Məhəmməd İsa oğlu Səfərov (1896-1972)

Məhəmməd İsa oğlu Səfərov (1896-1972) EL AĞSAQQALLARIMIZI TANIYAQ VƏ TANIDAQ!..

Məhəmməd İsa oğlu Səfərov - 1896-cı ildə qədim Borçalı mahalında -
indiki Gürcüstanın Bolnisi rayonundakı Saraçlı (indiki Mamxuti) kəndində
anadan olmuşdur.
Atası İsa Səfəroğlu, anası isə Mədinə xanım olmuşdur.
M.Səfərov 1911-ci ildə təhsil almaq məqsədilə ilk dəfə Tiflisə getmiş, ancaq kasıb ailədən olduğu üçün məktəbə qəbul edilməmişdir. Elə buna görə də burada qalıb işləməyə məcbur olmuşdur. 1913-1916-cı illərdə inqilabçı gənclərə qoşularaq fəhlə hərəkatlarında fəal iştirak etmişdir. Daha sonra o, Filip Maxaradzenin başçılıq etdiyi təşkilata üzv qəbul olunmuşdurur. 1918-ci ilin aprelində isə Borçalı qəzasında fəaliyyət göstərən cinayətkar dəstələrə qarşı mübarizə aparan gizli dəstənin fəal iştirakçılarından biri olmuşdur. (Bax: К.Кərimov. «Hədər getməyən ömür», Sovet Gürcüstanı, 7 yanvar 1988-ci il).
1917-ci ildə M.Səfərov inqilab komitəsinin tapşırığı ilə doğma kəndinə qayıdaraq fəaliyyətini burada davam etdirmişdir.
Gürcüstanda bolşeviklər hakimiyyətə gəldikdən sonra, 1921-ci ildə Borçalı Mahal İngilab Komitəsinin sədr müavini, bir il sonra Torpaq Komitəsinin sədri təyin olunmuşdur. Komitə onun rəhbərliyi ilə “torpaq haqqında dekret”i uğurla həyata keçirmişdir. M.Səfərovun adı kəndlilərə torpaq vermiş bir insan kimi Borçalı tarixinə yazılmışdır.

1926-ci ilin mayında Məhəmməd Səfərov Saraçlı Kənd Sovetinin sədri seçilmişdir.
1927-ci ildə isə indiki Bolnisi rayonunun cənubunun bir neçə kənd sovetliyini birləşdirən İmirhəsən Nahiyə (Tem) Sovetliyinə başçiliq etmişdir.
O, həmin illər cinayətkarlığa qarşı mübarizə aparmış və NKVD-nin tapşırıği ilə 2 mindən artıq silah yiğilaraq dövlətə təhvil verilmişdir.
1929-1930-cu illər M.Səfərov Moskvada Kənd təsərrüfatı işçilərinin Ümumittifaq Kurslarında təhsil almışdır.

Məhəmməd Səfərov 1929-cu ildə Borçalı Kəndli komitəsinin və Borçalı Qəza Torpaq Şöbəsinin sədri, 1930-cu ildə Borçalı Qəza İcra Komitəsinin sədr müavini,
1931-1935-ci illərdə Borçalı Kənd Soveti Deputatlarının sədri və Borçalı rayonunun Prezidium üzvü seçilmişdir.
1936-cı ildə Borçalı rayonunun İcra Komitəsinin torpaq şöbə müdiri; Sarvan kəndində kolxoz sədri, 1937-ci ildə Marneuli rayonunun Gorarxı (Alqeti) kəndində kolxoz sədri, 1940-1941-ci illərdə Saraçlı Kənd Sovetinin katibi, 1942-1945-ci illərdə Saraçlıda kolxoz sədri vəzifələrində çalışmışdır.

Məhəmməd Səfərov əhalinin savadsızlığının qarşısını almaq üçün mühüm işlər görmüşdür. Xalq Komisarları Sovetinin ”Əhalinin savadsızlığının aradan qaldırılması haqqında dekretinə əsasən” 1919-cu ildə Saraçlıda ilk dəfə açılmış 4 sinifli kiçik bir məktəb, 1926-1927-cı illərdə M.Səfərovun bilavasitə rəhbərliyi altında fundamental şəkildə qurulmuş və böyüdülmüş, hətta məktəbin binasında böyüklər üçün Əlifba Məktəbi də açılmışdır. Onun təşəbbüsü və rəhbərliyi ilə 30-cu illərin əvvəllərində Saraçlı məktəbi yeddillik orta məktəbə çevrilmiş, eyni zamanda, bundan əlavə Sarvan (Marneuli) məktəbi də əsaslı təmir olunmuşdur.

60-cı illərin əvvəllərində M.Səfərovun böyük oğlu İlyas Səfərovun tövsiyyə və rəhbərliyi altında Saraçlı Kənd məktəb binası yenidən tikilmiş və istifadəyə verilmişdir.

Gürcüstanin Cənub bolgələrində Sovet hakimiyyətinin qurulmasında fəal iştirakına (qolçomaqlara qarşı mübarizı, torpaq islahatının həyata keçirilməsi və əhalinin savadsızlığının aradan qaldırılması) görə "Yubiley medalı" ilə təltif olunmuşdur.

1941-1945 Böyük Vətən Müharibəsi illərində M.Səfərov cəhbə üçün xeyli isti paltar və sursat təşkil edib göndərmişdir. Həmçinin onun şəxsən özü tərəfindən 25 min rubl məbləğində pul hərbi texnikanın yaradılmasına kömək üçün keçirilmişdir.

Müharibə zamanı və müharibədən sonra gördüyü işlərə görə M.Səfərov “1941-1945 Böyük Vətən Müharibəsində rəşadətli əməyə görə”, "Böyük Vətən Müharibəsində Qələbənin 20 illiyi”, “SSSR-in Silahlı Qüvvələrinin 50 illiyi”, “Rəşadətli Əməyə görə V.İ.Leninin 100 illiyinə” yubiley medalları ilə, eləcə də Gürcüstanda sovet hakimiyyətinin qurulması və Gürcüstan Kommunist Partiyasının 50 illiyi ilə əlaqədar Fəxri fərmanla və Bolnisi rayonunun Saraçlı kəndində ibtidai və orta təhsilin inkişafında xüsusi xidmətlərinə görə Tərifnamə ilə təltif edilmişdir.

M.Səfərov 1945-1956-cı illərdə Saraçlıda kolxoz anbarının müdiri işləmişdir. Kənd ahəlisinin ağır günlərində o, bir çox başsız qalmış ailəyə maddi-mənəvi dayaq olmuş, onları taxıl, un və.s kimi ərzaq məhsulları ilə təmin etmişdir. Məhz belə xeyirxah əməlləri ilə kənd əhalisinin hörmətini və etimadını qazanmış, xalqın yaddaşında "çörək verən, çörəkcil kişi" kimi qalmışdır.

M.Səfərov 1956-cı ildə Gürcüstanın Fəxri Təqaüdçüsü adına layiq görülülmüşdür.

Məhəmməd Səfərovun iki oğlu (Səfərov İlyas, Səfərov Nəbi) və iki qızı (Səfərova (Bədəlova) Səlmi və Səfərova (Kazımova) Mədinə) olmuşdur.

Məhəmməd Səfərov 1972-ci ildə vəfat etmiş, doğma kəndi Saraçlıda qəfn olunmuşdur.

Allah rəhmət eləsin!..



Müşfiq BORÇALI,
turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tbilisidə Fəxri Xiyabanda –

Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"də dəfn olunan soydaşımız...

---
MUSTAFA QURBAN OĞLU - ŞİNDİLƏRİN İLK KOLXOZ SƏDRİ

MUSTAFA QURBAN OĞLU - ŞİNDİLƏRİN İLK KOLXOZ SƏDRİ

"XXI əsrin Ziyalıları", Başkeçid
Tbilisidə Fəxri Xiyabanda –

Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"də dəfn olunan soydaşımız...

Bolus, Hüquq, UNUTSAQ, UNUDULARIQ!....
MAHMUD QURBAN OĞLU   QƏLƏNDƏROV

MAHMUD QURBAN OĞLU QƏLƏNDƏROV

"XXI əsrin Ziyalıları", Başkeçid
HƏSƏN HACIYEV (1927-1999)

HƏSƏN HACIYEV (1927-1999)

Tiflis, Bolus
Qazi Saday Səfərov

Qazi Saday Səfərov

Qarabağ
EL AĞSAQQALI ADİL MƏHƏMMƏD OĞLU MUSAYEV (1926)

EL AĞSAQQALI ADİL MƏHƏMMƏD OĞLU MUSAYEV (1926)

Başkeçid
SARAÇLI BAYRAM ƏLİYEV (1910-1994)

SARAÇLI BAYRAM ƏLİYEV (1910-1994)

Borçalı
Abbas Həsən oğlu Usubov (1907-1982)

Abbas Həsən oğlu Usubov (1907-1982)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
AzTU-da yeni təyinat: Rasim Səfərov rektorun İnnovasiyalar üzrə müşaviri tə ...

AzTU-da yeni təyinat: Rasim Səfərov rektorun İnnovasiyalar üzrə müşaviri tə ...

AzTU
Müharibə veteranı - Fəyyaz Fərəcov (1921-1998)

Müharibə veteranı - Fəyyaz Fərəcov (1921-1998)

"Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
Professor  FAİQ MƏMMƏDOV (1929-1987)

Professor FAİQ MƏMMƏDOV (1929-1987)

Başkeçid
Azərbaycan KP MK Rəyasət Heyətinin ilk sədri sədri - Mirzə Davud Bağır oğlu ...

Azərbaycan KP MK Rəyasət Heyətinin ilk sədri sədri - Mirzə Davud Bağır oğlu ...

Tarix, UNUTSAQ, UNUDULARIQ!....
QƏMƏRLİ SÜLEYMAN YUSUBOV (1903-1978)

QƏMƏRLİ SÜLEYMAN YUSUBOV (1903-1978)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Azərbaycanın Milli Qəhrəmanı - Borçalı balası Cəlil Səfərov

Azərbaycanın Milli Qəhrəmanı - Borçalı balası Cəlil Səfərov

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

Darvaz
Şəhid ELVİN ƏLİMƏRDANOV  (SARAÇLI) (12.12.1994-16.10.2020)

Şəhid ELVİN ƏLİMƏRDANOV (SARAÇLI) (12.12.1994-16.10.2020)

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

Borçalı, Başkeçid
Böyük Vətən müharibəsi Qəhrəmanı Əmrah Qara oğlu Aslanov (01.06.1920-19.04. ...

Böyük Vətən müharibəsi Qəhrəmanı Əmrah Qara oğlu Aslanov (01.06.1920-19.04. ...

Borçalı, Tarix, UNUTSAQ, UNUDULARIQ!....
Sabir İSAYEV (1919-1997)

Sabir İSAYEV (1919-1997)

Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: