1. Təşkilat məsələləri;
2. İyunun 6-da keçiriləcək “II “Təbriz gecəsi” və “Cavad Heyət” mükafatının təqdimatı” tədbirinə hazırlıq;
3. Cəmiyyətin fəaliyyət proqramı;
4. VII “Borçalı Türklərinin Elat mədəniyyəti günü” festivalına hazırlıq;
5. Cari məsələlər.
Gündəlik səsə qoyuldu, yekdilliklə qəbul edildi.
Təşkilat məsələləri üzrə aparılan uzun müzakirədən sonra, cəmiiyyət üzrə yeni vəzifələr təyin olundu. Beləliklə, vəzifələr aşağıdakı tərkibdə səsə qoyuldu və qəbul olundu:
1. Təşkilat işləri üzrə sədr müavini – Firudin İsmayılov;
2. Elm, təhsil və mədəniyyət məsələləri üzrə sədr müavini – Ramiz Məmmədli;
3. Tarixi abidələr və toponimlər üzrə sədr müavini – Ömər Qoçulu;
4. İqtisadi və maliyyə məsələləri üzrə sədr müavini – Ramiz Həsənov;
5. İctimai əlaqələr üzrə sədr müavini – Rüfət Muradlı;
6. Ümumi məsələlər üzrə sədr müavini – Salman Murğuzlu;
7. Gürcü cəmiyyəti ilə əlaqələr üzrə sədr müavini – Qiya Paçxataşvili;
8. “Dədə Camal” məclisi və Folklor mərkəzinin rəhbəri – Elxan Məmmədli;
9. Humanitar məsələlər şöbəsinin müdiri – Qiymət Məhərrəmli;
10. Nəşriyyat şöbəsinin müdiri – Müşviq Çobanov;
11. Qadınlar Şurasının sədri – Səadət Buta
12. Mətbuat və İnformasiya Xidmətinin rəhbəri və sədr köməkçisi – Elbəyi Cəlaloğlu.
Eləcə də, “Borçalı” Cəmiyyəti Gənclər Komitəsi və onun sədri – Alı Adıgözəlli olaraq tanındı.
Bundan sonra, “Borçalı” Cəmiyyəti Məşvərət Şurasına həmsədr olaraq Telman Əliyev və Mədəd Coşqun təklif olundular, təklif qəbul edildi.
II məsələ üzrə müzakirə zamanı iyunun 6-da keçiriləcək tədbirə hazırlığın mütəşəkkil aparıldığı məlum oldu. Təbrizə həsr olunmuş bu bədii-musiqili gecədə “Cavad Heyət” mükafatı özünün ilk laureatlarına təqdim olunacağı və tədbirin iyunun 6-da, saat 14.00-da “Xudafərin” şadlıq sarayının “Təbriz” zalında keçiriləcəyi diqqətə çatdırıldı.
III məsələ üzrə, cəmiyyətin illik fəaliyyət proqramı müzakirə olundu və sonda yekdilliklə qəbul edildi.
IV məsələnin müzakirəsi zamanı VII “Borçalı Türklərinin Elat mədəniyyəti günü” festivalına hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını qeyd edən Cəmiyyət sədri Zəlimxan Məmmədli bu işi özünün xüsusi nəzarətə götürdüyünü vurğuladı. Müzakirə zamanı bu il xarici ölkələrdən Elat bayramına gəlmək istəyənlərin sayının əvvəlkilərlə müqayisədə birə beş artdığını söyləyən iştirakçılar bu bayramın yüksək səviyyədə keçirilməsi, qonaqların urvatlı qarşılanıb-yola salınması üçün cəmiyyət üzvlərinin bütün gücünü tam səfərbər etməsinin vacib olduğunu dilə gətirdilər. Zəlimxan Məmmədli Gürcüstan sərhəd-keçid xidməti tərəfindən ona qarşı törədilən süni manelərdən dolayı Elat bayramında mütləq iştirak edəcəyini diqqətə çatdırdı.
Toplantıda cari məsələlərə də baxıldı, o cümlədən “Eldən-Elata” jurnalının yeni nömrəsinin hazırlanıb nəşr edilməsinə start verildi, jurnalın redaksiya heyətinə Rüfət Muradlı, Qiymət Məhərrəmli, Müşviq Çobanov və Elbəyi Cəlaloğlu seçildilər.
Bax: My Webpage
http://www.moderator.az/news/80138.html
My Webpage
http://avropa.info/news/88023.html
My Webpage
http://dak.az/arxivl%C9%99r/2015/06/03/borcali-c%C9%99miyy%C9%99ti-t%C9%99briz-gec%C9%99si-kecir%C9%99c%C9%99k/
.
.