“Baltanı götürüb hücum etdim, bir də gördüm xəstəxanadayam...” – ƏFLATUN AMAŞOV

“Baltanı götürüb hücum etdim, bir də gördüm xəstəxanadayam...” – ƏFLATUN AMAŞOV “1963-cü ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində məktəbə getmişəm. 6 yaşım vardı. Əmim uşaqları ilə oynayırdım. Onlar da məndən bir yaş böyük idilər. Onlar məktəbə gedəndə dedim, mən də məktəbə getməliyəm. Və getdim. Sinif tam formalaşmamışdı, mən də gedib-gəlirdim. Yavaş-yavaş hərfləri öyrənməyə başlayırdıq. Məktəbə getməsək də, hərfləri bilirdik. Hətta xəritədən bir-birimizə suallar verərdik. Biz bilirdik ki, dörd okean var, 6 qitə var. Materiklə qitənin fərqi nədir? Məsələn, Hindistanın paytaxtı haradır? O zamanlar mühit elə idi ki, söhbətlər ancaq elmdən, kitabdan olardı. Bir müddətdən sonra sinif jurnalı gəldi, məktəbə sənəd gətirməli olduq. Yaşım az olduğundan məni daha dərsə buraxmaq istəmədilər, mən isə sinifdən çıxmaq istəmirdim. Valideynimi məktəbə dəvət etdilər. Apardılar məni müəllimlər otağına, orda müxtəlif səpkili suallar verdilər, mən də cavabladım. Müəllimlərdən biri dedi, bu lap böyüklər kimi bilir! Apardılar direktorun yanına. Divarda xəritə vardı. Müəllimlərdən biri gördü xəritəyə diqqətlə baxıram, soruşdu, bu nədi? Dedim, xəritə? Hansı xəritə? Dedim, Dünyanın fiziki xəritəsi. Əlim də çatmırdı. Dedim, Sakit okeana baxıram. İmkan vermədim ona, başladım sadalamağa: “Bu Hind okeanıdı, bu Atlantik okeanı, o biri isə Şimal Buzlu okeanı...”. Beləliklə, məni qaytardılar sinfə”.

“Baltanı götürüb hücum etdim, bir də gördüm xəstəxanadayam...” – ƏFLATUN AMAŞOV “Baltanı götürüb hücum etdim, bir də gördüm xəstəxanadayam...” – ƏFLATUN AMAŞOV “Baltanı götürüb hücum etdim, bir də gördüm xəstəxanadayam...” – ƏFLATUN AMAŞOV Lent.az-ın “Məktəb illəri” layihəsinin qonağı Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovdur.

Bu gün Şura sədrinin doğum günüdür, həm də yubiley – 60 yaşı tamam olur.

Belə bir özəl günündə Əflatun bəyi o uzaq, qayğısız, gözəl günlərinə, uşaqlıq xatirələrinə qaytarmaq istədik...


- Faxralı kifayət qədər böyük kənddir. 3 məktəb vardı. İndi də var: İbtidai məktəb, 8 illik və 10 illik. Evimiz ibtidai məktəbə yaxın idi. 4 il ibtidai məktəbə oxudum, sonra getdim 8 illiyə. Axırda da 10 illikdən məzun oldum. Məktəb illəri mənim üçün maraqlı idi. Bizim məktəblərdə şagirdləri kolxoz, sovxoz işlərinə cəlb etmirdilər. Nadir hallarda tütün sahələrində bir neçə günlük işləməyə aparardılar. Ancaq Azərbaycandakı kimi məktəbliləri uzun müddətli pambıq, üzüm yığımına aparmazdılar. O dövr üçün Faxralı mədəni mərkəz sayılırdı. Bəzi kəndlərdə ibtidai məktəb vardı, bəzilərində 8 illik məktəb. Elə kənd vardı, ümumiyyətlə, məktəbi yox idi. Valideynlər uşaqlarını oxumağa bizim məktəbə gətirirlər. Bizim məktəblərdə o dövrün tələblərinə cavab verəcək, yüksək təhsil almış müəllimlər vardı. O zamanlar məktəblilər üçün əlavə tədris üzrə jurnallar vardı. Moskvada dərc olunurdu. “Kvant” jurnalında olan tapşırıqlar orta məktəb dərsliklərinə nisbətən çətin olurdu. Bizim məktəbin şagirdləri əsasən, belə çətin məsələ və misalları həll edərdi. Hər misal-məsələnin üzərində böyük müzakirələr olardı. Məktəbimizin böyük kitabxanası vardı. Eyni zamanda, kəndimizdə 2 böyük kitabxana vardı, hər birində də minlərlə kitab. Həmçinin, Bakıda çap olunan kitabların əksəriyyəti bizim kitabxanalarda olurdu. O vaxtlar kitab oxumaq dəb idi. Yaxşı yadımdadı, kitabxanamıza Əziz Nesinin təzə kitabı gəldi: “İndiki uşaqlar möcüzədir”. Təqribən 160-180 səhifə olardı. Yumoristik, nisbətən satirik kitab Türkiyədə təhsil sistemindəki problemlərdən bəhs edirdi. Əsər Əhmədlə Zeynəbin məktublaşmasından ibarət idi. Onlar da məktəbli idilər. Dedilər, kitabxanaya belə bir kitab gəlib. O kitabı hər kəs bir günə oxuyub qaytarmaq şərti ilə növbəylə oxuyub bitirdik. Gecə oyaq qalıb o kitabı oxumuşdum. Sinfimizdə 25 şagird vardı. Onlardan 24-ü Azərbaycanın müxtəlif ali məktəblərində təhsil aldı, bir qızımız nişanlandığı üçün texnikumu bitirdi. Məktəbimiz müasir tipli idi. 4 mərtəbəli binası vardı. Qarşısında stadionu. Digər fənlərlə yanaşı, idmana da böyük önəm verilərdi. Kənd məktəbinin şagirdləri respublika idman yarışlarında iştirak edərdik.

- Hansı idman növü ilə məşğul olmusunuz?

- Qaçış. Bir dəfə mənim qaçış nəticələrim çox yüksək olmuşdu. Ondan sonra hətta başqa yarışlarda da iştirak etdim. Düzdü, orda uğur qazana bilmədim. Sonra davam etmədim.

- İlk müəllimizi xatırlayırsınız?

- Əlbəttə!
“Hətta imzası da yadımdadır”, - deyib əlini qələmə uzadır və müəlliminin imzasını çəkir:
- Adı Möhübbət idi, biz ona Məmiştan müəllim deyərdik. 4 il “M” imzası ilə gündəliyimizə qiymət yazıb. Savadlı müəllim idi. Tək Məmiştan müəllim yox, hamısı savadlı və hər tərəfli biliyə malik idilər. Müəllimlərimiz “Pravda” qəzetində çıxan ali hakimiyyət - Kommunist partiyasının qəbul etdiyi sənədləri, “Dalnıy vostok” qəzetindəki əsas məqalələri qəzetdən kəsib gətirərdilər. Birlikdə müzakirə edərdik.

- Sinif yoldaşlarınızla görüşürsünüz?

- Bəli, bu gün də əlaqəmiz var. Bir neçə ildən bir toplaşırıq. İşlə əlaqədar bir neçə dəfə qatıla bilməmişəm. Ancaq çalışıram ki, o görüşləri qaçırtmayım. Yaş nə qədər olursa-olsun həmin uşaqlarla bir yerə toplaşanda adam uşaqlaşır, o illərə qayıdırıq.

- Dərsdən qaçmısınız?

