“Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib

“Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib “Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib “Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib “Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib “Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib “Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib “Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib “Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib “Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)
Azad Həmkarlar İttifaqı və
Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun birgə təşkilatçılğı ilə AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) “Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib. Konfrans çərçivəsində Memarlıq və İncəsənət İnstitutu tərəfindən təşkil edilən sərgi və YT Parkının istehsal prosesi ilə tanışlıq olub. Sərgidə həmçinin akademiya əməkdaşlarının bədii əsərlərindən ibarət kitablar nümayiş olunub.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və institutun bir qrup əməkdaşı sərgiyə baxıblar.


Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən
turan.info.az-a bildiriblər ki,
Konfransdan əvvəl Yüksək Texnologiyalar Parkı ilə yaxından tanışlıq olub.

YT Parkının direktoru
Nazim Şükürov
tədbir iştirakçılarını görülən işlərlə hərtərəfli tanış edərək bildirib ki, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli elmtutumlu istehsalın inkişafı, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılması bu qurumun əsas məqsədlərindəndir.
İştirakçılar AMEA-nın təşəbbüsü ilə yaradılmış, beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş akademiya laboratoriyasında olublar. Onlara laboratoriyanın imkanları, burada göstərilən xidmətlər barədə ətraflı məlumat verilib. Sonra qonaqlar hazır neft məhsulları və onların istehsal prosesi, hərbi və mülki təyinatlı dron və ya pilotsuz uçuş aparatlar (PUA) ilə tanış olublar. YT Parkında həyata keçirilən layihələr, buradakı maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti konfrans iştirakçılarının böyük marağına səbəb olub.

Konfransı giriş sözü ilə “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru Nazim Şükürov açaraq VI Fizika və lirika konfransının Yüksək Texnologiyalar Parkında keçirilməsindən məmnun olduğunu deyib və konfransın işinə uğurlar arzulayıb.

Sonra AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli fizika-lirika münasibətlərinin tarixi haqqında məlumat verib. İlk dəfə 1959-cu ildə “Komsomolskaya pravda” qəzetində çap olunan yazı ilə gündəmə gələn mövzunun tarixindən danışıb. Akademik həmin dövrdə fiziklərə ədəbiyyatçıların verdiyi cavabı xatırladıb ki, ədəbiyyat da insan qəlbinin mühəndisidir. 1974-cü ildə problemə yenidən qayıdılmasından, Nobel mükafatlı fiziklərin fizika və lirikanın qarşılıqlı əlaqəsinə münasibət bildirmələrindən söz açıb. Müasir dövr haqqında təsəvvür formalaşdıran akademik bildirib ki, postsovet məkanında ilk dəfə Azərbaycan Milli Elmlər Akademiyası Humanitar və İctimai Elmlər Bölməsi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Fizika İnstitutu bu işi elmi tədqiqat səviyyəsinə qaldırmaq təşəbbüsü ilə çıxış ediblər. 2014-cü ildə “Elm festivalı”ndan etibarən keçirilən Fizika-lirika konfranslarının ictimaiyyətdə əks-səda doğurduğunu qeyd edib. Akademik bildirib ki, artıq xarici ölkələrin də bu konfransa marağı yaranıb, onlarla qaşılıqlı əməkdaşlıq edilir. Ötən il Dubnada təşkil edilən konfransın nəticələri barədə fikirlərini bölüşüb. Fikrini ümumiləşdirən akademik qeyd edib ki, “Rəmzi mənada lirika incəsənət sahələrinin hamısıdır, fizika isə dəqiq və təbiət elmlərinin hamısının yerində işlədilir”. Həmçinin bu gün akademiyada çalışan əməkdaşlardan Azərbaycan Yazıçılar Birliyinin üzvləri olduğunu da vurğulayıb.

