Bu günlərdə
Moskva şəhərində
Rusiya Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma Akademiyası tərəfindən Universitetimizin “Metrologiya və standartlaşdırma” kafedrasının müdiri, prof. E.B. İsgəndərzadənin “Метрологическое обеспечение измерений геометрических параметров эвольвентных зубчатых колес” və “Научно-методические основы 3D-метрии шероховатости поверхности” kitabları çap olunub.
Monoqrafiyalarda yer alan materiallar 2016-cı ildə AzTU və Rusiyanın Metroloji Xidmət Elmi-tədqiqat institutu arasında bağlanmış qarşılıqlı əməkdaşlıq haqqında müqavilə əsasında koordinat metrologiyası üzrə səmərəli aparılmış nəzəri və təcrübi tədqiqatların nəticələrindən ibarətdir. Monoqrafiyaların həmmüəllifi dünya koordinat metrologiyası nəzəriyyəsinin yaradıcılarından biri VNİİMS-in şöbə müdiri, texnika elmləri doktoru, professor, əməkdar metroloq V.Q. Lısenkodur.
Hər iki kitab Azərbaycan Texniki Universitetinin 70, Metroloji Xidmət Elmi-tədqiqat institutunun 120 illik yubileylərinə həsr edilmişdir.
turan.info.az
.