Aşıq Dıllək Paşa - Paşa Güllü oğlu Dəlivəlli - 1887-ci ildə qədim Borçalı mahalının Barmaqsız (indiki Zalqa) bölgəsinin Ərcivən-Sarvan kəndində anadan olub. Bir müddət Ərcivan-Sarvanda yaşadıqdan sonra Tiflis şəhərinin Saburtala məhəlləsinə köçüb, Tiflisdə və ətraf bölgələrdə - Msxeta, Kareli, Kaspi, Qaraçöp, Borçalının kəndlərində xalqımızın ölməz sənəti olan aşıq sənətini təbliğ edib, məclislər aparıb, eyni zamanda dəlləklik edibdir.
O, Tiflisin 64 saylı məktəbində, 1 May klubunda və s. dəfələrlə konsertlərdə və şənliklərdə iştirak edibdir.
Dəllək Paşa 1976-cı ildə vəfat edib.
Allah rəhmət eləsin!..
turan.info.az
.