“Azərbaycan ərazilərində erməni saxtalaşdırmaları və ekoloji terror” kitabının təqdimatı olub

“Azərbaycan ərazilərində erməni saxtalaşdırmaları və ekoloji terror” kitabının təqdimatı olub “Azərbaycan ərazilərində erməni saxtalaşdırmaları və ekoloji terror” kitabının təqdimatı olub “Azərbaycan ərazilərində erməni saxtalaşdırmaları və ekoloji terror” kitabının təqdimatı olub 2018-ci il noyabrın 7-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə nəşr olunan “Azərbaycan ərazilərində erməni saxtalaşdırmaları və ekoloji terror” kitabının təqdimat mərasimi keçirilib.

turan.info.az xəbər verir ki,
tədbirdə dövlət və ictimai xadimlər, Azərbaycandakı xarici ölkə səfirliklərinin nümayəndələri, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.

Təqdimat mərasimində Azərbaycan ərazisinin 20 faizinin işğal altında olması, erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş hər bir rayonun məruz qaldığı maddi, mənəvi və ekoloji terror barədə danışılıb.

Tədbiri giriş sözü ilə açan ictimai birliyin sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev qeyd edib ki, kitabın yazılmasında əsas məqsəd ermənilərin Azərbaycan xalqına, onun ərazilərinə vurduğu maddi, mənəvi və ekoloji ziyanı dünya ictimaiyyətinə çatdırmaqdır: “Çox təəssüf ki, BMT-nin işğal edilmiş ərazilərin qeyri-şərtsiz azad edilməsinə dair dörd qətnaməsi bu günə kimi icra olunmayıb. Qurumun daimi üzvlərinin bu məsələyə laqeyd yanaşması bizi çox məyus edir. Hazırda işğal edilmiş ərazilərdə çaylar çirkləndirilir, meşələr qırılır, torpaqlar yararsız hala salınır, qiymətli və nadir flora növləri isə məhv edilərək müxtəlif məqsədlər üçün istifadə olunur. Erməni vandalları həmin ərazilərin təbiətinə çox böyük ziyan vururlar”.

M.Mehdiyev kitabın hazırlanmasında göstərilən maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, kitabın araya-ərsəyə gəlməsində əməyi olan hər kəsə, xüsusilə də, kitabın müəlliflərinə - Azərbaycan Texniki Universitetinin (AzTU) İctimai fənlər kafedrasının müdiri, tarix elmləri doktoru, professor Şikar Qasımova və Azərbaycan Dövlət İqtisad Universitetinin maqistri gənc ekspert Lamiyə Məmmədliyə, kitabın redaktoru - AzTU-nun professoru, fəlsəfə elmləri doktoru Qabil Hüseynliyə, məsləhətçilərə, rəyçilərə, rəyçilərə, eləcə də, texniki heyətə öz minnətdarlığını bildirib.

“Azərbaycan ərazilərində erməni saxtalaşdırmaları və ekoloji terror” kitabının təqdimatı olub Kitabın müəllifi - Azərbaycan Texniki Universitetinin (AzTU) İctimai fənlər kafedrasının müdiri, tarix elmləri doktoru, professor Şikar Qasımov
öz çıxışında ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımlardan, mədəniyyətimizə, mənəvi dəyərlərimizə, ekologiyamıza, tarixi memarlıq abidələrimizə vurduğu ziyandan, onların yürütdükləri terror siyasətinin tarixi köklərindən danışıb. Professor işğal altındakı ərazilərdə toponimlərin saxtlaşdırılmasını da diqqətə çatdırıb.

Gənc ekspert Lamiyə Məmmədli Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycanın ətraf mühitinə, təbii sərvətlərinə vurulmuş zərərin miqyası barədə məlumat verib.

Kitabın redaktoru, AzTU-nun professoru, fəlsəfə elmləri doktoru Qabil Hüseynli,
Milli Qeyri-Hökumət Təşkilatları
Forumunun prezidenti Rauf Zeyni,
Ukraynanın Azərbaycandakı səfiri
Aleksandr Mişşenko və başqaları
kitabla bağlı öz fikirlərini söyləyiblər,
ermənilərin Qarabağda törətdikləri ekoloji terroru pisləyiblər, onların ətraf mühitə, təbii sərvətlərə vurduqları ziyana görə narahatlıqlarını ifadə ediblər.
“Azərbaycan ərazilərində erməni saxtalaşdırmaları və ekoloji terror” kitabının təqdimatı olub
Tədbirdə AzTU-dan Azərbaycan dili və pedaqogika kafedrasının müdiri Dos. Həbib Mirzəyev,
"Ziya" qəzetinin və "turan.info.az" saytının Baş redaktoru Dr. Müşfiq Borçalı, YAP "Hüseyn Cavid-25" ərazi
ilk partiya təşkilatının gənclər üzrə əlaqələndiricisi
Əsmər Nəbiyeva
və başqalar da iştirak ediblər,
həmkarları - çox hörmətli professor Şikar Qasımovu
müəllifi olduğu yeni və həm də olduqca dəyərli
bir kitabının işıqüzü görməsi və kitabın təqdimatının
yüksək səviyyədə keçirilməsi münasibətilə ürəkdən
təbrik ediblər və ona yeni-yeni uğurlar arzulayıblar.

Gilə ƏLİQIZI,
turan.info.az və Zirve.İnfo-nun
xüsusi müxbiri



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da “Vandalizm” sənədli filminin təqdimat mərasimi keçirilib

AzTU-da “Vandalizm” sənədli filminin təqdimat mərasimi keçirilib

AzTU, QHT
TƏBRİK EDİRİK, HÖRMƏTLİ ŞİKAR MÜƏLLİM!...

TƏBRİK EDİRİK, HÖRMƏTLİ ŞİKAR MÜƏLLİM!...

YAP, AzTU, Təbriklər
“Azərbaycanlıların soyqırımı” kitabının Batumidə təqdimatı olub

“Azərbaycanlıların soyqırımı” kitabının Batumidə təqdimatı olub

Gürcüstan, Batum
Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdima ...

Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdima ...

Tiflis
Tarix üzrə fəlsəfə doktoru, dosent Ruslan Rəhimli Macarıstanın Debresen Uni ...

Tarix üzrə fəlsəfə doktoru, dosent Ruslan Rəhimli Macarıstanın Debresen Uni ...

İctimai elmlər, Avropa
AzTU-da “Əbədiyyətə qovuşanlar” kitabının təqdimatı keçirilib

AzTU-da “Əbədiyyətə qovuşanlar” kitabının təqdimatı keçirilib

AzTU
AzTU-da YAP ərazi ilk partiya təşkilatının idarə heyətinin genişləndirilmiş ...

AzTU-da YAP ərazi ilk partiya təşkilatının idarə heyətinin genişləndirilmiş ...

YAP, AzTU
Bəxtiyar Nəbiyev “TƏRƏQQİ” medalı ilə  təltif olunub

Bəxtiyar Nəbiyev “TƏRƏQQİ” medalı ilə təltif olunub

YAP, BDU, Təbriklər
“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında QHT-lərin rolu” mövzus ...

“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında QHT-lərin rolu” mövzus ...

Milli Məclis, QHT
“Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi yeni bir layihəyə start v ...

“Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi yeni bir layihəyə start v ...

QHT

"Dəyərlərimizi tanıdaq, həqiqətlərimizi çatdıraq" - Azərbaycan - İraq məd ...

Dünya, Turan
Prezident Kitabxanasında “Soyqırım Muzeyi” kitabının təqdimatı keçirilib

Prezident Kitabxanasında “Soyqırım Muzeyi” kitabının təqdimatı keçirilib

İctimai elmlər
Vətən müharibəsində şəhid olan AzTU-nun tələbə və məzunları haqqında kitabı ...

Vətən müharibəsində şəhid olan AzTU-nun tələbə və məzunları haqqında kitabı ...

AzTU
AzTU-da universitetin Şəhid məzunlarına həsr olunmuş tədbir keçirilib

AzTU-da universitetin Şəhid məzunlarına həsr olunmuş tədbir keçirilib

AzTU, QHT
Azərbaycan Milli QHT Forumunun doqquzuncu qurultayı keçirilib

Azərbaycan Milli QHT Forumunun doqquzuncu qurultayı keçirilib

QHT
AzTU-da 31 Mart Soyqrımı Günü qeyd olundu

AzTU-da 31 Mart Soyqrımı Günü qeyd olundu

AzTU
“Müstəqilliyin 25 ili: Azərbaycançılıq ideyası və dil siyasəti” adlı kitab  ...

“Müstəqilliyin 25 ili: Azərbaycançılıq ideyası və dil siyasəti” adlı kitab ...

Azərbaycan
“Ermənistan ərazisində Azərbaycan mənşəli oykonimlər və onların erməniləşdi ...

“Ermənistan ərazisində Azərbaycan mənşəli oykonimlər və onların erməniləşdi ...

"Zirvə"
AzTU-nun kafedra müdiri, professor Şikar Qasımov

AzTU-nun kafedra müdiri, professor Şikar Qasımov "Azərbaycanın Qabaqcıl tə ...

AzTU, Təbriklər
“Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” adlı kitab nəşr olunub

“Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” adlı kitab nəşr olunub

Yeni nəşrlər, Ədəbi əlaqələr
Rəy yazın: