Bu barədə turan.info.az-a Allahverdi Təkləlinin özü məlumat verib. Onun sözlərinə görə, Gürcüstan Yazıçılar Birliyində ilk dəfə Azərbaycan bölməsi açılıb: “Bizim üçün çox xoşdur ki, bu qərar məhz ARNK yanında Tərcümə Mərkəzinin Tbilisidə keçirilən tədbirində açıqlandı. Gürcüstan Yazıçılar Birliyinin akt zalında tədbir baş tutdu. Burda Gürcüstanın baş nazirinin birinci müavini, mədəniyyət məsələləri üzrə müşaviri, Azərbaycan səfiri iştirak edirdi. Tədbirdə bölgənin tanınmış şairlərindən də iştirak edənlər vardı. Açılışı Gürcüstan Yazıçılar Birliyinin sədri Baqatır Arabuli açdı. O, məni yeni açılan Azərbaycan bölməsinə rəhbər təyin etdi”.
Daha sonra şair Allahverdi Təkləli bunları söyləyib:
"Bizim üçün bu çox böyük hadisədir. Gürcüstan Yazıçılar Birliyinin tərkibində mütləq Azərbaycan bölməsi olmalıydı və nəhayət mənim təşəbbüsümlə bu baş tutdu. Gələcək üçün bir çox planlarımız var. Azərbaycan yazıçılarının gürcü dilinə tərcüməsi məsələsi var. Eyni zamanda, burda Gürcüstan Yazıçılar Birliyi ilə müştərək ədəbi-bədii tərcümə jurnalı buraxacağıq. Yarısı Azərbaycan, yarısı gürcü dilində çap olunacaq”.
turan.info.az
.