YAZIÇI DOSTLUĞUNUN ŞƏFƏQİ

YAZIÇI DOSTLUĞUNUN ŞƏFƏQİ YAZIÇI DOSTLUĞUNUN ŞƏFƏQİ Həftəlik “Arqumentı i faktı” (“Аргументы и факты», №32) qəzetinin 8 iyul 2018-ci il sayında dərc olunan “Yazıçı dostluğunun şəfəqi” adlı geniş məqalədə Tbilisi Yazıçılar Evinin əsas yığıncaqlar salonunda Gürcüstan Yazıçılar Birliyi və Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan bölməsinin birgə çap etdikləri “Sxivi – Şəfəq” və Azərbaycan bölməsi “Körük” dərgilərinin təqdimat mərasimi Gürcüstan ədəbi mühitində xüsusi əhəmiyyətli hadisə kimi qeyd edilmişdir.

Məqalədə deyilir: “Təqdimatda əksəriyyəti Gürcüstan vətəndaşı olan gürcü və azərbaycanlı söz adamları, elm və yaradıcılıq dairələrinin və Türkiyə Dövlət strukturlarının nümayəndələri iştirak etmişlər.

Dərgilərin kollektivini Kvemo Kartli qubernatorunun müavini Zaur Darqallı, Yunus Əmrə adına İnstitutun direktoru Selcuk Kurşadi, digər rəsmi şəxslər təbrik etmiş, gələcək yaradıcılıqlarında müvəffəqiyyətlər arzulamışlar.



-Bu gün bayramdır -- Azərbaycan və Gürcüstanın bayramı, - deyə, Gürcüstan Yazıçılar Birliyinin sədri, Gürcüstan-Azərbaycan ədəbi əlaqələrin inkişafının fəallarından biri olan, şair Bağater Arabuli mərasimi açmışdır. – Hər millətin, hər xalqın mahiyyəti onun mövcud olduğu müddət ərzində yaratdığı ədəbi irsin, incəsənətin səviyyəsində müəyyən olunur. Bu nöqteyi nəzərdən Azərbaycan da, Gürcüstan da nəinki Qafqaz coğrafi məkanında, hətta, demək olar, dünya miqyasında yüksək nəticə əldə etmişdir. Biz beynəlxalq miqyasda humanitar nümunə göstərərək qarşılıqlı hörmət dostluq və qardaşlıq aləmi yaradırıq.
Ötən ilin noyabr ayında Gürcüstan Yazıcılar Birliyi nəzdində Azərbaycan bölməsi yaratdıq. Bu, ədəbi birliyimizin tarixində daha bir mühüm tarixi fakt oldu. Qarşımıza qoyduğumuz məqsədlərə artıq nail oluruq. “Sxivi-Şəfəq” “Körük” buna bir nümunədir.

Allahverdi Təkləli, GYB-nin Azərbaycan bölməsinin rəhbəri:
- Dərgilərimiz yalnız Gürcüstanda deyil, bütün türkdilli məkanda yayımlanacaq. Səsimiz, müasir gürcü yazarlarının səsi Respublikadan kənarlardan gələcək.

Vladimir Sarişvili, GYB-nin beynəlxalq şöbəsinin rəhbəri, “Arqumentı i faktı” qəzetinin Gürcüstan üzrə rəhbəri: -Mən də yeni gürcü-Azərbaycan ədəbi dərgisinin işıq üzü görməsi münasibətilə təbrik edən bütün ünlü qələm dostlarıma qoşulur, əməkdaşlara yaradıcılıq uğurları arzu edirəm!

Əziz DƏLİVƏLLİ,
Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan bölməsi.

turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tiflisdə “Sxivi – Şəfəq” adlı dərginin ilk sayı işıqüzü görüb

Tiflisdə “Sxivi – Şəfəq” adlı dərginin ilk sayı işıqüzü görüb

MEDİA, Ədəbi əlaqələr, Tiflis
Tiflisdə

Tiflisdə "KÖRÜK" dərgisinin 2-ci sayı işıqüzü görüb

MEDİA, Tiflis, Qarayazı
Gürcüstan Yazıçılar Birliyində Azərbaycan bölməsi açılıb

Gürcüstan Yazıçılar Birliyində Azərbaycan bölməsi açılıb

Ədəbi əlaqələr, Gürcüstan, Tiflis, Qarayazı
TİFLİSDƏ “KÖRÜK” ADLI YENİ DƏRGİ İŞIQ ÜZÜ GÖRÜB

TİFLİSDƏ “KÖRÜK” ADLI YENİ DƏRGİ İŞIQ ÜZÜ GÖRÜB

Yeni nəşrlər, Ədəbi əlaqələr, Tiflis
Tiflisdə

Tiflisdə "Körük" və "Şəfəq-Sxivi" ədəbiyyat və sənət jurnallarının növb ...

Yeni nəşrlər, Tiflis
ÇAĞDAŞ GÜRCÜ-AZƏRBAYCAN POEZİYA ANTALOGİYASININ TƏQDİMATI OLUB

ÇAĞDAŞ GÜRCÜ-AZƏRBAYCAN POEZİYA ANTALOGİYASININ TƏQDİMATI OLUB

Ədəbi əlaqələr
Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Bədii Tərcümə, Tiflis, Msxeta, "Varlıq"
Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis
RƏŞİD FAXRALININ KİTABI GÜRCÜ DİLİNDƏ İŞIQ ÜZÜ GÖRÜB

RƏŞİD FAXRALININ KİTABI GÜRCÜ DİLİNDƏ İŞIQ ÜZÜ GÖRÜB

Ədəbi əlaqələr, Bədii Tərcümə, Bolus, Müşfiq Borçalı
Tiflisdə Azərbaycan yazıçılarının əsərlərindən ibarət

Tiflisdə Azərbaycan yazıçılarının əsərlərindən ibarət "Müasir Azərbaycan n ...

Ədəbi əlaqələr, Tiflis
Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Sabir Rüstəmxanlının şeirləri  gürcü dilində

Sabir Rüstəmxanlının şeirləri gürcü dilində

"Şərqin səsi", Ədəbi əlaqələr, Bədii Tərcümə
Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

M.F.Axundzadə adına Muzey, Bədii Tərcümə, Tiflis
Azərbaycanlı alimin məqaləsi Gürcüstan mətbuatında

Azərbaycanlı alimin məqaləsi Gürcüstan mətbuatında

Humanitar elmlər, "Zirvə", Ədəbi əlaqələr
Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Anar Özbəkistanın “Dostluq” ordeni ilə təltif edilib

Anar Özbəkistanın “Dostluq” ordeni ilə təltif edilib

Ədəbiyyat, Turan
Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Ədəbi əlaqələr, Bədii Tərcümə
Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Elm, Ədəbi əlaqələr, Tiflis
Yazıçılar Birliyinin Gəncə bölməsinə yeni sədr seçilib

Yazıçılar Birliyinin Gəncə bölməsinə yeni sədr seçilib

Gəncə, Borçalı
SOYDAŞIMIZ HÜSEYN YUSUBOV “TÜRK DÜNYASINA XİDMƏT” MÜKAFATINA LAYİQ GÖRÜLÜB

SOYDAŞIMIZ HÜSEYN YUSUBOV “TÜRK DÜNYASINA XİDMƏT” MÜKAFATINA LAYİQ GÖRÜLÜB

Turan, Borçalı, Təbriklər
Rəy yazın: