Cümhuriyyətin 100 illiyinə həsr olunan kitabın təqdimatı keçirilib

Cümhuriyyətin 100 illiyinə həsr olunan kitabın təqdimatı keçirilib 2018-ci il Yanvarın 25-də Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideyası, ön sözü və elmi redaktorluğu ilə nəşr olunmuş “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” adlı kitabının təqdimatı keçirilib.

Cümhuriyyətin 100 illiyinə həsr olunan kitabın təqdimatı keçirilib turan.info.az xəbər verir ki,
tədbiri giriş sözü ilə açan
AMEA-nın prezidenti,
akademik Akif Əlizadə

ölkə rəhbərinin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında 10 yanvar 2018-ci il tarixli Sərəncamını xatırladıb.
Bildirib ki, dövlət başçısının
bu addımı onun ölkə tarixinə yüksək diqqət və qayğısının sübutudur.

AMEA rəhbəri qeyd edib ki, akademik Ramiz Mehdiyevin ictimaiyyətə təqdim olunan yeni kitabında arxiv materiallarına, mühüm sənədlərə əsaslanaraq tariximizin vacib məqamlarına dair faktlar oxuculara çatdırılır. Akademik Akif Əlizadənin sözlərinə görə, ölkə tarixi üçün yenilik hesab edilən kitabda aparılan tədqiqatlar və əldə olunan nəticələr akademiyada müvafiq sahədə prioritet istiqamətlərdə multidissiplinar araşdırmaların aparılmasına təkan verəcək.

Cümhuriyyətin 100 illiyinə həsr olunan kitabın təqdimatı keçirilib Cümhuriyyətin 100 illiyinə həsr olunan kitabın təqdimatı keçirilib Sonra “ADR-İran diplomatik münasibətləri haqqında yazışmalar və müasir dövr” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin 2018-ci ilin “Cümhuriyyət ili” elan olunması ilə bağlı müvafiq Sərəncamının Azərbaycan elmi ictimaiyyəti qarşısında mühüm vəzifələr qoyduğunu bildirib. AXC-nin 100 illiyinin yüksək səviyyədə keçirilməsi üçün AMEA-da Tədbirlər Planının təsdiqləndiyini və artıq bir neçə iclasın keçirildiyini söyləyən alim bu kimi tədbirlərin ilin sonuna qədər davam edəcəyini diqqətə çatdırıb. Akademik AMEA-da bir sıra qurumlarla birgə AXC tarixinin daha dərindən öyrənilməsi istiqamətində samballı elmi-tədqiqat və maarifləndirmə işlərinin aparılmasının, kompleks layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib. Qeyd olunub ki, Türkiyə, Fransa və Rusiya kimi dövlətlərdə də AXC-nin 100 illiyi ilə əlaqədar silsilə tədbirlər təşkil ediləcək.

AMEA-nın vitse-prezidenti yeni kitabın böyük aktuallığa malik olduğunu və müstəqil dövlətçilik təfəkkürünün daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. İlk dəfə ana dilimizdə nəşr olunan diplomatik yazışmalar toplusunun 1919-1920-ci illərdə İran ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında siyasi əlaqələrə dair mühüm tarixi mənbələrdən olduğunu deyib.

Kitabda yer alan 98 sənədin ilk dəfə elmi ictimaiyyətə təqdim olunduğunu söyləyən akademik İsa Həbibbəyli bildirib ki, akademik Ramiz Mehdiyev bu nəşrdə Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan dövlətçiliyinin inkişafındakı rolunu yenidən qiymətləndirib, həmin dövrdə aparılan diplomatik yazışmaları təhlil edib.

Cümhuriyyətin 100 illiyinə həsr olunan kitabın təqdimatı keçirilib Daha sonra çıxış edən Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Azərbaycanın İranla ortaq tarixə malik olduğunu qeyd edərək bu tarixin öyrənilməsi və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb. Yaqub Mahmudov əsərdə Azərbaycan-İran tarixi münasibətlərinə dair maraqlı faktların yer aldığını, bugünədək məlum olmayan bir sıra məqamlara aydınlıq gətirildiyini diqqətə çatdırıb. Bildirib ki, topluda İran-Rusiya, İran-Ermənistan münasibətlərindən də söz açılır.

Cümhuriyyətin 100 illiyinə həsr olunan kitabın təqdimatı keçirilib Tədbirdə akademik
Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik
Gövhər Baxşəliyeva
çıxış edərək Azərbaycan tarixinin öyrənilməsi baxımından kitabı yüksək qiymətləndirib, onun ərsəyə gəlməsində rolu olan bütün alim və mütəxəssislərə təşəkkürünü bildirib. Şərqşünaslıq İnstitutunda Mənbəşünaslıq şöbəsinin fəaliyyət göstərdiyini diqqətə çatdıran alim institutda “Cümhuriyyət ili” çərçivəsində bir sıra tədbirlərin həyata keçiriləcəyini deyib.

Cümhuriyyətin 100 illiyinə həsr olunan kitabın təqdimatı keçirilib Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı isə çıxışında akademik
Ramiz Mehdiyevin Azərbaycan tarixinə dair qələmə aldığı hər bir əsərin xüsusi önəm daşıdığını
deyib.
Faktların oxucuya dəqiq və dolğun çatdırılmasında
kitab üçün istifadə olunan arxiv materialların tərcüməsi zamanı orijinallıq və diplomatiya üslubunun qorunmasının böyük rol oynadığını bildirib.

Sonda çıxış edən kitabın tərcüməçisi Şahin Yahyayev yeni faktlarla zəngin olan əsərin tariximizin bir sıra qaranlıq səhifələrinə işıq saldığını, həmçinin elmi dövriyyədəki bəzi yanaşmaları fərqli bucaq altında nəzərdən keçirməyə sövq etdiyini bildirib.

turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin parlaq  ...

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin parlaq ...

İctimai elmlər, "Zirvə"
Akademik İsa Həbibbəyli: “AMEA “Nizami Gəncəvi İli” çərçivəsində mühüm nail ...

Akademik İsa Həbibbəyli: “AMEA “Nizami Gəncəvi İli” çərçivəsində mühüm nail ...

Humanitar elmlər

"Azərbaycan Xalq Cümhuriyyəti - milli dövlətçiliyin ideya əsasları və müas ...

Humanitar elmlər, İctimai elmlər, "Zirvə"
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

Elm, "Zirvə"
AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

"Zirvə"
AMEA-nın İctimai Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın İctimai Elmlər Bölməsinin ümumi iclası keçirilib

İctimai elmlər, "Zirvə"
“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

Elm, "Zirvə"
“Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı təqdim edildi

“Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı təqdim edildi

Naxçıvan, "Zirvə"
Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

Humanitar elmlər
Müstəqilliyimizin 25 illik yubileyi münasibətilə sanballı elmi əsərin yarad ...

Müstəqilliyimizin 25 illik yubileyi münasibətilə sanballı elmi əsərin yarad ...

"Zirvə"
Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

"Zirvə"
Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Humanitar elmlər
Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

"Zirvə"
AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

"Zirvə"
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Unudulan sözlər yaşad ...

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Unudulan sözlər yaşad ...

Humanitar elmlər
“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib

“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib

"Zirvə"
Milli Azərbaycan Ədəbiyyatı Muzeyində tanınmış ictimai-siyasi xadim Ramiz A ...

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində tanınmış ictimai-siyasi xadim Ramiz A ...

Humanitar elmlər
AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

"Zirvə"
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

"Zirvə"
Rəy yazın: