Həmyerliləri, xüsusilə də doğma dayısı ana ilə balaya gün vermir, ananı buranı tərk etməsə, həbsi ilə hədələyir. Xəyalları, arzuları həbs olunmuş ananın cisminin həbs olunmasının bir önəmi vardımı? Ancaq Elnurə öz həyatından yox, övladının həyatından qorxurdu. Elnurənin dayısı, dayısı uşaqları Elnurədən utanırdılar, çünki namusları “ləkələnmişdi”, ona qol-qanad gəlmək yerinə, ona nifrət edirdilər.
Elnurə övladının taleyindən qorxub onu bu dünyanın “canavarlarına” yem etməkdənsə, intiharı seçdi, daha doğrusu qurtuluşu, xilası. Düşmənlərimiz tək Elnurənin yox, neçə-neçə qızlarımızın arzularını gözlərində qoydular. Lakin qalib gəldilərmi? Elnurə ölümü ilə qalib gəldi. Ölməzdən qabaq övladının “atasını” tapıb ondan qisas aldı, onu ləyaqətli şəkildə öldürdü. Elnurənin övladı sevgidən yox, məcburiyyətdən, təcavüzdən dünyaya gəlmişdi, o körpənin bir günahı yox idi. O, Elnurənin yaralarına yara bandı olmuşdu.
Akşin Xəyal real hadisələrin fonunda belə bir əsər yaradıb, təcavüz olunmuş bir qadının taleyindən yola çıxaraq, qələmini işə salıb. Hal-hazırda ana ilə balanın məzarı Mingəçevirdədir. Onların məzarını bir anasının yaxşılıqlar etdiyi dayısı arvadı, bir də ona məhəbbət bəsləyən gənc bir oğlan ziyarət edir.
Oxucular, siz olsaz, o övladı dünyaya gətirərdinizmi?
Sərvanə Dağtumas
Ədəbiyyatşünas
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.