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək Elmlər Akademiyasının belə bir təşəbbüsü gerçəkləşdirməsini təqdirəlayiq hal kimi yüksək qiymətləndirib. Xalq yazıçısı məsələyə münasibət bildirərək qeyd edib ki, elə bilməsinlər ədəbiyyat fizika və ya kimyadan daha asandır. Ədəbiyyat fizika, kimya, astronomiya qədər çox ciddi bir elmdir. AYB sədri həmçinin Məmməd Arif və Məmməd Cəfər kimi alimlərin ikinci dərəcəli şair olmaqdansa birinci dərəcəli alim olmağa üstünlük vermələrini də alqışlayıb.

Ardınca AMEA-nın Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov bildirib ki, fiziklərin belə tədbirlərə qatılması elmlərin bir-birinə inteqrasiyasının müasir təzahürünə nümunədir. Akademik Nizami Gəncəvinin, Rəsul Rzanın şeirlərində elmi bilgilər haqqında fikirlərini bölüşüb.

Həmçinin Xəzər Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı “Riyaziyyat və lirika” və Beynəlxalq Nüvə Tədqiqatları İnstitutu, Mədəniyyət Evinin direktor müavini Lyubov Oreloviç “Fizika və lirika canlı muzeyi: Dubna” adlı məruzələrlə çıxış ediblər.

Eyni zamanda Ədəbiyyat İnstitutunun əməkdaşlarından professorlar Məmməd Əliyev “Dədə Qorqud” dastanında intellektual şeir”, Tahirə Məmməd “Ədəbiyyatda texnologiyanın bədii-estetik ifadəsi” və filologiya elmləri doktoru Yaşar Qasımbəyli “Xalq şairi Rəsul Rzanın intellektual poeziyası” mövzusunda məruzə ilə çıxış ediblər.

Konfransın sonunda akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutuna məxsus kitabları Yüksək Texnologiyalar Parkının direktoru Nazim Şükürova təqdim edib. Yekunda Mərziyyə Səlahəddinin sözlərinə yazılmış mahnı ifa olunub. AzTV-nin solisti Bəsti Qasımovanın ifa etdiyi mahnını gitarada Nihat Rzayev müşayiət edib.

Aygül ÇOBANOVA,
AMEA-nın dissertantı

turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Şamaxıda II “Fizika və lirika” konfransı keçirilib

Şamaxıda II “Fizika və lirika” konfransı keçirilib

Digər bölmələr, "Zirvə", Folklor
AMERİKALI PROFESSOR AMEA-nın FİZİKA İNSTİTUTDA

AMERİKALI PROFESSOR AMEA-nın FİZİKA İNSTİTUTDA

Elm
AMEA-nın Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar isteh ...

AMEA-nın Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar isteh ...

Elm
AzTU tələbələrinin AMEA Yüksək Texnologiyalar Parkına tədris ekskursiyası t ...

AzTU tələbələrinin AMEA Yüksək Texnologiyalar Parkına tədris ekskursiyası t ...

AzTU
“İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması” mövzusunda növbəti  ...

“İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması” mövzusunda növbəti ...

Elm
Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Humanitar elmlər, "Zirvə"
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda İngilis dili kursları

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda İngilis dili kursları

Humanitar elmlər
“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

Elm, "Zirvə"
Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Humanitar elmlər
Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Humanitar elmlər
AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq ...

AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq ...

Elm
“Kitabi-Dədə Qorqud” Pakistanda urdu dilində çapa hazırlanır

“Kitabi-Dədə Qorqud” Pakistanda urdu dilində çapa hazırlanır

Humanitar elmlər, Dünya
“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilib

“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilib

Humanitar elmlər, Dünya
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

"Zirvə"
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb

“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Ədəbiyyat İnstitutunda “Elm günü” qeyd olunub

Ədəbiyyat İnstitutunda “Elm günü” qeyd olunub

Humanitar elmlər, "Zirvə"
AMEA Fizika İnstitutunda II ELM FESTİVALI çərçivəsində ELMİ-POPULYAR MƏRUZƏ ...

AMEA Fizika İnstitutunda II ELM FESTİVALI çərçivəsində ELMİ-POPULYAR MƏRUZƏ ...

Elm, Digər bölmələr
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev AMEA “YT Pa ...

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev AMEA “YT Pa ...

Elm
Rəy yazın: