İnsanları xeyirxahlığa və vətənpərvərliyə səsləyən kitab

İnsanları xeyirxahlığa və vətənpərvərliyə səsləyən kitab Camal Zeynaloğlunun bu yaxınlarda yenicə capdan cıxmış novbəti kitabı “Baş tutmayan intihar” adlanır.
Bu kitabda müəllifin son dövrdə yazdıgı hekayə və esseləri toplanıb. Kitabı mənə hədiyyə edəndə, düzü kitab haqqında bir yazı yazmaq keçdi könlümdən. Onu da xatırladım ki, bu Camalın sayca on doqquzuncu kitabıdır. Camal Zeynaloğlu ilə tanışlığımın 20 illədək tarixçəsi var.
Onu Azərbaycan nəşriyyatından tanıyıram. Camal həmin illərdə “Son söz” qəzetində, mən isə “Azərbaycan təbiəti” jurnalında çalışırdım. Camalla coxlu ədəbi sohbətlərimiz olub. Onu bir jurnalist, bir tərcüməçi, bir gözəl hekayələr ustası kimi həmişə dəyərləndirmişəm, bu gündə dəyərləndirirəm. Qələmini həmişə qiymətləndirmişəm. Onun capdan cixan kitablarının hamısı məndə var və hamısını oxumuşam. Onun yazdığı kitabların hamısı da bir-birindən maraqlıdır. Onun ingilis dilindən, orijinaldan etdiyi tərcümələri cox yüksək səviyyəli tərcümələrdir.
Belə ki, onun dünya şöhrətli detektiv yazıçı Aqata Kristidən etdiyi “Baş nazirin oğurlanması”, “Bir milyon dollarlıq istiqrazın oğurlanması”, “Mavi kuzənin sirri”, A.Konan Doylun “Brilyant tac”, “Göy yaqut”, Oskar Uayldın “Nümunəvi milyonçu”, Ernest Heminqueyin “Qatillər”, Cek Londonun “Meksikalı”, S.Moemin “Muzdlu tərəfdaşlar”, Cessi Stuartın “Məhəbbət” və digər tərcümələri oxucuları tərəfindən rəğbətlə qarşılanmışdır. Onun kitabları haqqında dəyərli soz adamları- alim və ədəbiyyatşünaslar genis məqalələr yazıblar, onun əsərləri hər tərəfli təhlil olunub.
Bu günlərdə filologiya elmlər doktoru Vaqif Yusiflinin “Ədalət” qəzetində Camalın yaradıcılığı haqqında gözəl bir məqaləsini oxudum.

Bütün bu dediklərimi nəzərə alaraq, bu günlərdə isıq üzü görmüş “Bas tutmayan intihar” kitabı haqqında düşüncələrimi oxucularla bölüşməyi özümə borc bildim. Kitabda C.Zeynaloğlunun bir-birindən maraqlı hekayələri və esseləri toplanıb.

İnsanları xeyirxahlığa və vətənpərvərliyə səsləyən kitab Camal Zeynaloğlunun hekayələrinin mövzusu real canlı həyatdan götürülmüşdür. Yazıçının əsas qayəsi obrazlarının dili ilə danısmaqdı ki, Camal bunu peşəkar bir yazıçı kimi öhdəsindən ustalıqla gəlmisdir. Onun hekayələrinin ana xəttində insan psixologiyasi durur. Yazıçı bu məqamları çox ustalıqla, ziddiyyətli xarakterləri məharətlə qələmə almışdır.
“Baş tutmayan intihar”, “Tində dayanmış qadın”, “Quru cörək” bu qəbildən olan hekayələridir.
Onun hekayələrində hər bir obraz canlı və diridir. Bu obrazlar oxucunu düşündürür, onu arxasınca aparır.
Bu da yazıçının heç şübhəsiz çox böyük uğurudur.
Camalın bir yazıçı kimi üstünlüklərindən biri də onun əsərlərindəki hər bir obrazı yazıçı kimi öz süzgəcindən keçirməsidir. O, bir yazıçı kimi obrazları öz xarakterinə uyğun seçir. Onun hekayələrinin əsas qayəsini insan taleyi və bu insanların keçdiyi həyat yolu təşkil edir. Və bu insanların haqsızlığa qarşı mübarizəsi qadın ləyaqəti, qadın ismətinin qorunması, ailə həyatı, gənclərin yeni dünyagörüşlərinin ana xəttini təşkil edir.

Camal Zeynaloğlu əsərlərində bunun öhdəsindən bir yazıçı kimi uğurla gəlir. O, əsərlərində milli dəyərlərə bağlı olduğu üçün bu dəyərlərə yüksək qiymət verir, oxucusunu da buna səsləyir. Bir yazıçı kimi, bir özəl xüsusiyyəti də insanlarda tərbiyə və əxlaq məsələlərini ön plana çıxarmasıdır. Hazırda bu problem demək olar ki, bütün dünyanı başına götürüb.

Hər bir yazıçı əsər yazmazdan öncə, oxucunun istək və tələbini nəzərə almalı və onun bugünkü tələbatına cavab verə bilən əsər yaratmalıdır, yəni özünü oxucunun yerində hiss etməlidir. Cəsarətlə deyə bilərəm ki, Camal müəllimin əsərlərində bu iki forma arasında tam vəhdət var.

Yazıçı ideoloq olmazdan qabaq humanist olmalıdır, onun daxili aləmi bəşəri duyğularla dolu olmalıdır.
Bu mənada Camal müəllimin əsərlərində humanistlik və vətənpərvərlik motivləri də çox güclüdür.
Xüsusən onun Qarabağ savaşına həsr etdiyi povest və hekayələri buna sübutdur.
“Qaniçənlər” povesti, “Ölüm düşərgəsindən qaçış”, “Qanlı məktub”, “Snayper qız”, “O müdhiş gecə” adlı hekayələrində olduğu kimi.
Onun əsərlərində mədəniyyətin ifadə formaları olan yazıçılıq və oxuculuq bir-birlərini şərtləndirir. Sadaladığımız əsərlərdə yazıçı oxucusunu gərginlikdə saxlamağı, baş verən hadisələrin fonunda təngnəfəs etdirməyi, obrazların mənəvi iztirablarını onun iç dünyasına keçirməyi bacarır.

Kitabda toplanmış hekayə ədəbi dil normalarından doğan yığcamlıq, dolğunluq, lakoniklik, sivil təxəyyül normalarından doğan aktuallıq, peşəkarlıq, müasirlik kimi məziyyətlərlə doludur desək, heç də səhv etmərik.

Camal Zeynaloğlunun Esseləri də çox maraqlı və oxunaqlıdır. Bu esselərdə Camalın necə bir Vətənpərvər, elinə-obasına, yurduna baglı olduğu açıq-aydın görünür. Onun “O gecə ölüm mələyi enmisdi yerə”,
“Aqil yanğısı”
esseləri tarixi faciyəmiz olan Xocalıya həsr olunub. Bu esse çox lirik, kədərli bir notla yazılıb.
Onu hiss-həyəcansız oxumaq olmur. Ümimiyyətlə, istər hekyələrində, istər esse və məqalələrində Camal çox millidir. Vətənin keçdiyi ağrılı-acılı yolların hamısını ürək agrısıyla qələmə alıb.

Bundan əlavə, C.Zeynaloğlunun “Uğursuz nikah”, “Məni qınamayın”, Tanrı cəzası”, “Həqiqət işığında”, “Nakam məhəbbət”, “Ölüm doğmalığı”, “Talelər dünyası”, “Qarabağ dərdi - erməni vandalizmi”,
“Ağrılı düşüncələrim”, “Qəfil döyülən qapı”
və s. kitabları da oxucular tərəfindən maraqla qarşılanmışdır.

20 il bundan öncə tanıdığım saf, səmimi dostum, qələm yoldaşım və bu gün də zərrə qədər dəyişməyən,
qəlbi Vətən, yurd, torpaq sevgisiylə dolu olan Camal Zeynaloğluna yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Vəli XRAMÇAYLI,
şair-publisist

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
TƏBRİK EDİRİK!.. Camal Zeynaloğlunun 20-ci kitabı çıxıb...

TƏBRİK EDİRİK!.. Camal Zeynaloğlunun 20-ci kitabı çıxıb...

Təbriklər
MİLLƏTİN ZİYALISI XALQIN QAYMAĞIDIR

MİLLƏTİN ZİYALISI XALQIN QAYMAĞIDIR

Ədəbi tənqid
Gəncləri döyüşə, qələbəyə səsləyən kitab

Gəncləri döyüşə, qələbəyə səsləyən kitab

Yeni nəşrlər
TƏBRİK EDİRİK!..

TƏBRİK EDİRİK!..

Təbriklər
AzTU-da tanınmış yazıçı Elxan Elatlı ilə görüş keçirilib

AzTU-da tanınmış yazıçı Elxan Elatlı ilə görüş keçirilib

AzTU
Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Ədəbi əlaqələr, Bədii Tərcümə
VAQİF SULTANLININ “KULİKOVO DÖYÜŞÜ” KİTABI  LONDONDA NƏŞR OLUNUB

VAQİF SULTANLININ “KULİKOVO DÖYÜŞÜ” KİTABI LONDONDA NƏŞR OLUNUB

Yeni nəşrlər, Humanitar elmlər
Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Professor Camal Mustafayevin açıq məktubu və ya ustadın son xeyir-duası

Professor Camal Mustafayevin açıq məktubu və ya ustadın son xeyir-duası

Borçalı
29-cu Dədə Camal Məclisi:

29-cu Dədə Camal Məclisi: "Borçalı ədəbi mühitinin formalaşma tarixi və bu ...

"Borçalı" Cəmiyyəti
Bikə xanım Mursaqulova və onun əri Camal Əliyev haqqında kimdə ətraflı məlu ...

Bikə xanım Mursaqulova və onun əri Camal Əliyev haqqında kimdə ətraflı məlu ...

Tiflis, Borçalı, Elanlar
YAZIÇI VAQİF SULTANLININ “İNSAN DƏNİZİ” ROMANI TƏBRİZDƏ YAYINLANDI

YAZIÇI VAQİF SULTANLININ “İNSAN DƏNİZİ” ROMANI TƏBRİZDƏ YAYINLANDI

Yeni nəşrlər, Cənubi Azərbaycan
Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Humanitar elmlər
“Bir nəslin dörd fəsli”

“Bir nəslin dörd fəsli”

Ədəbi tənqid
Dünyanın şair yükü

Dünyanın şair yükü

Ədəbi tənqid, Darvaz, Arxiv
Tbilisidə  yazıçı-dramatuq İmir Məmmədlinin əsərləri ilə bağlı dissertasiya ...

Tbilisidə yazıçı-dramatuq İmir Məmmədlinin əsərləri ilə bağlı dissertasiya ...

Ədəbi əlaqələr, Tiflis
Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Bədii Tərcümə, Tiflis, Msxeta, "Varlıq"
Şəhid mayor Təbriz MUSAZADƏnin atası  Taryel MUSAYEV dünyasını dəyişib

Şəhid mayor Təbriz MUSAZADƏnin atası Taryel MUSAYEV dünyasını dəyişib

ŞƏHİDLƏRİMİZ, Başkeçid, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
Dağlara söykənən şair - AĞASƏFA

Dağlara söykənən şair - AĞASƏFA

Regionlar, UNUTSAQ, UNUDULARIQ!....
Professor Mir Cəlal Paşayevin ruh dünyası

Professor Mir Cəlal Paşayevin ruh dünyası

Elmi Məqalələr, "Elm və Təhsil"
Rəy yazın: