Kitabda Mars planetinin öyrənilməsində əvəzsiz rolu olmuş Nadir İbrahimovun apardığı elmi tədqiqat işlərinə geniş yer verilib.
Kitaba N.B.İbrahimovun Marsın inteqral spektrofotometrik və yüksək dispersiyalı spektral tədqiqatlarının nəticələri, ilk dəfə planetin ən böyük miqyaslı təsvirinin alınması, Veneranın qaranlıq tərəfində şüalanma xətlərinin müşahidəsi, onun atmosferində dərin qatların görunməsi və digər tədqiqatların nəticələri daxil edilib.
Latviya Respublikasında (“Lambert” nəşriyyatı) nəşr olunan kitabda həmçinin, nəhəng planetlərin atmosferinin və onların peyklərinin ŞAR-da tədqiqi zamanı alınan mühüm elmi nəticələr haqqında ətraflı məlumat verilib.
Kitab planetlər fizikası ilə məşğul olan doktorant və magistrantlar üçün nəzərdə tutulub.
Müşfiq BORÇALI,
turan.info.az
.