- Bəlkə də tənbəl şagird olmuşam, risk edib qaçmamışam. Bəzi məqamlarda xəstə olanda xəstəliyin müddətini artırmışıq, bir gün dərsə getməmək üçün. Mən elə bilirəm ki, dərsdən qaçmayan şagird olmaz. Əsasən kollektiv surətdə qaçardıq. O da hansı müəllimin dərsindən qaçardıq. Dayım bizim məktəbdə riyaziyyat dərsi deyirdi. Nəinki kəndimizdə, Gürcüstandakı Azərbaycan məktəblərinin ən yaxşı müəllimlərindən biri hesab olunurdu. O imkan verməzdi ki, hansısa sinifdə dərs boş keçə. Uşaqlar istəyərdi, sinifdə dərs etmək əvəzinə stadionda futbol oynasın, zarafatlaşsınlar, yaxud yuxarı siniflərlə yarışsınlar. Sinfə girərdi ki, filan dərsiniz boşdu, biz bu gün riyaziyyat dərsi keçəcəyik. Deyirdi, Moskvadan təzə “Kvant” jurnalı gəlib, bir məsələ var, gəlin birlikdə onu həll edək. Bir nəfər məsələni lövhəyə köçürərdi, sonra birlikdə müzakirəsinə başlayardıq.

Məktəb illərində onu məyus etmiş xatirəsini Lent.az oxucuları ilə bölüşür:

- Yeddinci sinifdə oxuyurduq. O zamanlar aktiv şagirdlər mütləq Komsomol partiyası sıralarına daxil olurdu. Məktəbimizdən nümunəvi şagirdləri Komsomola keçirmək üçün rayon mərkəzinə gətirmişdilər. Onlardan biri də mən idim. Keçdim içəri. Baxdılar mənə, dedilər, sən artıq pionersən. Dedim, mən Komsomol olmaq istəyirəm. Dedilər, sən Komsomol ola bilməzsən, yaşın azdı. Mən israr etdim. “Komsomoldan nə oxumusan?” müəllim Azərbaycan dilində məndən soruşdu.

Ayazlı, şaxtalı bir qış axşamı
Yeddi yoldaş olub yola düzəldik,
Qarlarla örtülü bir düzə gəldik;
Ayazlı, şaxtalı o qış axşamı,
O ay dediyimiz göylərin şamı
O qarlı düzlərə baxıb yanırdı,
Yolçular getdikcə yol uzanırdı...

Onda Səməd Vurğunun “Komsomol” poemasından bu bəndi dedim. Məsləhətləşdilər. Komsomolun üçüncü katibi azərbaycanlı idi, qalanları gürcülər. Məni müdafiə etmək istədi. Dedilər, indiyə qədər belə hal olmayıb ki, yaşı çatmayan bir insanı Komsomola keçirək. Dedi, gedin, növbəti ildə sizi birinci Komsomola qəbul edəcəyik. Və mən çox məyus qayıtdım, kimsəylə danışmaq istəmədim. Fizika müəllimimiz vardı, Vəli müəllim. O məni gördü pis olmuşam, əyləşdi yanımda, başladı başqa şeydən danışmağa. Növbəti il Komsomola qəbul oldum, amma ləzzət eləmədi. İçimdə bir sızıltı vardı.

- Əflatun Amaşov necə şagird olub?

- Yaxşı oxuyurdum, amma etiraf edim ki, məndən də yaxşı oxuyan şagirdlər vardı. Çox da dəcəl olmamışam.

“Gəlin sizə bir hadisəni danışım”, deyib alnındakı çapıq izini göstərir:

- Məktəbə getmirdim. Qonşumuz oğlanla həyətdə oynayanda mübahisəmiz düşdü. Futbol topumuz deşilmişdi. O dedi, sən deşmisən, sizin həyətdə deşilib. Mən də dedim, yox, sən deşmisən, sizin həyətdə deşilib. Onun əlində balta, mənim əlimdə başqa nəsə küt alət qarşılaşdıq. Bir də gözümüzü açdıq ki, xəstəxanadayıq. İki yanaşı çarpayıda uzadıblar (gülür). Sən demə, o baltayla mənim alnıma, mən də əlimdəki aləti onun başına vurmuşam. Başımız yarılıb, xeyli qan itirmişik, bizi xəstəxanaya gətiriblər. Bu hadisə ailələrimizin və bizim sonrakı münasibətinə mənfi təsir etmədi. Uşaqlıqda olur belə şeylər. Dalaşırsan da, döyülürsən də. Güclü, ya da yaşca böyük olan döyə bilər.

- Həyatınıza əsaslı təsir edən müəlliminizi olub?

- Olub. Dayım. Bizim riyaziyyat müəllimimiz olub. Onun söhbəti daim elmlə bağlı olardı. Faxralıdan rayon mərkəzinə 20 km məsafə var. O yolu gedəndə ya misal-mələsə müzakirə edərdik, ya da alimlər haqda danışardı. Bəzən şairlərdən danışardıq, şeir deyərdik. Onun həyata münasibəti mənim etalonum olub. Eyni zamanda əmim oğlu da. Hüseynəli məndən 5-6 yaş böyükdü. Orta məktəbi və Politexnik İnstitutunu uğurla bitirdi. SSRİ-nin müxtəlif şəhərlərində işlədi. İndi Amerika Birləşmiş Ştatlarında yaşayır. Onun həyata münasibəti belədir: dəqiqlik, sözün bütövlüyü, söz vermisənsə, yerinə yetirməlisən, heç kimin arxasınca danışmaq olmaz, nə varsa, üzünə deməlisən. Hər bir insanın həyatında onu tutub arxasınca gedə biləcək adamlar var.

Son söz

- Onlar şagirdlərini tanıyırdılar. Bilirdilər, hansı şagird zəifdi, hansı güclü. Həyatda nəyə nail olacaqlar. İndi bu ənənələr zəifləyib. Gürcüstan məktəblərdə oluram. Təəssüf ki, Azərbaycan dilli orta məktəblərin sayı azalır. Gürcüstandakı Azərbaycan məktəbləri keçid dövrünü yaşayır. Bu gün 3 minə yaxın azərbaycanlı Gürcüstan ali məktəblərində gürcü dilində təhsil alır. Bu, əsas şərtlərdən biridir. Orda bir problem var. Məktəblərdə Azərbaycan dili və ədəbiyyat müəllimlərin sayı azalır. Olanlar da yaşlanıb. Gürcüstan ali məktəbləri də Azərbaycan dili və ədəbiyyat müəllimi yetişdirmir. Millət vəkili kimi bu məsələni müzakirə edirəm. Biz gürcü dilini zəif öyrəndik. Çünki bizim gürcü dili müəllimlərimiz Azərbaycan dilində danışırdı. Belə bir eksperiment elədilər. Gürcüstanın Zuqdidi rayonundan ömründə heç vaxt azərbaycanlı görməyən bir gürcü müəllim gətirdilər. Ona iki qat maaş verirdilər. Dedilər, siz bu gürcü müəllimdən mütləq gürcü dilini öyrənməlisiniz. Müəllimlərimiz narahat olurdu ki, niyə biz gürcü dilini öyrənə bilmirik?! İki ay sonra rayondan yoxlama gəldi gördü ki, ömründə azərbaycanlı görməyən, Azərbaycan dilində söz eşitməyən gürcü şagirdlərlə Azərbaycan dilində danışır. Qərara gəldilər ki, Azərbaycan məktəblərində gürcü dilini öyrənmək mümkün olmayacaq. Son zamanlar ingilis dilinin tədrisiylə maraqlanmışam. Bizim kənddə fransız dili tədris olunurdu. Bu gün də yaddaşımda fransızca ifadələr var. Fransızlarla görüşəndə istifadə edirəm: “Kös köse”, “meğsi so” və s.

Orta məktəbdən kiçik şeir parçaları da yadımda qalıb:

Uçdu Göylərə
bizim peykimiz.
Söylədi Yerə
yol gedirik biz.
Bip-bip-bip...


***

Lent.az kollektivi Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovu 60 illik yubileyi münasibətilə təbrik edir, can sağlığı, peşə və ictimai fəaliyyətində uğurlar arzulayır!

Ləman Mustafaqızı


turan.info.az


REDAKSİYADAN: Əflatun Amaşov haqqında digər yazıları aşağıdakı linklərdən oxuya bilərsiniz:

http://turan.info.az/senedler/2763-flatun-amaovun-hrt-ordeni-il-tltif-edilmsi-haqqnda-azrbaycan-respublikas-prezidentinin-srncam.html - Əflatun Amaşovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


http://turan.info.az/esas/1141-yubleynz-mbark-hrmtl-flatun-mllm..html - YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏFLATUN MÜƏLLİM!..


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Əflatun Amaşovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Re ...

Əflatun Amaşovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Re ...

Rəsmi Xəbərlər, MEDİA
İlk qonorarını şagird olanda alan jurnalist - Keçmişdəki mən

İlk qonorarını şagird olanda alan jurnalist - Keçmişdəki mən

BDU, Borçalı
Gürcüstandakı orta məktəblərdə son zəng keçirilib

Gürcüstandakı orta məktəblərdə son zəng keçirilib

Borçalı
Gürcüstanda təhsil sistemində dəyişikliklər kosmik sürətlə baş verir...

Gürcüstanda təhsil sistemində dəyişikliklər kosmik sürətlə baş verir...

Gürcüstan, Qarayazı
Nazir Paata Zakareişvili Marneuli ictimai məktəblərində qonaq oldu!

Nazir Paata Zakareişvili Marneuli ictimai məktəblərində qonaq oldu!

Gürcüstan, Borçalı
Mədəni surətdə pambıqla elə baş kəsərlər ki, heç ruhun da inciməz

Mədəni surətdə pambıqla elə baş kəsərlər ki, heç ruhun da inciməz

Gürcüstan, Qarayazı
Sağ ol, Xasay müəllim (hekayə)

Sağ ol, Xasay müəllim (hekayə)

Nəsr
XƏYALLARINIZDAKI MƏKTƏB BUDUR

XƏYALLARINIZDAKI MƏKTƏB BUDUR

Məktəblər
ŞƏRƏFLİ   PEDAQOQ  ÖMRÜ

ŞƏRƏFLİ PEDAQOQ ÖMRÜ

Regionlar, UNUTSAQ, UNUDULARIQ!....
“Soydaş haqqında” qanuna ehtiyac duyulmaqdadır

“Soydaş haqqında” qanuna ehtiyac duyulmaqdadır" - MİLLƏT VƏKİLİ ƏFLATUN AM ...

Milli Məclis, MEDİA
MUXRAN ÇÖKƏYİ

MUXRAN ÇÖKƏYİ

"Varlıq", Msxeta
ƏFLATUN AMAŞOV ƏN LAYİQLİ DEPUTATLARDAN BİRİ OLACAQ...

ƏFLATUN AMAŞOV ƏN LAYİQLİ DEPUTATLARDAN BİRİ OLACAQ...

MEDİA
İZİ, SÖZÜ VƏ ƏMƏLLƏRİ İLƏ YAŞAYAN MÜƏLLİM - ƏBDÜL BAYRAMOV

İZİ, SÖZÜ VƏ ƏMƏLLƏRİ İLƏ YAŞAYAN MÜƏLLİM - ƏBDÜL BAYRAMOV

Darvaz
Əflatun Amaşov Gürcüstana səfər edib

Əflatun Amaşov Gürcüstana səfər edib

MEDİA, Gürcüstan
Diqqət, diqqət!.. BƏLKƏ MƏN SƏHV EDİRƏM?!..

Diqqət, diqqət!.. BƏLKƏ MƏN SƏHV EDİRƏM?!..

Təhsil, Gürcüstan, Borçalı, Darvaz, Müşfiq Borçalı, Köşə yazılar
Hər şözün demiş, son sözünü deməmiş müəllim

Hər şözün demiş, son sözünü deməmiş müəllim

Regionlar, Məktəblər, UNUTSAQ, UNUDULARIQ!...., Köşə yazılar
Xatirə qaldı səndən...

Xatirə qaldı səndən...

Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Abbas Abdulla: Borçalı elləri haqqında

Abbas Abdulla: Borçalı elləri haqqında

Bolus
GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZIN ANA DİLİ və KADR PROBLEMİ

GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZIN ANA DİLİ və KADR PROBLEMİ

Tiflis, Qarayazı
Nizami Paşa Saraclı 20 ildir

Nizami Paşa Saraclı 20 ildir "Azərbaycan", "Ulduz" jurnallarına, "Ədəb ...

Bolus
Rəy yazın: