Bəd xəbərin ağrısı və acısı... İşıq adam - Aydın Dadaşov...

Bəd xəbərin ağrısı və acısı... İşıq adam - Aydın Dadaşov...
Ölüm sevinməsin qoy!
Ömrünü vermir bada-
El qədrini canından
daha əziz bilənlər.
Şirin bir xatirədək
qalacaqdır dünyada,
Sevərək yaşayanlar,
sevilərək ölənlər.
(Səməd Vurğun)

Bəd xəbər həmişə ağır olur, o ki, qala bayram ərəfəsində, il axır çərşənbədə bu xəbər ildırım təkin qaranlıq səmada çaxa, əziz bir dostun, alimin, ziyalının, vətən oğlunun, Aydın Dadaşov kimi bir insanın axır gedişindən xəbər verə...


Bu həm bəd xəbərdi, bayrama görə, həm də acı xəbərdi onu tanıyanlara, yaxınlara, dostlara görə...
Baharın bir damcılıq sevincini ozü ilə götürüb getdi Aydın... Hamımızdan getdi, elimizdən getdi, elmimizdən getdi...
Amma bircə yerdən gedə bilməz, orada əbədiqalardı, əbədiyaşardı... Azərbaycan ekranından, efirindən, kino-dramaturgiyasından onu -- Aydın Ərşad oğlu Dadaşovu, Əməkdar İncəsənət Xadimi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor Aydın Dadaşovu, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino və televiziya” fakültəsinin "Kinoşünaslıq" kafedrasının müdiri, Azərbaycan Dövlət Universitetinin professoru Aydın Dadaşovu heç nə, ölüm belə qoparıb apara bilməz...
Özü getdi sözü qaldı, 70-dən çox kitabı, 60-dan çox bədii və sənədli filmi, 500 ötə məqalələri qaldı, dostlarının ürəyində sevgisi, tələbələrinin yaddaşında, qəlbində bu ilk baharın açacaq olan tumurcuqlarında gizlənən ləçək-ləçək çiçəklərində qaldı... Amma yenə də, lay divara bənzəyən Aydının ölümünə adamın inanmağı gəlmir...
Aydının ürək tutmasından vəfat etdiyi deyilir. Bircə buna inanıram... Aydın kimi həssas, zərif, fikir qığılcımlarından bir anda alışan, alovlanan alim, düşünür ürək tutmasından ölə bilər...
Martın birində Aydın Dadaşovun 65 yaşı tamam olmuşdu. Aydın Ərşad oğlu Dadaşov 1 mart 1952-ci ildə Ağdamda anadan olub. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisad fakültəsini bitirib. 1980-ci ildə Leninqrad Dövlət Теаtr, Мusiqi və Kinematoqrafiya İnstitutunda (indiki Sankt-Peterburq Teatr Akademiyası) dram sənəti üzrə təhsil alıb. 1982-ci ildə Moskvada ikiillik ali rejissorluq və ssenari kurslarını bitirib. Dünya şöhrətli sənət adamlarından təhsil alıb, öyrənib, dünya mədəniyyətinin nəzəri əsaslarına yiyələnib və onu Azərbaycanına gətirib, yayıb, yayımlayıb, tədris edib...
Aydın Dadaşov ömrünün sonuna qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Kinoşünaslıq» fakültəsinə rəhbərlik edib. Onun yazdığı “Dramaturgiya”, “Ekran dramaturgiyası”, “Ssenari yaradıcılığı”, “Ekran publisistikası”, “Televiziya reklamı”, “Televiziya reklamı demokratiya və bazar iqtisadiyyatı kontekstində”, “Kinoşünaslıq”, “Rejissorluğun üslub problemləri”, “Müasir Azərbaycan dramaturgiyası”, "Azərbaycan kinosu: mövzu, struktur, üslub, janr", "Dünya kinosu örnəklər kontekstində"
dərslikləri, “İran kinosunun inkişaf təmayülləri” monoqrafiyası tədris prosesində geniş istifadə olunur. 1975-ci ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışmağa başlayan Aydın müəllimin onlarla filmin ərsəyə gəlməsində əvəzsiz xidmətləri olub...

Aydın oluqca nəcib, cəsur, sözü üzə deyən, irəli sürdüyü arqumentləri tutarlı dəlillərlə, sarsılmaz məntiqlə sübuta yetirməyi bacaran, natiq və nadir bir şəxsiyyət idi. Uzun illər AMEA Nizami adına Ədəbiyyat İnstitutunda eyni şöbədə işləmişik... Sadəliyi, təvazökarlığı ilə bərabər bənzərsiz bir alim, ziyalı xarakterinə malik idi... Aydın ürəyi, içi, beyni dolu adam idi... Əslən Qarabağlı, Şüşalı idi... Vətənini, torpağını, Şuşasını elə sevirdi ki, danışanda gözlərindən sanki şəfəq dolu qığılcımlı qətrələr sıçrayırdı... Mükəmməl təhsil görmüşdü... Qəmi qəm yerində, bəmi bəm yerində yaşamağı bacaran, amma nikbinliyini əldən verməyən insan idi... Şaqraq gülüşü vardı... Ona zarafatla deyərdim ki, sənin ürəyin Qarabağlı ürəyidir, başın "cuhud" başıdır... Şaqqanaq çəkib, ləzzətlə gülərdi... O görkəzmə filoloq, ədəbiyyatşünas, teatrşünas, kinoşünas, teleşünas, ssenarist, mədəniyyət tarixçisi, kinodramaturq, dünya kino sənətinin masştablı bilicisi, qeyri-adi erudik idi... O, nəsilli-nəcabətli bir səcərəyə malik idi və bu nəcabət Şuşanın bəy nəslindən gəlirdi... Fəxarətlə deyərdi ki, mən Əsəd bəyin nəvəsiyəm... Bu səcərədən Azərbaycan jurnalistikasında, elmində, teatrında fəaliyyət göstərən şəxslər olub və indi də var...

Amma yenə də, adamın inanmağı gəlmir ki, sözün qutaran yerinin sözü olan Aydın bu dünyadan köçdü. Əlini atırsan telefona ki, dostlar sırasında ona da , zəng edəsən, bu bahar bayramını təbrik edəsən... Zəng gedir, amma ona çatmır, çatmır ki, çatmır... Şəxsən mənə də çatmır ki, bu kreativ təfəkkürlü, çevik və dərin düşüncəli, göz bəbəkləri hədəqəsindən çıxaraq ətrafına elm dolu ziya bəxş edən ziyalımız - Aydınımız Şuşanın Xarı bülbüllü dağlarını qoyub, Xırdalan dağındakı qəbristanlıqda xırda bir qəbrə sığsın... Çöxumuz kimi, mən də, inanmıram ki, o ölüb, yəqin əbədiyyətə gedib ki, oranı da, elmi ilə, zəkası ilə sahmanlasın...

Mən özümə inandığım kimi, bircə ona inanıram ki, Aydın kimi işıqlı adamların ulduzu sönmür, harada olsalar orada da işıq olurlar... Yeni işin mübarək, həmişə ölməz olan ölməz Aydin Dadaşov!.. Get, oraları da aydınlat, onsuz da gec-tez hamımız gələcəyik.

Qurban Bayramov,
tənqidçi-ədəbiyyatşünas.

16.03.2017.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Gözün aydın Xələfli!

Gözün aydın Xələfli!

Qarabağ, Müsabiqə, Borçalı
ƏFSƏR DADAŞOVUN 55 YAŞI TAMAM OLUB

ƏFSƏR DADAŞOVUN 55 YAŞI TAMAM OLUB

AzTU, Təbriklər
Dövlət qulluqçusu - Tomris Xıdırnəbi qızı Hacıyeva

Dövlət qulluqçusu - Tomris Xıdırnəbi qızı Hacıyeva

Darvaz

"Cəfər Cabbarlı-2015" mükafatları təqdim edilib

"Şərqin səsi"
AYDIN HÜSEYNOV (1936-2002)

AYDIN HÜSEYNOV (1936-2002)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Namiq Valeh oğlu Hacıyev (1981)

Namiq Valeh oğlu Hacıyev (1981)

Tiflis, Bolus, Darvaz
“Gözün aydın, Xarı Bülbül”

“Gözün aydın, Xarı Bülbül”

Yeni nəşrlər, ADPU, Turan
General-polkovnik Aydın Əliyev (1957)

General-polkovnik Aydın Əliyev (1957)

"XXI əsrin Ziyalıları"
Sevda Səfərli: GÖZÜN  AYDIN  OLSUN,  AZƏRBAYCANIM!

Sevda Səfərli: GÖZÜN AYDIN OLSUN, AZƏRBAYCANIM!

Poeziya
Saf sevgi süzülür onun misralarından...

Saf sevgi süzülür onun misralarından...

Ədəbi tənqid
Tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş t ...

Tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş t ...

Bakı, Mədəniyyət, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Aydın Nəriman oglu Əliyev (1991-2020)

Şəhid Aydın Nəriman oglu Əliyev (1991-2020)

Müsabiqə, UNUTSAQ, UNUDULARIQ!....
Ölümün şöhrətin zirvəsində yaxaladığı SƏNƏTKAR

Ölümün şöhrətin zirvəsində yaxaladığı SƏNƏTKAR

Mədəniyyət
AzTU İstanbul Texniki Universiteti ilə əməkdaşlıq edəcək

AzTU İstanbul Texniki Universiteti ilə əməkdaşlıq edəcək

AzTU, Turan
İsıqlı adamın çəkilməmiş portreti

İsıqlı adamın çəkilməmiş portreti

Bədii Tərcümə, UNUTSAQ, UNUDULARIQ!....
İNSAN ƏZİZLƏNƏR ELDƏN GEDƏNDƏ...

İNSAN ƏZİZLƏNƏR ELDƏN GEDƏNDƏ...

Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Ruhun şad olsun, Ramiz Mirişli!..

Ruhun şad olsun, Ramiz Mirişli!..

Mədəniyyət, Nekroloqlar
ŞUŞANIN SİMVOLLARINDAN BİRİ DƏ KÖÇDÜ DÜNYADAN... RUHUN ŞAD OLSUN, XASAY ƏMİ ...

ŞUŞANIN SİMVOLLARINDAN BİRİ DƏ KÖÇDÜ DÜNYADAN... RUHUN ŞAD OLSUN, XASAY ƏMİ ...

Qarabağ, Nekroloqlar
Sabir Sarvan mərdanə kişilərdən biri idi...

Sabir Sarvan mərdanə kişilərdən biri idi...

Sumqayıt, UNUTSAQ, UNUDULARIQ!....
AMEA-da Türkiyə universitetinin rektoru ilə görüş keçirilib

AMEA-da Türkiyə universitetinin rektoru ilə görüş keçirilib

"Zirvə"
Rəy yazın: