seçkilik olaylarından sonra,
burada yaşayan azərbaycanlılara qarşı yönəlmiş təqib və təzyiqlər daha da çoxalıb,
rayon mərkəzində çalışan yüzlərlə soydaşımız heç bir səbəb göstərilmədən işdən azad olunub,
Başkeçiddə (indiki Dmanisi şəhərində), eləcə də qonşu Bolnisi və Kazreti şəhərlərində yaşayan
minlərlə soydaşımız Azərbaycana köçməyə məcbur ediliblər.
Başkeçiddə yaşayan soydaşlarımız bax beləcə pərən-pərən olublar,
öz doğma isti ocaqlarından hərəsi bir yana dağılıblar.
Kimisi Azərbaycana, kimisi Rusiyaya üz tutub,
kimisi Ukraynaya, kimisi Orta Asiya respublikalarına...
Minlərlə soydaşımız kimi Yəhya Məmmədov da doğma el-obasından ayrılmağa, ailəsni də götürüb Azərbaycana pənah gətirməyə məcbur olub. O, öz sənətini burada da şərəflə davam etdirib. 1992-1993-cu illərdə Xırdalan pendir-yağ kombinatında aparıcı mütəxəssis kimi fəaliyyət göstərib. Qısa bir vaxtda kollektiv arasında qabaqcıl işçi, gözəl bir insan, dəyərli bir şəxsiyyət kimi tanınıb, həmişə özünün sözünü və sözün düznü deyən bir qeyrətli vətəndaş kimi bir çoxlarının qəlbində, ürəyində öz yerini tutub.
Amma gərək onu da xüsusi olaraq vurğulayaq ki, Yəhya Məmmədovun əsas uğuru, nailiyyəti, müvəffəqiyyəti məhz onun ailəsi ilə bağlıdı. O, nümunəvi ata, mehriban babadır.
Bir sözlə, gözəl bir ailə başçısıdır.
5 övladı - 4 qızı, 1 oğlu, 12 nəvəsi, 14 nəticəsi var.

Böyük qızı Sürayyə Məmmədova respublikamızın qabaqcıl və tanınmış müəllimlərindəndir. “İdrak” Liseyində çalışır.
Elmira xanım 251 nömrəli məktəbdə fizika dərsi deyir.
Minayə xanım Bakı Politexnik İnstitutunu, Mədinə xanım isə Mədəniyyət və İncəsənət İnstutunu bitirib.
Oğlu Akif Məmmədov həkimdir, Topçubaşov adına Xəstəxanada qastrintoloq işləyir.
Nəvələrindən üçü Daxili İşlər Nazirliyində fəaliyyət göstərir. Birinci nəvəsi Rüfət Allazov müstəntiq, ikinci nəvəsi Eldar Məmmədov Binəqədi rayonunda əməliyyatçı, Kamran Musayev Nizami rayonunda əməliyyatçı, digər nəvə və nəticələri isə məktəblidirlər.

Biz də hazırda ömrünün müdriklik çağlarını yaşayan
sevimli yurddaşımız, müdrik el ağsaqqalımız,
çox hörmətli Yəhya Məmmədovu anadan olmasının
90 illik Yubileyi münasibətilə ürəkdən təbrik edir,
ona və onun bütün ailə üzvlərinə uzun ömür,
möhkəm cansağlığı, xoşbəxlik, firavan həyat
və yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Təhminə Məmmədova (1961)

Təhminə Məmmədova (1961)

Başkeçid
Polis kapitanı SALEH EYYUBOV (1978)

Polis kapitanı SALEH EYYUBOV (1978)

"XXI əsrin Ziyalıları", Başkeçid
Qabaqcıl müəllim, təcrübəli pedaqoq, vətənpərvər və yurdsevər ziyalı - SÜRA ...

Qabaqcıl müəllim, təcrübəli pedaqoq, vətənpərvər və yurdsevər ziyalı - SÜRA ...

Məktəblər, Başkeçid
Həkim Aqil Xazeyin oğlu Məmmədov (1976)

Həkim Aqil Xazeyin oğlu Məmmədov (1976)

Səhiyyə, Başkeçid
BAŞKEÇİDLİ ŞƏHİD Ramiz Ümid oğlu Əhmədov (1960-1994)

BAŞKEÇİDLİ ŞƏHİD Ramiz Ümid oğlu Əhmədov (1960-1994)

ŞƏHİDLƏRİMİZ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
XƏLİD SƏMƏD OĞLU QARALOV (1932-2000)

XƏLİD SƏMƏD OĞLU QARALOV (1932-2000)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Mayor Oqtay Bədəl oğlu NƏBİZADƏ (1947-2019)

Mayor Oqtay Bədəl oğlu NƏBİZADƏ (1947-2019)

Darvaz, Nekroloqlar
Hüquqşünas Natiq Xazeyin oğlu Məmmədov (1973)

Hüquqşünas Natiq Xazeyin oğlu Məmmədov (1973)

Başkeçid, Hüquq
Professor Yəhya Məmmədovun 85 illik yubileyi qeyd olunub

Professor Yəhya Məmmədovun 85 illik yubileyi qeyd olunub

BDU
Mahmud Qurbanov (1956)

Mahmud Qurbanov (1956)

Başkeçid
ŞƏHİD Ədalət Qədir oğlu Gülməmmədov (1970-1994)

ŞƏHİD Ədalət Qədir oğlu Gülməmmədov (1970-1994)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Tanınmış memar və xeyirxah iş adamı TEYMUR QARALOV Başkeçiddə vəfat edib

Tanınmış memar və xeyirxah iş adamı TEYMUR QARALOV Başkeçiddə vəfat edib

Başkeçid, Nekroloqlar
GENERAL CAVANŞİR MƏMMƏDOVA AĞIR İTKİ ÜZ VERİB

GENERAL CAVANŞİR MƏMMƏDOVA AĞIR İTKİ ÜZ VERİB

Başkeçid, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
SAHİBKAR ÜMRƏXANIM və XEYİRXAH İCTİMAİ XADİM - TAMAM MƏMMƏDOVA

SAHİBKAR ÜMRƏXANIM və XEYİRXAH İCTİMAİ XADİM - TAMAM MƏMMƏDOVA

Başkeçid
İSMAYIL QƏDİR  oğlu  MƏMMƏDOV (1957)

İSMAYIL QƏDİR oğlu MƏMMƏDOV (1957)

"XXI əsrin Ziyalıları", Bolus
Başkeçidli xeyriyyəçi Səlahəddin Məmmədov vəfat edib

Başkeçidli xeyriyyəçi Səlahəddin Məmmədov vəfat edib

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
EL AĞSAQQALI ADİL MƏHƏMMƏD OĞLU MUSAYEV (1926)

EL AĞSAQQALI ADİL MƏHƏMMƏD OĞLU MUSAYEV (1926)

Başkeçid
MUSTAFA QURBAN OĞLU - ŞİNDİLƏRİN İLK KOLXOZ SƏDRİ

MUSTAFA QURBAN OĞLU - ŞİNDİLƏRİN İLK KOLXOZ SƏDRİ

"XXI əsrin Ziyalıları", Başkeçid
ŞAMXƏLİL MƏMMƏDOV  (1965-2021)

ŞAMXƏLİL MƏMMƏDOV (1965-2021)

Başkeçid
AYDIN HÜSEYNOV (1936-2002)

AYDIN HÜSEYNOV (1936-2002)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: