ELDAR HACIYEV: BİR ANIN SƏHVİ (poema)
PROLOQ ƏVƏZİ Elə mürəkkəbdir insan həyatı, Nə ölçüyə sığar, nə də qiymətə. Bəzən bircə anın xoş xatiratı, Dönər könlümüzdə əbədiyyətə. Bəzən unudular bütöv bir ömür- Soruş, bir xeyirxah iş görübmüdür? El heç də hamıya: yaz-yarat,-demir. Bircə çiçəyəsə su veribmidir? Ürəyin ac gözü oyaqdır hər