Gülarə Fazilqızı (1975): "CAN QURBAN AZƏRBAYCANA!.."

Gülarə Fazilqızı (1975): "CAN QURBAN AZƏRBAYCANA!.."
Gülarə Fazil qızı Hacıyeva - 1975-ci ildə
Lənkəran rayonunun Xolmili kəndində anadan olub.
İlk təhsilini Xolmili kənd orta məktəbində alıb.
1992-ci ildə orta məktəbi bitirib və ADPU-nun
filologiya (dil-ədəbiyyat) fakültəsinə (qiyabi) daxil olub.
1993-cü ildə Lənkəran şəhər Uşaq Yaradıcılıq Mərkəzinin nəzdində
8 saylı məktəbdə dərnək müəllimi kimi pedaqoji əmək fəaliyyətə başlayıb.
1994-cü ildən isə Lənkəran rayon Şürük kənd tam orta məktəbində dil-ədəbiyyat müəllimi işləyir.

Gülarə Fazilqızı (1975): "CAN QURBAN AZƏRBAYCANA!.." Ailəlidir. Üç övladı var.

Gülarə xanım bədii yaradıcılığa orta məktəb illərindən başlayıb.
İlk şeiri 20 Yanvar şəhidlərinə həsr etdiyi kiçik bir bayatı olub:

Əzizim, gül ələndi,
Göylərdən gül ələndi.
Mərd oğullar meydanda,
Günahsız güllələndi.


2000-ci ildə Lənkəran şəhərində gözəl şair İltifat Salehin rəhbərlik etdiyi şairlər məclisində iştirak edib.

Şeirləri "Ziya" və "Poeziya çələngi" adlı poeziya antologiyalarında, "Vətən", "Canım Azərbaycanım", "Xarıbülbül", "Şahdağı", "Ləlvərdağı", "Sazlı-sözlü Borçalı", "Buta", "Rəvan", "Şərqin səsi" və s. ədəbi məcmuələrdə, "Şəfəq" jurnalında, bir çox mətbuat orqanlarında dərc olunub.

"Abdulla Şaiq", "Zirvə" "Qızıl qələm" mükafatları laureatıdır.
O, həm də "Bədii qiraət ustası" adlı Fəxri diploma da layiq görülüb.

Gülarə Fazilqızı (1975): "CAN QURBAN AZƏRBAYCANA!.." Biz də Gülarə xanıma uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, pedoqoji və ictimai fəaliyyətində, eləcə də, bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli izləyicilərimizə təqdim edirik!..

Müşfiq BORÇALI,
turan.info.az


GƏL, GEDƏK QARABAĞA

Qarabağın ürəyi
Oynayıb öz yerindən.
Duyub qələbə ətrin
Od yağdırır dilindən.
Əl ver mənim əlimə,
Gəl gedək Qarabağa.

Şuşanın gözlərinə
Nur gəlib qələbədən.
Xocalıma gün düşüb
Bircə addım həmlədən.
Əl ver mənim əlimə,
Gəl gedək Qarabağa.

Bayraqlar öpür yurdun
Həsrətli dodağından.
Hicranlar külə dönür,
Bülbülün ocağında.
ƏL ver mənim əlimə,
Gəl gedək Qarabağa.

Xan əminin sevinci
Qələbədən çaş düşüb.
Qartallar qanadlanıb
Çaqqallara qaç düşüb.
Əl ver mənim əlimə,
Gəl gedək Qarabağa.

Qarabağ mənim anam
Yanğısına mən yanam.
Qol açıb mənə anam
Qocağına sığınam.
Əl ver mənim əlimə,
Gəl gedək Qarabağa.
11.10.2020.


CAN QARABAĞA

General sevgilər silahlanaraq,
Karvanla yol gedir can Qarabağa.
General ümidlər çiçəklənərək,
Qələbə çiləyir can Qarabağa.
***
Qarabağ, gözlərin nura boyansın.
Gəlinlər gül səpsin, ellər oyansın.
Torpaq yanğısına sinələr yansın.
Poladlar qan tökər can Qarabağa.
***
Qələmlər nizəyə dönsün, şığısın.
Qartallar dəliyə dönsün, şığısın,
Sevgilər nəğməyə dönsün şığısın.
Qanımız qurbandır, can Qarabağa.
21.09.2020


Gülarə Fazilqızı (1975): "CAN QURBAN AZƏRBAYCANA!.." CAN QURBAN AZƏRBAYCANA

Sarılmışam silahıma,
Yol gedirəm sabahıma.
Şəhid olsam, ağlama sən
Tanrım gəlsin pənahıma.
Gözün aydın, ay ana!
Can qurban Azərbaycana!

Vətən üçün doğulmuşam,
Hahaq qandan boğulmuşam,
Mənim andım vətəndir!
Mən andımdan doğulmuşam.
Gözün aydın, ay ana!
Can qurban Azərbaycana!

Qınamasın kimsə məni,
Haraylasın ellər məni,
Bürünüb gül torpağıma
Yox etmişəm düşmənimi.
Gözün aydın, ay ana!
Can qurban Azərbaycana!

Sil gözünü, ağlama sən,
Gülsün gözündə aləm.
Öyrənmişik ər olmağı
Hüseyn eşqi məktəbində.
Gözün aydın, ay ana!
Can qurban Azərbaycana!


ƏSGƏR YOLA SALIR ANA

Böyüdərək balasını,
Tikdi vətən qalasını.
Çalıb mərdlik laylasını,
Əsgər yola salır ana.

Qeyrətində baş olmağa,
Kəməndinə qaş olmağa.
Torpağına daş olmağa,
Əsgər yola salır ana.

Tariximə iz salmağa,
Düşmən gözə biz salmağa,
Qələbəyə saz çalmağa,
Əsgər yola salır ana.

Torpağına qan olmağa,.
Vətəninə can olmağa.
Azərbaycan olmağa,
Əsgər yola salır ana.
10.07.2001


SƏNİ DÜŞÜNƏNDƏ

Səni düşünəndə
Çəkilir dünyanın üzündən kədər.
Gül açır, güllənir həyatın izi.
Səni düşünəndə
Sevgilər sülh imzalar,
Savaşlar, qəm bürünər.
Yoxa çıxar qaranlıq,
Dünya gündüzə dönər.
Səni düşünəndə
Ağlımda çətir tutar rəng-rəng göyqurşağı.
Enər həsrətin şaha qalxan bayrağı.
Səni düşünəndə
Əriyər o qızın buz bağlamış arzuları.
Səni düşünəndə
Təzələnər, ilmələnər, həyatın naxışları.
Dilə gələr o qızın uzaqlara zillənən
mavi dalğalardakı lal baxışları.
Səni düşünəndə
Gələr ərşdən bir səs:
"Əlimdən tutmağa tələs".
14.08.2021


DÜNYAYA TƏK GƏLİB,
TƏK GEDƏN İNSAN


Nədən təkliyindən belə qorxursan?
Tək ağlayıb, tək gülürsən.
Tək yaranıb, tək ölürsən.
Kimsə sənlə aca bilmir.
Kimsə sənlə doya bilmir.
Sətir-sətir misraları təkcə yazan sən deyilsən?
Varlığına sığışmayan sevgi boyda o dağları
bapbalaca ürəyinə pərçim edib
daşıyan sən deyilsən?
Özünə bax, bir düşün
Səndən qeyri biri varmı bu dünyada?
Nitqi sən, gülüşü sən, baxışları eyni olan
ikinci bir sənmi varsan dünyada?
Dünya boyda təklikdən yaranan,
təkim mənim
Surətə bərabər tənim mənim.
Ay tək, gün tək, ana da tək, vətən də tək.
Tək boyda təkim mənim.
Niyə belə gileylisən təkliyindən?
Gəl əzizim, qucaqlaşaq, öpüşək,
Təkliyimə uzanacaq əllərimlə görüşək!
31.08.2021


DƏMIRAĞACIM

Tarixin möcüzəsindən qopan bir ilğım
Cücərir talışın sinəsində o.
Hər şaxı əlində iti qılıctək,
İnqilab yaşadır sinəsində o.
Qəzəbdən alışan qırmızı gözü,
İradə yoluna düşən işıqdı.
Fəsildən- fəsilə donun dəyişən
Təbiət yoluna yanan bir işıqfor.
Talış heykəlidir, tuncdan tökülmüş
Onun duruşunda qürurumu gör.
Qırmızı köynəyi oddan tikilmiş
Sən ona əzəmət qalasını hör.
Mənim suda batmaz dəmir ağacım,
Elimin arxası, əyilməz qalam.
Başımda qızaran, ay qızıl tacım
Tarixin yadında sənintək qalam.
28.10.2001
turan.info.az


Gülarə Fazilqızı (1975): "CAN QURBAN AZƏRBAYCANA!.." Vətən qızı

Ayağa dur, Vətən qızı.
Dilə gətir, telli sazı.
Vətənimə nəfəs gətir
Qoy güllənsin qışı, yazı.

Düşmən üstə coşan dəniz
Qala kimi silinməz iz,
Al əlinə silahını
Döyüşlərdə ol Mübariz!

Hicabını bayraq elə
Üzümüzü sən ağ elə
Ürəyini alışdırıb
Vətəninə çıraq elə.


Bir ovuc Qarabağ

Bir ovuc Qarabağ almaq istədim,
Qələm coşa gəldi, döyüşə cumdu.
Misralar düzüldü, əsgərlər kimi,
Vuruşa yollandı mənim söz ordum.

Bir kəlmə Qarabağ çıxdı dilimdən,
Şuşam qollarını boynuma saldı.
Bir ümid boylandı doğma elimdən,
Xocalım ahını yoluma saldı.

Bir içim Qarabağ keçdi qəlbimdən,
Bulaqlar yaş süzdü ala gözündən.
Bülbüllər cəh-cəhlə oxudu Vətən!
Poladlar can qoydu, heç oldu bədən.

Bir çimdik Qarabağ düşsə ovcumdan,
Əyilər dünyanın haqq tərəzisi.
Bir içim Qarabağ şərbətin içsəm,
Sanaram bir ömür qələbəyəm mən.
11.09.2020.


General sevgilər

General sevgilər silahlanaraq,
Vətən harayına döyüşə gedir.
Bürünüb qeyrətin al bayrağına
Şuşa həsrətinə görüşə gedir.

General sevgilər çiçəklənərək,
Azadlıq eşqinə ətirlər saçır
General sevgilər qanadlanaraq
General eşqinə döyüşə qaçır.

General sevgilər bayrağa dönüb
Vətən göylərinə imzalar cızır.
Hopub buludların göz yaşlarına,
Vətən torpağına həsrətlə sızır.

General baxışlar gülümsəyərək
Qələbə sorağın ümüdlə gözlər.
General ümidlər nigaran qalıb,
Silaha çevrilsin dildəki sözlər.
16.09.2020


BİZİM ŞƏHİDLƏR

Baharda açılan çiçək kimidi,
Qələbə müjdəli dilək kimidi,
Döyüşdə bir Polad bilək kimidi
Sevgi sətirlidi bizim şəhidlər.

Torpağa sevgidi, yurda məhəbbət,
Bozqurddan güc alıb, Qazandan qüvvət,
Əfsanə, möcüzə,ilahi hikmət
Cənnət xətirlidi bizim şəhidlər.

Qeyrətdən qaynayan vulkan kimidi,
Buluddan süzülən tufan kimidi,
Haqqa, ədalətə üsyan kimidi
Nəğmə sətirlidi bizim şəhidlər.

Dördgünlük qələbə tarixin yazan,
Şuşaya yol çəkən, çığırlar cızan,
Qılınctək sıyrılıb, şimşəktək sızan
Aslan ləpirlidi bizim şəhidlər.

Bayrağa uzanan igid əlidi,
Koroğlu nəslidi,ərdi,dəlidi,
Amalı bəllidi,andı bəllidi
Vətən ətirlidi bizim şəhidlər.
04.04.2021


ŞƏHİD SEVGİ

Kirpiyiylə ümidinə yol cızan,
Həsrətindən gözlərinə qan sızan,
Nəğməsi göylərdə oxunan azan,
Bir şəhid sevginin şahidiyəm mən.

Hicran zirvəsindən asılı qalan,
Xəyalda, nağılda dolaşıb qalan,
Ahlarıyla sevgisinə layla çalan,
Bir şəhid sevginin şahidiyəm mən.

Sevərək qisməti ayrılıq olan,
Gül kimi açılıb, gül kimi solan,
Həsrətdən qəlbinin telini yolan,
Bir şəhid sevginin şahidiyəm mən.

Ulduztək alışıb, ulduztək sönən,
Sevərək əbədi günəşə dönən,
Şəhidtək doğulub, şəhidtək ölən,
Bir şəhid sevginin şahidiyəm mən.

Məzarı ürəkdə, qəlbdə qazılan,
Laylası dillərdə ah dan sızılan,
Kəbini göylərdə qanla yazılan,
Bir şəhid sevginin şahidiyəm mən.


Gülarə Fazilqızı (1975): "CAN QURBAN AZƏRBAYCANA!.." Sərhəd tarı

Vətənimin köksündə
İnildəyən tarı var.
Nəğmə çalan simində
Qızılgülün xarı var.

İki qəlbin naləsi
Çalır bu qəmli tarı.
Qara xallı laləsi
Silir bu qəmli tarı.

Köklənib yurd qəlbinə
Qan ağlayır hər simi.
Kin bəslər sahibinə
Qıfıllı bir qul kimi.

Bu tar sərhəd tarıdır
Məftilləri qəm simi.
Ara pozan qarıdır
Bir gün sınar tilsimi.

Şəhid Sevgi

Kirpiyiylə ümidinə yol cızan,
Həsrətindən gözlərinə qan sızan,
Nəğməsi göylərdə oxunan azan,
Bir şəhid sevginin şahidiyəm mən.

Hicran zirvəsindən asılı qalan,
Xəyalda, nağılda dolaşıb qalan,
Ahlarıyla sevgisinə layla çalan,
Bir şəhid sevginin şahidiyəm mən.

Sevərək qisməti ayrılıq olan,
Gül kimi açılıb, gül kimi solan,
Həsrətdən qəlbinin telini yolan,
Bir şəhid sevginin şahidiyəm mən.

Ulduztək alışıb, ulduztək sönən,
Sevərək əbədi günəşə dönən,
Şəhidtək doğulub, şəhidtək ölən,
Bir şəhid sevginin şahidiyəm mən.

Məzarı ürəkdə, qəlbdə qazılan,
Laylası dillərdə ah dan sızılan,
Kəbini göylərdə qanla yazılan,
Bir şəhid sevginin şahidiyəm mən.


O məndə ölüm

Salam, nurüzlüm, salam əzizim.
Qəlbini aç çıxım gedim, üzülmə.
Gəldim ki, götürüm xatirələri
Yada salıb xoş anları üzülmə.

Mən o mən deyiləm, sıxılma daha.
Ümidlə addımla gələn sabaha.
Gəldim ki, qəlbini ovudam bir az
Sızlayan yaralar səngisin bir az.

Danışaq o şirin xatirələrdən,
Yenə də şeirlər yazaq,əzizim
Uzaq olaq qəmdən, kədərdən
Üşüsün qoy həsrət, yox olsun hicran.

Mən o mən deyiləm, biləsən bunu,
Sənsizlik böyütdü, dəyişdi məni.
Anladım, özümü, tanıdım səni,
Bitməz bir nağılın yoxuymuş sonu.

Gəldim ki, götürüm səni bu yerdən,
Üşümə təklikdən, solma, ay gülüm.
Ha gəzim, dolanım, bu dünyanı mən,
Yenə sən deyəcək yalançı dilim.

Getməyim bəhanə, gəlmişəm ki, mən,
O gözəl gözündə özümü görüm.
Görüm öz şəklimi, öz imzamı mən,
O mənə çevrilim, o məndə ölüm.
16.09.2020.


Sən nə gözəl qorxumsan

Yoxluğumda var olan,
Varlığımda yox olan.
Getdiyində qəlbimi
Sarar cəhənnəm ətri.
Gəlişinlə gül açar
Şeirimin incə sətri.
Sən nə gözəl qorxumsan.

Mentalında atdığım,
Günahımda tutduğum,
Baxışında batdığım,
Ürəyimdə tutduğum,
Ən şirin bir arzumsan
Sən nə gözəl qorxumsan.

Eşq bağımda gül açan,
Qorxa- qorxa dil açan,
Xəyalıma yol açan,
Ümidlərə qol açan,
Qovuşduğum qorxumsan.
Sən nə gözəl qorxumsan.

Məni özümdən alan
Kamanın qəm simisən.
Sinəmi al qan edən
Şümşad qılınc kimisən,
Sən nə gözəl qorxumsan.

Ovcumdan uçub gedən
Qanadlı mələyimsən.
Başıma oyun açan
Tərsanə fələyimsən.
Könlümə tələ quran
Çarəsiz kələyimsən,
Sən nə gözəl qorxumsan.

Atəşinə yandığım
Odumsan, alovumsan.
Çıxıb getsən inan ki,
Başa bəla lovumsan.
Nişan alıb çaldığım
Həsrət,hiran ovumsan
Sən nə gözəl qorxumsan.

Köksüm altda gizlənən
Xəlvəti eşq dastanım,
Dilımdə cəh-cəh vuran
Nəğməli gülüstanım,
Sənə bağlı hər anım,
Dodağıma qonanım,
Sən nə gözəl qorxumsan.

Bəzən uzaq bir nağıl,
Yaxın bir söz kimisən.
Köksümü büryan edən
Alovlu köz kimisən.
Bəzən də qəm yağdıran
Həsrətli göz kimisən
Sən nə gözəl qorxumsan.

Gözümdə çiçək açıb
Xumar-xumar gülənim
Əl açıb dərgahına
Bircə kəlmə dilənim.
Gəl dərdimə əlac et
Ay dərdimi bilənim,
Sən nə gözəl qorxumsan.

Qorxuram ki,sağalar
İz açdığın yaralar.
Çilə hərdən göz yaşı
Təzələnsin yaralar.
Sənsiz gülməz günəşim,
Lalələrim saralar.
Sən nə gözəl qorxumsan.

Oğrayıb məni məndən,
Aşgarca çıxıb gedən.
Cinayətə baş əyib,
Səninlə gedən məndən
Əl üzdüyüm qorxumsan,
Sən nə gözəl qorxumsan,
Sən nə gözəl qorxumsan...
/25. 08.2020/


Durnalarsız gəldi bahar

Qoyub bizi intizarda
Durnalarsız gəldi bahar.
Bu dərd yazılıb harda?
Durnalarsız gəldi bahar.

Çiçəklidir dağı, daşı
Yurd salıbdı düdə yağı
Kim götürsün bəs bu dağı?
Durnalarsız gəldi bahar.

Oxşamayir heç bahara
Hey bürünür soyuq qara
Qarabağım geyib qara
Durnalarsız gəldi bahar.

Bahar eldən xəcalətli
Düşmən bizdən cəsarətli
Könül yolda,göz həsrətli,
Durnalarsız gəldi bahar.

Gülarədir haray çəkən
Bagçamızı kimdir əkən
Yuvaları bizdə ikən
Durnalarsız gəldi bahar.
/14.05.2001/

Gülarə FAZİLQIZI,
turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: