(1971)
Azad Fərhadoğlu 1971-ci il yanvarın 5-də Ulu Borçalımızın qədim Baskecid rayonundakı Lok-Çandar kəndində ziyalı ailəsində anadan olub.
Atası Fərhad Əliyev tarix muəllimidir, uzun muddət doğma kəndlərindəki məktəbin direktoru işləyib.
A.Fərhadoğlu Mirzə Fətəli Axundov adina Azərbaycan Dövlət Pedaqoji Rus dili və ədəbiyyati İnstitutunu (indiki Bakı Slavyan Universitetini) bitirib. 3 il "BU GUN" qəzetində müxbir işləyib. Ailəlidir, 2 övladı var. "KÖÇ İTİ" adlı seirlər kitabının muəllifidir.
Borçalı
Elə belə gedə bilməz bu gərdiş
düzələrmi daş göyərən anında?
Düzmü yonur səhvmi yonur bu kərki
çartdaq çatma qardaşımın damında.
Yolağası haçalanan su qərib
qovuşanda bir birini quçaqlar.
Mən qəribəm, sən qəribsən, o qərib
qəlbi dağlar öləziyən oçaqlar.
Can arası sərhədlərə nə söyüş
kim əksinə qatlayıbdı bu nərdi?
Heç olacaq quruluqda bu höyüş
kim atacaq, nə atacaq bu dərdi?..
Qəribliyin silkələyər dağları
dumanımız dumanları dumanlar.
Soyuqluqa piltələşər dağ qarı
gümanımız gümanları gumanlar.
Yolmu çəkir əllərimiz göz üstə,
nə faydası ha harayla, qardaşı.
Hey qəriblik notlayırıq saz üstə
qırma qırma parçalanır dağ daşı.
Çox yazılar qəlbimizə saplanıb,
heç xətasız kecəmmədik Dar daşı.
Ünvanımız necə oxa saplanıb
qəlb sevinməz sirdaşsizdı harda ki.
Sərt qayalar əsiridi düz ahın,
dik dursaq da ürəyimiz qəm çalır.
Möhkəm yapiş ətəyindən Allahın
dərdli ürək dərdim ürək Borcalı.
Bulaqlar
Sızılıb torpağın neçə qatından,
elə bil minillik ehtiyatından.
Durula burula daqlar altından.
boğulub doğular dərin bulaqlar.
Sağılar inəyin sağımı kimi,
çızılar torpağın lağımı kimi.
Mehriban nənəmin nağılı kimi.
Bal şəkər bulaqlar, şirin bulaqlar.
Xəzəlli gölçəsi torpaq ovçumu?
üstündə ağaçlar qaravulçumu?
Doldurdum altında iki ovcumu.
çanıma yayıldı sərin bulaqlar.
Duyğularım
Yaz olanda zirvələrin buzu tək,
sürüsündən ayrı düşən qüzü tək,
Yolağasız yağışların suyu tək,
ətəklərə hara gəldi teylənəm.
Çöllüklərə gün gözəlli yay gələ,
bal arısı çiçəklərə bələnə.
Yorulanda gözlərimdə əylənə
o zəhmətə şələlənəm, ay lələ.
Qollarımı qayalara keçirəm,
məəttəl qalam dumanların köçünə.
Payiz gələ köcənləri köçürəm
əl eləyəm o durnaya, leyləyə.
Kecidləri güdükləyib dayanam,
ovçuların tüfəngini tez alım.
Məndən qaçan o çüyürün, maralın
arxasınca, qarasınca söylənəm.
Çıdar ata ayağıma qışda qar,
mismar bata zirvələrə daşlaşam,
Yal quşları üst başıma daraşa
quzeylərdə başı qanlı dayanam.
Qollarımı açıb qaçam enişə,
moruqların komasına ilişəm.
Diyirlənəm gül çiçəklər gülüşə,
üstüm-başım göylüklərə bələnə.
Doluları saçlarımda əridəm,
rəngi qaçan nubarları kiridəm.
Selləməni kürəyimdən yeridəm,
yan ötürəm əkin yeri söyünə.
Çördən-çöpdən bir komacıq düzəldəm,
çırpı yiğam qışa oçaq düzəldəm.
Adam görüb enişlərə düzələm
tək anamın çağrışına əylənəm.
Qayalar
Şairlər cox yazır sənin esqinə,
oxuyuram nə zamandı, qayalar.
Esq dəlisi ya Məcnundu, ya Kərəm,
daşlaşmış ürəkdi, candı qayalar.
Mudrik mudrik qaşlarını o çatar,
sinəsində qalaq qalaq sirr yatar,
O şahiddi o zamandan yadigar,
oxunmamış bir dastandı qayalar.
Dibinə bax qopuq-qopuq tökükdü,
yazıq bağrı nədən belə sökükdü?
İstədim ki dərdin biləm diz çökdüm
bir söz deyin siz amandı, qayalar.
Bir zaman ki Vurğun sizdən köcəndə,
qoça qartal oturmuşdu bürçündə,
Həmən qartal həmən Vurğun gücündə,
yox övladın nə zamandı, qayalar.
Ana
Yollara nə deyim, yaman uzaqdı,
elə harayladım ulduzlar baxdı.
Bilirəm orada indi sazaqdı,
burada urəyim üşüyür, ana.
Bir ocaq, iki ünvan nələr deməkdi,
daha fikrimiz də lələk-lələkdi,
Mən bu agrıları gecələr çəkdim,
evmizin içəri, eşiyi, ana.
Ünvanlar xəbərsiz çırpınar bəzən,
uçunar yollara, nə var, görəsən.
Gecəydi, ayıldim aglayan səsə,
çagırır nəvənin beşiyi, ana.
Kövrələr ürəyim oxuyanda tar,
ana laylasının təmənnası var.
Qəfil gəlişindən gözlərim dolar,
dolan gözlərimin işıgı, ana.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.