BÜLBÜL Gül-çiçəkli bahar vaxtı, Dolanırsan bağı, bülbül. Bəzənibdir al güllərlə, Ömrünün xoş çağı, bülbül. Yazda qurursan toy-büsat, Gülür üzə gözəl həyat. Mənə verdikcə qol-qanad, Sözdən çələng toxu, bülbül. Dilləndirib kaman, tarı, Gerçək elə, arzuları.