Axundzadəşünaslığa daha bir dəyərli töhfə

Axundzadəşünaslığa daha bir dəyərli töhfə Bu günlərdə
ədəbiyyatşünas alim
Şahbaz Şamıoğlunun milli dramaturgiya, realist bədii nəsr, professional ədəbi tənqid və ədəbiyyat nəzəriyyəsinin banisi Mirzə Fətəli Axundzadəyə dair növbəti monoqrafiyası işıq üzü görüb.


“Elm və təhsil”
nəşriyyatında çap olunan “Mirzə Fətəli Axundzadə (müasirləri ilə əlaqələri və bədii yaradıcılığı)” monoqrafiyasının elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçiləri filologiya elmləri doktoru, professor Alxan Bayramoğlufilologiya elmləri doktoru
Baba Babayev
dir.

Monoqrafiyanın birinci fəslində böyük ədibin Tiflisdən başqa, Bakı, Təbriz, Tehran, Peterburq, Paris və Londondan olan müasirləri ilə ictimai-ədəbi əlaqələri araşdırılıb. Müvafiq faktoloji materialların bolluğunu və elmi-metodoloji tələbi əsas götürən müəllif M.F.Axundzadənin müasirləri ilə əlaqələrini iki istiqamətdə - yeni əlifba uğrunda mübarizə sahəsində və “Kəmalüddövlə məktubları”nın çapı ilə bağlı çalışmaları çərçivəsində araşdırıb. Əsər ədəbiyyatşünaslığımızda M.F.Axundzadənin müasirləri ilə əlaqələrinin araşdırılması sahəsində ilk monoqrafik tədqiqat kimi qiymətlidir.

Monoqrafiyanın II fəslində M.F.Axundzadənin bədii irsi – şeirləri, komediyaları və nəsr əsərləri təhlil edilib. Monoqrafiyada ilk dəfə yazıçının “Aldanmış kəvakib” povestindən əlavə, elmi-ədəbi ictimaiyyətə son illərdə məlum olan, müvafiq olaraq ərəb və fars dillərində qələmə alınan “Hekayə” və “Qəribə hekayə” (“Fəqəreyi-əcibə”) əsərləri təhlil olunub. Müəllif bu fəsildə, həmçinin, “Kəmalüddövlə məktubları”nın janrı və üsubu məsələsinə yeni mövqe nümayiş etdirib.

Qeyd edək ki, elmi ictimaiyyətin ixtiyarına verilən bu əsər Ş.Şamıoğlunun M.F.Axundzadəyə dair
üçüncü monoqrafiyasıdır. Bundan əvvəl müəllifin “Mirzə Fətəli Axundzadənin gürcü müasirləri” (2012),
“Mirzə Fətəli Axundzadə (dövrü, elmi bioqrafiyası və müasirləşmə konsepsiyası)” (2016) əsərləri çap olunub.
Ş.Şamıoğlu ümumilikdə 7 monoqrafiyanın, Azərbaycanda və xaricdə çap olunan 50-dən çox elmi məqalənin müəllifidir.

Biz də dəyərli ziyalımız, tanınmış ədəbiyyatşünas alim Şahbaz Şamıoğlunu
“Mirzə Fətəli Axundzadə (müasirləri ilə əlaqələri və bədii yaradıcılığı)” adlı yeni və
həm də sanballı kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, elmi-pedaqoji və ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Hüseyn Kürdoğlunun poetik dünyası...

Hüseyn Kürdoğlunun poetik dünyası...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbiyyatşunaslıq
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Yeni nəşrlər
Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası çap ...

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası çap ...

Yeni nəşrlər, Humanitar elmlər, TDPİ-nin Azərbaycan bölməsi
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
İlham Əliyev Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin açılışında iştirak edib

İlham Əliyev Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin açılışında iştirak edib

Azərbaycan, Gəncə, Ədəbi əlaqələr
Almaz Ülvinin “Özbək ədəbiyyatı və Azərbaycan” kitabı özbək və rus dillərin ...

Almaz Ülvinin “Özbək ədəbiyyatı və Azərbaycan” kitabı özbək və rus dillərin ...

Elm, Humanitar elmlər, "Zirvə"
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” adlı yeni kitabı çap olunub

Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” adlı yeni kitabı çap olunub

Yeni nəşrlər, Humanitar elmlər
Məhəmmədhüseyn Şəhriyarın fars dilində yazdığı əsərləri Azərbaycan dilində

Məhəmmədhüseyn Şəhriyarın fars dilində yazdığı əsərləri Azərbaycan dilində

Yeni nəşrlər, Humanitar elmlər, Cənubi Azərbaycan
Fədakarlıq və axtarış

Fədakarlıq və axtarış

Elm, "Zirvə"

"Nizami ili" çərçivəsində muzey əməkdaşının yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Ədəbiyyatşünas alim Şurəddin Məmmədlinin yeni kitabı işıqüzü görüb

Ədəbiyyatşünas alim Şurəddin Məmmədlinin yeni kitabı işıqüzü görüb

Fond, Yeni nəşrlər, Tiflis, Turan
Azərbaycan aliminin monoqrafiyası Almaniyada dərc olunub

Azərbaycan aliminin monoqrafiyası Almaniyada dərc olunub

Yeni nəşrlər, Digər ali məktəblər, Borçalı, Avropa
Yeni dövrləşdirmə konsepsiyası

Yeni dövrləşdirmə konsepsiyası

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
“Nəsimi ili”nə daha bir töhfə

“Nəsimi ili”nə daha bir töhfə

Yeni nəşrlər, Humanitar elmlər
Bir daha M.F.Axundzadənin doğum  və ölüm tarixləri barədə

Bir daha M.F.Axundzadənin doğum və ölüm tarixləri barədə

Elmi Məqalələr, "Şərqin səsi"
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb

“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
“Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)”

“Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)”

Yeni nəşrlər, Humanitar elmlər, "Elm və Təhsil"
AZƏRBAYCAN DRAMATURGİYASINDA “ATALAR VƏ OĞULLAR” PROBLEMİ İLƏ BAĞLI MONOQRA ...

AZƏRBAYCAN DRAMATURGİYASINDA “ATALAR VƏ OĞULLAR” PROBLEMİ İLƏ BAĞLI MONOQRA ...

Yeni nəşrlər, BDU
“Məhəmməd ağa Şahtaxlının publisistikası” adlı monoqrafiya işıq üzü görüb

“Məhəmməd ağa Şahtaxlının publisistikası” adlı monoqrafiya işıq üzü görüb

Naxçıvan, Ədəbi əlaqələr
Rəy yazın: