Professor Asif Hacıyevin Rusiyada yeni dərs vəsaitləri dərc edilib

Professor Asif Hacıyevin Rusiyada  yeni dərs vəsaitləri dərc edilib TƏBRİK EDİRİK!

Azərbaycan Universitetinin professoru,
tanınmış ədəbiyyatşünas alim,
filologiya elmləri doktoru,
Asif Hacılının (Hacıyevin)
Rusiya Federasiyasının
ali təhsil müəssisələrinin tələbələri üçün
yeni dərs vəsaitləri dərc olunub.


turan.info.az xəbər verir ki, filologiya ixtisası üzrə təhsil alan bakalavr və magistrantlar üçün nəzərdə tutulmuş “XX və XXI əsrlərin qovşağında rus nəsri. Əsas istiqamət və cərəyanlar” (“Русская проза рубежа ХХ и ХХI веков. Основные направления и течения”) adlı tədris-metodik vəsaitdə iki əsrin qovşağında müasir rus nəsrinin tarixi tipologiyası, mövzu və motivləri, müasir ədəbi prosesin ümumi səciyyəsi və əsas inkişaf meylləri, o cümlədən neorealizm, kütləvi və şəbəkə ədəbiyyatı, modernizm və postmodernizm, eləcə də rus postmodernizminin Azərbaycan konteksti, postintellektualizm, “qadın nəsri” və digər cərəyanlar tədqiq olunmuşdur, bu dövr ədəbiyyatının nəzəri-epistemoloji anlayışları dəqiqləşdirilmiş, mövzular barədə analitik məlumat verilmişdir, ikidillilik və rusdillilik, rus nəsrində türk üslubu nəzərdən keçirilmişdir. Tədris vəsaitinə kursun tədrisi üzrə müəllimlər üçün mərhələli metodik göstərişlər, mühazirələrin və praktik dərslərin planları əlavə olunmuşdur.

İkinci kitab rus və keçmiş postsovet xalqları ədəbi prosesinin mühüm hadisəsi olan mifopoetik nəsr yaradıcılığına həsr edilib. “XX əsrin ikinci yarısı rus nəsri. Mifopoetika məsələləri” (“Русская проза второй половины ХХ века. Вопросы мифопоэтики”) adlı dərs vəsaitində keçən əsrin ikinci yarısı rus nəsrinin yaradıcılıq tipologiyası, ideya-estetik məzmunu və bədii xüsusiyyətləri mifopoetik aspektdə nəzərdən keçirilmişdir. Dərs vəsaitinin birinci fəslində mifopoetik təhlilin metodoloji problemləri şərh olunmuş, ikinci fəsildə nəzəri məsələlərin – müəllif, obraz, kompozisiya, süjet, xronotop və janr anlayışlarının müvafiq təfsiri verilmişdir. Dərs vəsaitinin poetika məsələlərinə həsr olunmuş üçüncü fəslində B.M.Şukşin, V.İ.Belov, V.P.Astafyev, V.Q.Rasputin, Y.V.Trifonov, F.A.Abramov, V.F.Tendryakov, V.S.Makanin, A.A.Kim, V.V.Orlov kimi görkəmli rus yazıçılarının yaradıcılığında mif-folklor elementlərinin, ənənəvi semantik universalilərin və süjet invariantlarının rolu tədqiq olunmuş, mifopoetik təfsir əsasında bu yazıçıların əsərlərinin ənənəvi sosioloji münasibətdən fərqli semantik təfsiri verilmişdir. Bu fəslin hər bir bölümünə düşünmə və müzakirə üçün kreativ suallar və biblioqrafiya əlavə edilmişdir.

Rusiya ali təhsil və filoloji tədqiqat təcrübəsində ilk dəfə olaraq, dərs vəsaitinə müasir rus ədəbiyyatının Azərbaycan konteksti və Azərbaycan məktəblərində milli mentalitetə və müasir sosial-mədəni mühitə uyğun tədrisi haqqında bölmələr daxil edilib. Eyni zamanda vəsaitin geniş həcmli xüsusi bölməsində ilk dəfə müasir rus nəsrində orijinal “türk üslubu”nun mövcudluğu və bədii özünəməxsusluğu türk əsilli rusdilli yazıçıların konkret əsərlərinin təhlili əsasında təsbit olunmuşdur.

Nəşriyyatın annotasiyalarında qeyd edilir ki, hər iki kitab Ali təhsilin Rusiya Federal dövlət təhsil standartlarının tələblərinə uyğun yazılıb və “Filologiya” ixtisası üzrə təhsil alan bakalavr və magistrantlar üçün nəzərdə tutulub.

Dərs vəsaitləri Rusiya Federasiyasının ali təhsil müəssisələri üçün tədris resurslarının nəşri üzrə ixtisaslaşmış “Ali təhsil” (“Вузовское образование») nəşriyyatının təşəbbüsü və vəsaiti hesabına dərc edilib.

Qeyd edək ki, bundan öncə professor Asif Hacıyevin Rusiya, Almaniya, Türkiyə və İranda rus ədəbiyyatına dair üç dərs vəsaiti və iki monoqrafiyası dərc olunub.

turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Azərbaycanlı professor  Asif Hacıyev Rusiya ali təhsil müssisələrinin tələb ...

Azərbaycanlı professor Asif Hacıyev Rusiya ali təhsil müssisələrinin tələb ...

Yeni nəşrlər, Digər ali məktəblər, Borçalı, Rusiya
Azərbaycan aliminin monoqrafiyası Almaniyada dərc olunub

Azərbaycan aliminin monoqrafiyası Almaniyada dərc olunub

Yeni nəşrlər, Digər ali məktəblər, Borçalı, Avropa
Professor Asif Hacıyevin kitabı haqqında Rusiyada resenziya dərc olunub

Professor Asif Hacıyevin kitabı haqqında Rusiyada resenziya dərc olunub

Yeni nəşrlər, Digər ali məktəblər, Borçalı, Dünya, Rusiya
Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Yeni nəşrlər, Digər ali məktəblər, Rusiya
Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” adlı yeni kitabı  ...

Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” adlı yeni kitabı ...

Yeni nəşrlər, Digər ali məktəblər, Borçalı
Professor Asif Hacılının yeni monoqrafiyası dərc olunub

Professor Asif Hacılının yeni monoqrafiyası dərc olunub

Yeni nəşrlər, Digər ali məktəblər
Bakı Slavyan Universitetinin rektoru A.S.Puşkin medalı ilə təltif edilib

Bakı Slavyan Universitetinin rektoru A.S.Puşkin medalı ilə təltif edilib

BSU, Təbriklər
Doğum gününüz mübarək, hörmətli professor ASİF HACIYEV!..

Doğum gününüz mübarək, hörmətli professor ASİF HACIYEV!..

Borçalı, Təbriklər
ALİMİN YENİ UĞURU

ALİMİN YENİ UĞURU

AzTU
Filologiya Problemləri üzrə Elmi Şuranın iclasında 18 dissertsiya mövzusu t ...

Filologiya Problemləri üzrə Elmi Şuranın iclasında 18 dissertsiya mövzusu t ...

Humanitar elmlər
Azərbaycan Universitetinin professoru Asif Hacıyevin kitabları “Amazon”da s ...

Azərbaycan Universitetinin professoru Asif Hacıyevin kitabları “Amazon”da s ...

Yeni nəşrlər, Digər ali məktəblər, "Elm və Təhsil", Turan
Professor ASİF HACIYEV:

Professor ASİF HACIYEV: "Rusdillilik – Azərbaycanın milli həyat tərzinin v ...

BSU, Digər ali məktəblər, Rusiya
Professorumuz Asif Hacıyev Türkiyənin Erciyəs Universitetində səfərdə olub

Professorumuz Asif Hacıyev Türkiyənin Erciyəs Universitetində səfərdə olub

Digər ali məktəblər, Turan
TƏBRİK EDİRİK!.. Sumqayıt Dövlət Universitetinin prorektoru ali mükafata la ...

TƏBRİK EDİRİK!.. Sumqayıt Dövlət Universitetinin prorektoru ali mükafata la ...

Sumqayıt, Təbriklər
Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” kitabının təqdima ...

Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” kitabının təqdima ...

Yeni nəşrlər, Digər ali məktəblər, Borçalı
Elmi tədqiqatlar (2016)

Elmi tədqiqatlar (2016)

Elmi Məqalələr
Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası çap ...

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası çap ...

Yeni nəşrlər, Humanitar elmlər, TDPİ-nin Azərbaycan bölməsi
Azərbaycanlı alimlər Volqoqradda keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi  ...

Azərbaycanlı alimlər Volqoqradda keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi ...

Digər ali məktəblər, Rusiya
DƏYƏRLİ TƏDQİQAT ƏSƏRİ

DƏYƏRLİ TƏDQİQAT ƏSƏRİ

Yeni nəşrlər, Naxçıvan
Sergey Xıdırnəbi oğlu Əhmədov (1941-1981)

Sergey Xıdırnəbi oğlu Əhmədov (1941-1981)

Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Avropa, Rusiya
Rəy yazın: