Azərbaycan Mətbuat
Şurasının sədri,
Millət vəkili,
Azərbaycan Respublikası
Milli Məclisinin
Azərbaycan-Gürcüstan
Dostluq qrupunun
rəhbəri
Əflatun Amaşovun
Ad günüdür!..
Əflatun Əhməd oğlu Amaşov - 26 aprel 1957-ci ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Faxralı kəndində anadan olub.
1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib.
1976-1978-ci illərdə əsgəri xidmət borcunu yerinə yetirib.
1979-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinə daxil olub.
1984-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib.
1985-1994-cü ildə «AzərTAc» Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb.
1995-ci ildə «Yeni Nəsil» Jurnalistlər Birliyinin yaradıcılarından olub. 1995-1998-ci illərdə təşkilatın sədr müavini vəzifəsini tutub.
1998-ci ildə «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri seçilib.
2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib.
2005 və 2008-ci ildə keçirilən qurultaylarda bu vəzifəyə təkrarən seçilib.
Jurnalistika sahəsində çoxsaylı kitabların, bir sıra dərs vəsaitlərinin müəllifidir.
Dünya Mətbuat Şuraları Təşkilatının İdarə Heyətinin üzvüdür.
Avropa Mətbuat Şuraları Assosiasiyasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.
2015-ci ildə Beşinci çağırış Azərbaycan Milli Məclisinə deputat seçilib.
Azərbaycan-Gürcüstan Dostluq qrupunun rəhbəridir.
Ailəlidir, bir övladı var.
Tanınmış şair-publisist Valeh Mirza
"MƏN SÖZ ƏSGƏRİYƏM, SƏNSƏ KOMANDAN"
sərlövhəli şeirində yazmışdır:
(Əziz dostum Əflatun Amaşova
Ad Günü münasibətilə
bir xoş zarafat hədiyyəsi)
Əliboş gəlmişdim kabinetinə,
Ürəyim doluydu, əlim boş idi.
Sənin Ad Gününü təbrik etməyə
Bir qələm alsaydım, o da xoş idi.
Hördüm bal sözlərdən təbrik çələngi,
Alqışlar yağdırdım ünvanına mən.
Sənin Ad Günündə əliboş idim,
Utandım gələndə lap yanına mən.
Görüşdük, ayrıldıq biz qardaş kimi,
Sıxdım əllərini, öpdüm üzündən.
Elə bil təzəcə doğulmuş idin,
Təravət yağırdı xoş bənizindən.
Mahir bir zərgərsən söz meydanında,
Dəyəri ölçülür hər kəlməmizin.
Mən söz əsgəriyəm, sənsə komandan,
Yazar Ordusuyuq biz ölkəmizin.
tanınmış jurnalist,
Millət vəkili, çox hörmətli
Əflatun Amaşovu
AD GÜNÜ münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı,
şərəfli fəaliyyətində
yeni-yeni uğurlar
arzulayırıq!..
Hörmətlə,
Azərbaycan Respublikası "Təhsil" Mərkəzinin rəhbəri,
"Ziya" qəzetinin və "turan.info.az" saytının Baş redaktoru,
Filologiya üzrə fəlsəfə doktoru.
.