NƏ APARAR "İt hürər, karvan keçər, Yel qayadan nə aparar." Doğma səni talamasa, Yad mayadan nə aparar. Düz çörəkli olsa masa, Onda hər an dolar kasa, İnsan özü daşımasa, Quş tayadan nə aparar. Qonşuyla yola getməsə, Uyğun tək hoya yetməsə İnsan yaxşılıq etməsə, Bu dünyadan nə aparar. OLAYDI