Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Zakir Bəkir oğlu Qaralov “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 yanvar 2016-cı il.
Sabir YUSİFOV, Müşfiq BORÇALI.
Baş prokuroru,
I dərəcəli dövlət ədliyyə müşaviri
(1956)
Zakir Bəkir Oğlu Qaralov
1956-cı il yanvarın 13-də
qədim Borçalı mahalının
Başkeçid rayonunda -
indiki Gürcüstan Respublikasının
Dmanisi rayonundakı Ormeşən kəndində, Ormeşən elinin fəxri
Bəkir Səməd oğlu Qaralovun ailəsində anadan olmuşdur.
1979-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul edilmişdir.
1981-ci ilədək bakı şəhəri Səbail rayon prokurorunun köməkçisi vəzifəsində çalışmışdır.
1981-2000-ci illərdə Baş Prokurorluğun ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru,
Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru,
Baş Prokurorluğun Milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin,
Ümumi nəzarət idarəsinin prokuroru və böyük prokuroru,
Bakı şəhəri Sabunçu rayon prokuroru,
Gəncə şəhər prokuroru vəzifələrində işləmişdir.
Zakir Bəkir Oğlu Qaralov 25 aprel 2000-ci il tarixdən Azərbaycan Respublikasının Baş prokurorudur.
I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.
Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür.
26 dekabr 1995-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən “İgidliyə görə” medalı ilə,
29 sentyabr 2006-cı ildə “Azərbaycan Bayrağı” ordeni ilə,
13 yanvar 2016-cı ildə isə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Ailəlidir, iki övladı var.
Nəhayət, Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovu
hüquq-mühafizə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunması münasibətilə
və eləcə də, anadan olmasının 60 illik Yubileyi münasibətilə bir daha ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, bundan sonra da şəxsi həyatında və eləcə də çətin və
şərəfli dövlət vəzifəsində yeni-yeni uğular arzulayırıq!
(Bax: Müşfiq BORÇALI. Sazlı-Sözlü Başkeçid. Bakı, "Borçalı", 2016, səh. 89-90)
.