“Seçilmiş əsərlər”in redaktoru dosent Qızılgül Abdullayeva, rəyçilər professorlar Məhərrəm Məmmədli, Eldar Piriyev, f.ü.e.d, Sərdar Zeynal, f.ü.f.d. Sevda Sadıqova və Afaq Məmmədovadır.
Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü turan.info.az-a bildirib ki, “Elm” nəşriyyatında çap olunan “Seçilmiş əsərlər”in birinci cildində Azərbaycan ədəbi dilinin tarixi dövrlər üzrə təhlil olunur. Dövrlərin müəyyənləşdirilməsində dilxarici hadisələr də nəzərə alınmaqla, dildaxili faktlara, üslubların yaranma və inkişafına, normanın tarixi təkamülünə xüsusi diqqət yetirilir.
“Seçilmiş əsərlər”in ikinci cildi T.Hacıyevin Türkologiya sahəsindəki irihəcmli araşdırmalarını özündə cəmləşdirir. Kitaba “Orxon dastanlarının şeir sənətkarlığı”, Mikayıl Baştunun “Şan qızı dastanı” Cəmaləddin İbn Mühənnanın “Hilyətül-insan və həlbətül-lisan” əsərləri haqqındakı yazılar,habelə müəllifin ən son monoqrafiyalarından olan “Türklər üçün ortaq ünsiyyət dili” daxil edilmişdir.
Hüsniyyə ÇOBANOVA,
turan.info.az
.