Ulu Borçalımızın daha bir qədim kəndi
- Bolnisi rayonunun Qaradaş kəndi ilə bağlı
(el arasında daha çox Qaraçöp kimi tanınır)
kitab işıq üzü görüb.
turan.info.az Darvaz.com saytına istinadən xəbər verir ki,
Türkiyə Cümhuriyyətinin Kültür və Turizm nazirliyinin
sertifikatı ilə Ankarada nəşr olunmuş
"Qaradaş kəndinin sorağında" adlı bu kitabda
kəndin dünənindən və bu günündən, buradakı ayrı-ayrı nəsillərin
məskunlaşma tarixindən və şəcərəsindən söz açılır.
Kitabda verilmiş müxtəlif fotoşəkillər nəşrin əhəmiyyətini
daha da artırır.
Kitabın müəllifləri prof. Dr. Elman Hazar və Molla Zəlimxan Vəli, redaktoru isə dosent İlkin Qulusoydur.
Xatırladaq ki, professor Elman Hazar da Qaradaş kəndinin yetirməsidir və uzun müddətdir ki, Türkiyə universitetlərində çalışır. Hazırda o, İğdır Univeristetinin Riyaziyyat bölümünün başqanıdır.
turan.info.az
.