Vətənpərvərlik və təəssübkeşlik hissi ilə yaradılan kitab: “Sadaxlı elinin Poluxöyü şəcərəsi”

Vətənpərvərlik və təəssübkeşlik hissi ilə yaradılan kitab:  “Sadaxlı elinin Poluxöyü şəcərəsi” TƏBRİK EDİRİK!..

Vətənpərvərliyin insan həyatında,
mənəvi dünyasında
çox böyük tərbiyəvi əhəmiyyəti var.
O elə bir mənəvi dünya, elə bir duyğudur ki,
burada bəşəri ideyalar doğulur.
Bizim xoş günlərimizin sayı
nə qədər çox olsa da,
doğulduğumuz müqəddəs torpağımızı,
bizə mənəvi dəstək verən elimizi-obamızı
heç vaxt unutmayırıq, unuda da bilmərik.
Hər an, hər dəqiqə Azərbaycanı,
Borçalını, Sadaxlını düşünməliyik.


Bu sözlər qədim Borçalı mahalında -
indiki Gürcüstanın Marneuli rayonundakı
Sadaxlı kəndində dünyaya göz açmış,
tanınmış inşaatçı-mühəndis,
texnika üzrə fəlsəfə doktoru,
Bakı Dövlət Layihə İnstitutunun
baş konstruktoru
Nazim Şamil oğlu Poluxov
un
“Nurlar” nəşriyyatında təzəcə çapdan çıxmış
“Sadaxlı elinin Poluxöyü şəcərəsi” adlı
yeni kitabından götürülmüşdür.

Kitab uzun axtarışların, hədsiz duyğu-düşüncələri süzgəcdən keçirməyin,
digər müəlliflərin mövzu ilə bağlı yazıb-söylədiklərinə də nəzər salmağın
nəticəsi kimi ərsəyə gəlib.

Müəllif faktlara söykənməklə Gürcüstanda, onun dilbər guşəsi olan Sadaxlıda
azərbaycanlıların çox qədimlərdən məskunlaşdıqlarını göstərmək üçün
yalnız bir nəslin – Poluxöyü nəslinin şəcərəsini yaratmışdır.
Bu isə yerli əhalinin təsəvvürlərinə görə, Sadaxlı elində ən qədim nəsillərdən biridir.

Vətənpərvərlik və təəssübkeşlik hissi ilə yaradılan kitab:  “Sadaxlı elinin Poluxöyü şəcərəsi” Nazim Poluxov mənsub olduğu şəcərənin, nə az-nə çox,
on nəsli barəsində məlumat verir, adamların adlarını çəkir,
peşələrini göstərir. Birinci nəslin haqqında danışarkən
onun bünövrəsini qoyan Dəmirçi Ayvazın,
ikinci nəsildə Allahverdi Ayvazoğlunun,
üçüncü nəsildə Polux Allahverdioğlunun,
dördüncü nəslidə Xəlil Poluxoğlunun və
Vəli Poluxoğlunun
adlarını
iftixar hissi ilə çəkir.

Beşinci, altıncı, yeddinci, səkkizinci, doqquzuncu
onuncu nəsillər barəsində ətraflı məlumat verən müəllif
müasir dövrdə Sadaxlı kəndində ən çox ali təhsillilərin
bu nəslin nümayəndələri olduğunu göstərir və onların
sayının artıq iyirmi beşə çatdığını qeyd edir.
Onların sırasında Gürcüstan SSR-in Əməkdar həkimi Polux Məhəmmədoğlunun, Azərbaycan Tibb Universitetinin uşaq cərrahlığı kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının baş həkimi, tibb üzrə elmlər doktoru, professor Ramiz Şamiloğlunun, Azərbaycan Respublikasının Braziliyadakı fövqəladə və səlahiyyətli səfiri, tarix üzrə fəlsəfə doktoru Elxan ­Poluxoğlunun, Azərbaycan Tibb Universitetinin mama-ginekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Raziyyə Poluxqızının, uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Aynur Əliqızının, farmakologiya kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Şahzadə Musaqızının adları öndə gəlir.

Bu sırada daha sonra Ukraynada Xerson Dövlət Aqrar Universitetinin ekoloq-melioratoru,
monitorinq laboratoriyasının müdiri, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Alı Yasinoğlunun,
FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Ekspertiza Baş İdarəsinin
baş mütəxəssisi İlham Xəliloğlunun, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun baş elmi işçisi
Natəvan Sabirqızının, Azərbaycan Dövlət Neft Şirkətinin aparıcı iqtisadçısı Toğrul Nizamioğlunun
və başqalarının
adları böyük iftixar hissi ilə çəkilir.

Nazim Poluxovun kitabı azərbaycanlıların Gürcüstanda hələ ilkin orta əsrlərdən məskunlaşdığını bir daha elmi surətdə təsdiq edir. O, tarixçi olmasa da, ciddi sənəd və faktlara biganə qalmamış, kitabda təkcə öz nəslinin yox, bölgədə məskunlaşan azərbaycanlıların bu torpaqların tarixi sakinləri olduqlarını sübuta yetirir.

Vətənpərvərlik və təəssübkeşlik hissi ilə yaradılan kitab:  “Sadaxlı elinin Poluxöyü şəcərəsi” Müəllif kitabın ərsəyə gətirilməsində xidmətləri olan
şəxslərə, o cümlədən
Fərman Mustafaoğluna,
İlyas Yasinoğluna, Mahmud Məhəmmədoğluna,
Hafiz Fərmanoğluna, Əməkdar jurnalist
İlyas Adıgözəlliyə, Sadaxlıdakı 2 saylı orta
məktəbin direktoru Adil Şərifova,
tarix üzrə elmlər doktoru Fəxri Valehoğluna
təşəkkürünü çatdırır, onların məlumatlarının
Poluxovlar şəcərəsinin tərtibində köməyini
yüksək dəyərləndirir.

Həmid VƏLİYEV,
Bakı Dövlət Universitetinin
Beynəlxalq jurnalistika kafedrasının müdiri,
professor,
Gürcüstanın əməkdar jurnalisti


turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Vətənpərvərlik və təəssübkeşlik hissi ilə yaradılan kitab:  “Sadaxlı elinin ...

Vətənpərvərlik və təəssübkeşlik hissi ilə yaradılan kitab: “Sadaxlı elinin ...

---
Tibb üzrə fəlsəfə doktoru Fatimə Hacıyeva (1979)

Tibb üzrə fəlsəfə doktoru Fatimə Hacıyeva (1979)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Borçalı
“Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və ...

“Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və ...

Yeni nəşrlər, Biologiya və tibb elmləri
Tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva (1979)

Tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva (1979)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Borçalı
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib

Biologiya və tibb elmləri
ÇOX VƏ SAĞLAM YAŞAMAQ İSTƏYİRSİNİZSƏ, BU KİTABI MÜTLƏQ OXUYUN…

ÇOX VƏ SAĞLAM YAŞAMAQ İSTƏYİRSİNİZSƏ, BU KİTABI MÜTLƏQ OXUYUN…

Yeni nəşrlər, Sağlamlıq, Borçalı, Bolus, Müşfiq Borçalı
Nazim POLUXOVa BAŞSAĞLIĞI

Nazim POLUXOVa BAŞSAĞLIĞI

Borçalı, Nekroloqlar
“Nəsimi ili”nə daha bir töhfə

“Nəsimi ili”nə daha bir töhfə

Yeni nəşrlər, Humanitar elmlər
Gənc alim Aynur Xudiyevanın uğurları

Gənc alim Aynur Xudiyevanın uğurları

"Elm və Təhsil", Borçalı
“İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması” mövzusunda növbəti  ...

“İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması” mövzusunda növbəti ...

Elm
Tiflisdə

Tiflisdə "Gürcüstanın azərbaycanlı jurnalistləri" kitabı nəşr olunub

Tiflis, Borçalı
Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939)

Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939)

Səhiyyə, Bolus, Darvaz, Rusiya, Diaspora
Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Biologiya və tibb elmləri
Bəxtiyar Nəbiyev “TƏRƏQQİ” medalı ilə  təltif olunub

Bəxtiyar Nəbiyev “TƏRƏQQİ” medalı ilə təltif olunub

YAP, BDU, Təbriklər
ATU Tədris Cərrahiyyə Klinikasının illik hesabatı

ATU Tədris Cərrahiyyə Klinikasının illik hesabatı

Səhiyyə
AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

Humanitar elmlər
GÖRKƏMLİ ALİM ƏLİŞİR MUSAYEV VƏFAT EDİB

GÖRKƏMLİ ALİM ƏLİŞİR MUSAYEV VƏFAT EDİB

Səhiyyə, Başkeçid, Nekroloqlar
Professor İSA XƏLİLOVun BACISI VƏFAT EDİB

Professor İSA XƏLİLOVun BACISI VƏFAT EDİB

AzTU, Bolus, Nekroloqlar
Əməkdar elm xadimi, professor Sahib Musayev (1952)

Əməkdar elm xadimi, professor Sahib Musayev (1952)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Borçalı
İmran Yolçuyev AzTU-nun  Tədris hissəsinin müdiri təyin olunub

İmran Yolçuyev AzTU-nun Tədris hissəsinin müdiri təyin olunub

AzTU
Rəy yazın: