Ramiz Abdullayev
Bundan gözəl nə var,
Mədəd müəllim!
Professor Mədəd Çobanovun
70 illik yubleyi münasibətilə
Dünya tərəfindən tanınan alim,
Vətənin adını yüksəltdin daim,
Fədakar zəhmətə,qovuşub əlim,
Bundan gözəl nə var Mədəd müəllim.
Dayaqsan gənclərə,örnəksən bizə,
Həqiqəti amalın,məsləkdir düzə,
Bilirik məqsədim çatmaqdır yüzə,
Bundan gözəl nə var, Mədəd müəllim.
Şeirimə,sözümə verib qiyməti,
Söylədin yaz,yarat,dayanma qəti,
Tanrı bəxş eylərkən,halal neməti,
Bundan gözəl nə var, Mədəd müəllim.
Azərbaycan adlı gözəl ölkədə,
Sevilə-sevilə çatdın hörmətə,
Yetərkən bu yolda şana şöhrətə,
Bundan gözəl nə var, Mədəd müəllim!
Yetmiş bir bəhanə,ömür yolunda,
Yüz qolların açıb,görür yolun da,
Dostlar ürəyi tən,bölür yolunda,
Bundan gözəl nə var, Mədəd müəllim!
ALLAHIN SEVGİSİ, SƏNLƏ OLACAQ!..
Görkəmli türkoloq, tanınmış dilçi-alim,
Azərbaycan Respublikası Prezidenti yanında
AAK-ın Ekspert Şurasının üzvü,
Nyu-York Elmlər Akademiyasının akademiki,
filologiya elmləri doktoru, professor
Mədəd Çobanovun 80 illik yubileyi münasibəti ilə
səmimi qəlbdən təbrik edərək yaradıcılığında uğur,
həyatında xoşbəxtlik və səadət arzulayıram.
Vətən sevgisi var naxışlarında,
Nurludur cöhrən də, baxışların da.
Bu sevgi atəşi - parlaq bir ocaq,
Sevincdən gözlərin, yaşla dolacaq.
Qürur mənbəyisən, dağlar tək mətin,
Zəhmətkeş insana, olmaz heç çətin.
Bu yola gənclər də nəzər salacaq.
Mədəd müəllimdən, ibrət alacaq.
Yetmişi ötürdün, səksənə çatdın,
Ömrünü şərəfə, şöhrətə qatdın.
Hələ doxsan nədi, yüz də olacaq.
Allahın sevgisi, sənlə olacaq!..
turan.info.az
.