I dərəcəli dövlət ədliyyə müşaviri
Zakir Qaralovun Ad günüdür.
Çox hörmətli cənab Zakiq Qaralovu
bu münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı,
bundan sonra da şəxsi həyatında
və eləcə də, çətin və
şərəfli dövlət vəzifəsində
yeni-yeni uğular arzulayırıq!
turan.info.az
Azərbaycan Respublikasının Baş prokuroru,
I dərəcəli dövlət ədliyyə müşaviri
(1956)
Xatırladırıq ki, Zakir Bəkir Oğlu Qaralov 1956-cı il yanvarın 13-də
qədim Borçalı mahalının Başkeçid rayonunda - indiki Gürcüstan Respublikasının
Dmanisi rayonundakı Ormeşən kəndində, Ormeşən elinin fəxri
Bəkir Səməd oğlu Qaralovun ailəsində anadan olmuşdur.
1979-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra
prokurorluq orqanlarına işə qəbul edilmişdir.
1981-ci ilədək bakı şəhəri Səbail rayon prokurorunun köməkçisi vəzifəsində çalışmışdır.
1981-2000-ci illərdə Baş Prokurorluğun ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru,
Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru,
Baş Prokurorluğun Milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin,
Ümumi nəzarət idarəsinin prokuroru və böyük prokuroru,
Bakı şəhəri Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində işləmişdir.
Zakir Bəkir Oğlu Qaralov 25 aprel 2000-ci il tarixdən Azərbaycan Respublikasının Baş prokurorudur.
I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.
Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür.
Zakir Qaralov hüquq-mühafizə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə
Azərbaycan Respublikası Prezidenti tərəfindən
26 dekabr 1995-ci ildə “İgidliyə görə” medalı ilə,
29 sentyabr 2006-cı ildə “Azərbaycan Bayrağı” ordeni ilə,
13 yanvar 2016-cı ildə isə "Şöhrət" ordeni ilə
təltif edilmişdir.
Ailəlidir, iki övladı var.
(Bax: Müşfiq BORÇALI. Sazlı-Sözlü Başkeçid. Bakı, "Borçalı", 2016, səh. 89-90)
Nəhayət, Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovu
doğum münasibətilə bir daha ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, bundan sonra da
şəxsi həyatında və eləcə də çətin və şərəfli dövlət vəzifəsində yeni-yeni uğular arzulayırıq!
turan.info.az
.