ŞƏHRİYAR DAĞLI (1997)

ŞƏHRİYAR DAĞLI (1997) Şəhriyar İlham oğlu Çobanov (Dağlı) 1997-ci il avqust ayının 19-da Quba rayonunun Qrız kəndində anadan olub. İlk təhsilini də elə Qrız kənd ümumi orta məktəbində alıb. Məktəb illərindən şeirə, sözə həvəsi olubşeiriyyatı mənimsəyib və özü də beləcə şeir yazmağa başlayıb. Hazırda da elə doğma Qrız kəndində yaşayır.
***
Bir neçə il bundan öncə Quba rayonunun kəndlərində "MODUL" tipli məktəb binaları tikən zaman əmək fəaliyyətimlə əlaqədar olaraq bir çox kəndlərdə olurdum. Kənd sakinləri ilə yaxından tanış olur, onların necə qonaqpərvər, necə istiqanlı olmaqlarını gördükcə, özümü Tovuzumda hiss edirdim. Kənd camaatı mənimlə dostluq əlaqələri yaratdıqca özümü xoşbəxt sanırdım. Bu dostluq məni məmun edir, mən də onlara sevgi və ehtiramımı bildirirdim.
Bir gün Qubanın Qırız kəndində, məktəb üçün qaynaqçı lazım oldu. Kənd sakinlərindən maraqlandım, dedilər ki, kəndimizdə qaynaq işi bacaranlarımız çoxdur.
Mən də onlardan iki nəfərini dəvər etdim. Əllərinə sağlıq işin öhdəsindən mükəmməliklə gəldilər. Onlarla da dostluq əlaqələrimiz yarandı. Həmin dostların arasında olan Şəhriyarın şeirə-qəzələ marağı olduğunu bildim. Ona sözləşmə təklifi etdim.
Şəhriyar məmuniyyətlə qəbul etdi. Və yaxşı da alındı.

Aşağıda həmin sözləşmələrimizi, eləcə də, Şəhriyar Dağlının bir neçə şeirini dəyərli oxucularımıza təqdim edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

Bayram AŞIQLI,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Borçalı” nəşriyyatının və “Şərqin səsi” qəzetinin şöbə müdiri,
“Abdulla Şaiq”, “Qızıl qələm” və “Zirvə” mükafatları laureatı

turan.info.az



- XOŞUNA GƏLDİMİ?
- GÖZƏL YAZMISAN!


I Deyişmə

Bayram Aşıqlı:
Oxu, şair dostum, səndə oxu,
Bir de görüm, xoşuna gəldimi?..
Çox gözəl seçirsən, azı-çoxu,
Məndə dözüm, xoşuna gəldimi?..

Şəhriyar Dağlı:
Oxudum şerinin hər misrasını,
Həqiqi yazmısan, özəl yazmısan.
Çox yaxşı dərk edib, soz dünyasını,
Gözəl düşünmüsən, gözəl yazmısan.

BayramAşıqlı:
Eşitmişdim maraqlı bir sözü,
Keçmiş vaxtlar, kənddə bulaq özü.
Süd verərmiş, görüb sərraf gözü,
Budur sözüm, xoşuna gəldimi?..

Şəhriyar Dağlı:
Sərin bulağında burda yeri var,
Sinəsi söz dolu, söz xəzəri var.
Hər bir şeirinin öz dəyəri var,
Gözəl düşünmüsən, gözəl yazmısan.

BayramAşıqlı:
Gözlərimiz nələr görüb, demə,
Könlümüzü hicran yorub, demə,
Qəm içində ömür sürüb, demə,
Vardı dözüm, xoşuna gəldimi?..

Şəhriyar Dağlı:
Haqq sözə biganə qalsa özgələr,
Şair fikir verməz yalan düz gələr.
Təmiz düşüncədən gözəl söz gələr,
Gözəl düşünmüsən, gözəl yazmısan.

BayramAşıqlı:
Fələk, baxma bəxtim yatdığına,
Bayramın dərdin dərd qatdığına.
Sən bax, Fələk bizə tutduğuna,
Çəpdi gözüm, xoşuna gəldimi?..

Şəhriyar Dağlı:
Sirli Kainatı eyləsəm, seyir,
Xeyir allahdandır, gözləsən xeyir.
Bunu şair dostun Şəhriyar deyir,
Gözəl düşünmüsən, gözəl yazmısan.
13-08-2022

QAN ÇƏKİR

II Deyişmə

BayramAşıqlı:
Sual edim, ver cavabım,
Qazanması zaman çəkir.
Deyim bilənə, cavabım,
İtirilməsi an çəkir.

Şəhriyar Dağlı:
Verim cavabı, tut sözü,
O güvəndir, zaman çəkir.
Qismət olmasın heç özü,
Etibarsızlıqdır, an çəkir.

BayramAşıqlı:
Nədir meşədə pislənir,?
Aslan yanında səslənir.
Cəhənnəmdə nə bəslənir,?
Girib rola, şalban çəkir.

Şəhriyar Dağlı:
Hər meşəni gəl axtaraq,
Çaqqal deyil, gül axtaraq.
Cəhənnəmdə ləl axtaraq,
Şeytan yükün, insan çəkir.

BayramAşıqlı:
Sanmasınlar tərk olmuşuq,
Gücümüzdə bərk olmuşuq.
Biz əzəldən Türk olmuşuq,
Damarımızda qan çəkir.

Şəhriyar Dağlı:
Güvənimiz vardır, əlbət,
Düşmən qəlbi xardır, əlbət.
Tanrı Türkə yardır, əlbət.
Haqqı yolda, iman çəkir.
28-04-2023


ŞƏHİDLƏR

Yumulur dərd ilə gözlər yenə insan ayılır,
Düşünərkən Şəhidi hər ürəyə qəm yayılır.
Axı torpaq, səbəbi varki, müqəddəs sayılır,
Çün Şəhidlər özünə torpağı məskən götürüb.

O Şəhidlər də fəqət cənnəti nurnan bəziyǝr,
Onu biz dansaq əgər qəlbimizi qəm bürüyər.
Atalar varki, desə dərdini, dağlar əriyǝr,
Analar var saçının qarəsini dən götürüb.

Vətən, uğrunda ölən varsa Vətəndir dedilər,
O şəhadət yolu ancaq yenə təkrar gedilər.
Vətən azadlığını canından çox istədilər,
Vətən öz azadlığın, bil ki, Şəhid'dən götürüb.


QAZİLƏR

Göstərib meydanda cəsarətini,
Düşmənin halını eyləyib yaman.
Onca igidlərin şücaətini,
Unutmadıq, unutmarıq heç zaman.

Yanan ürəkləri indi soyutsaq,
Yaddan çıxmaz il ötsədə ma'zilər. -> keçmiş)
Vətən unudular əgər unudsaq,
Unudulmaz o, Şəhidlər, Qazilər.

Onlar döyüşlərdən qoyubdur izlər,
Onlar qələbəni var sayanlardır.
Onlar bu Vətəndə dəyərli kəslər,
Onlar döyüşlərdə can qoyanlardır

Düşmənin qoluna vurub düyünü,
Düşməni gətirdi dizə Qazilər.
Qazanıb Vətənin bütövlüyünü,
Zəfər yaşatdılar bizə Qazilər.
Bu millət borcludur, sizə Qazilər!


İGİDLƏR

Azalar get-gedə əlbəttə ki, fəryadlarımız,
Siz igidlərsiz olan hər zaman imdadlarımız.
Bir ölüb min dirilən qəhrəman övladlarımız,
Hələ dünyada bizim yoxdu ki, bir bənzərimiz,
Nə zəfərlər yazacaq çoxlu kitab dəftərimiz.

O igidlər ki, yaşatmış bizə xoş çağımızı,
Qazanıb şanlı zəfər ucaltdı bayrağımızı,
Yenə onlar qoruyurlar ana torpağımızı,
Neçə yüzlər ilə minlərlə vətənpərvərimiz,
Hələ millət sizə minnətdar olar Əsgərimiz.

Sahibi-qüdrət olan sizləri hərgah qorusun,
Sizi xitmətdə edib hər zaman agah qorusun,
Sizə yardımcı və yardır sizi ALLAH qorusun,
Qalibiyyətlə qurulsun təki qoy çəmbərimiz,
Bu vətən var olar, olduqca Mübarizlərimiz.


QRIZ KƏNDİ

Sərin bulaqları gur-gur axanda,
Göydə guruldayıb şimşək çaxanda,
Duman çəkiləndə, günəş çıxanda
Yazım bu Qrızın mənzərəsindən.

Bir görən min dəfə görmək istəyər,
Dağından laləsin dərmək istəyər,
Adın eşidənlər, görəndə deyər,
Söz açım Qrızın mənzərəsindən.

Qrızın tarixi qədimdən-qədim,
Bunu bilməyənlər, bilsin istədim.
Birliyi olarsa, gözəldir dedim,
Agah ol Qrızın mənzərəsindən.

Yamacda cığırın, izində gördün,
Yanan ocağında közündə gördün
Ay "Bayram Aşıqlı" özündə gördün,
Qrıza yer ayır söz dəftərindən,
Mən yazdım, Qrızın mənzərəsindən.


ELİYƏRSƏN

Söz var ki, onu xəstəyə dərman eliyərsən,
Söz var ki, desən bir qulu sultan eliyərsən.

İnsan, özü öz səhvini etməzsə təlafi,
Bir səhvə yönəlsən onu hər an eliyərsan.

Min dərdi çəkib, dard ila sarsıldığın andan,
Öz dünyanı öz cisminə zindan eliyərsən.

Bir halda ki, düz yoldadı hər atdığın addım,
Nadanları, nakəsləri peşman eliyərsən.

Mən haqqa tərəfdar olana eylərəm alqış
Sən haqqa yönəlsən məni heyran eliyərsən.

İbrət götürüb dünyanı dərk eylə dərindən
Dǝrk eylǝyǝrǝk, ALLAHU-SÜBHAN eliyərsən.

Mən sözləri mirvariya dən-dən düzərəm ki,
Sən Şəhriyarı bəlkə qəzəlxan eliyərsən.

turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: