M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə “Ziya” qəzetinin və turan.info.az və "Vetenim.info" saytlarının Baş redaktoru, tanınmış jurnalist və istedadlı tədqiqatçı-filoloq
MÜŞFİQ BORÇALInın
1995-ci ildə Bakıda işıqüzü görmüş “M.P.VAQİF VƏ GÜRCÜSTAN” adlı kitabının yenidən işlənmiş və əlavələr olunmuş ikinci nəşri bu günlərdə “Borçalı” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib
(Müşfiq Borçalı. M.P.Vaqif və Gürcüstan. Bakı, “Borçalı”, 2017, 172 səh.)


Nəşrin elmi redaktoru filologiya elmləri doktoru, professor Vüqar Əhməd, rəyçiləri - filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov və filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli, nəşriyyat redaktoru isə “Dostluq” Cəmiyyətinin sədri, “Dostluq məşəli” qəzetinin baş redaktoru, tanınmış şair-jurnalist Fərman Borçalıdır.

Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2017-ci il tarixli “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə açılır.

Azərbaycan Dövlət İqtisad Universitetinin fəxri professoru, “Tərəqqi” medallı, “Abdulla Şaiq”“Qızıl Qələm” mükafatları laureatı Aysəba Əlizadənin “Ulu Borçalının Ulu Oğlu!” sərlövhəli məqaləsi («Şərqin səsi» qəzeti, yanvar, 2014) kitabda “Ön söz əvəzi” verilib.

Üç bölmədən ibarət olan kitabın “Bu dostluğun yaşı çox!...” adlanan birinci bölməsində olan Azərbaycan-gürcü ədəbi əlaqələrinin qədim zamanlardan bu günümüzə qədər olan tarixi inkişaf prosesi araşdırılıb.

“M.P.Vaqif və Gürcüstan” adlanan ikinci bölmədə ölməz şairin Gürcüstanla, xüsusilə də Tiflis şəhəri ilə bağlı yazdığı şeirləri, həmin şeirlərin gürcü əlifbası ilə yazılmış və indi də Gürcüstan arxivlərində qorunub saxlanan nüsxələri tədqiqata cəlb olunub, həmin nüsxələrlə şairin mövcud kitablarında dərc olunmuş şeirləri arasında oxşar və fərqli məqamlar diqqətə çatdırılıb, eləcə də gürcü şairlərinin M.P.Vaqifə həsr etdikləri şeirlər, həmçinin gürcü alimlərinin M.P.Vaqifə verdikləri yüksək dəyərlər və s. haqqında oxuculara ətraflı məlumat verilib.

Kitabın üçüncü bölməsində isə “Gürcüstanda yaşayib-yaradan soydaşlarımızın yaradıcılığında bədii tərcümə məsələləri və Azərbaycan-gürcü ədəbi əlaqələr (1950-2015)” ilk dəfə olaraq elmi tədqiqata cəlb olunub.

Kitabın sonunda istifadə olunan geniş ədəbiyyat siyahısı verilib.

Bir sözlə, Müşfiq Mədəd oğlu Çobanlının “M.P.VAQİF VƏ GÜRCÜSTAN” adlı kitabı böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə olmaqla yanaşı, həm də M.P.Vaqifin ədəbi irsini, həyat və yaradıcılığını, eləcə də Azərbaycan-gürcü ədəbi əlaqələrinin inkişaf tarixini araşdıran tədqiqatçılar, gənc alimlər, doktorantlar, orta məktəblərin ədəbiyyat müəllimləri və ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün qiymətli hədiyyədir.

"Respublika" qəzeti

.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Molla Pənah Vaqifin şeirləri” iki dildə

“Molla Pənah Vaqifin şeirləri” iki dildə

Ədəbi əlaqələr, Bədii Tərcümə
AzTU-da görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin  300 illik yubileyi   ...

AzTU-da görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi ...

AzTU
AzMİU-da XVIII əsrin böyük Azərbaycan şairi və ictimai xadim M.P.Vaqifin 30 ...

AzMİU-da XVIII əsrin böyük Azərbaycan şairi və ictimai xadim M.P.Vaqifin 30 ...

Digər ali məktəblər
GÖRKƏMLİ FOLKLORŞÜNAS ALİM MAHMUD ALLAHMANLI TÜRKSOYUN “MOLLA PƏNAH VAQİF”  ...

GÖRKƏMLİ FOLKLORŞÜNAS ALİM MAHMUD ALLAHMANLI TÜRKSOYUN “MOLLA PƏNAH VAQİF” ...

ADPU, Təbriklər, Turan
Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Əsas xəbər, Borçalı, Darvaz, Arxiv
Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflis, Borçalı, Darvaz, Arxiv
Bu tədqiqatın yaşı az...

Bu tədqiqatın yaşı az...

Ədəbiyyatşunaslıq, Gürcüstan, Tiflis, Borçalı, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Arxiv, Haqqımızda, Müşfiq Borçalı
Bakıda məşhur gürcü yazıçısı Naro Kolxelinin kitabı çap olunub

Bakıda məşhur gürcü yazıçısı Naro Kolxelinin kitabı çap olunub

Fond, Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Darvaz, Müşfiq Borçalı
AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib

AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib

Humanitar elmlər
M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS ...

M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS ...

Humanitar elmlər
Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı k ...

Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı k ...

Tiflis, Qarayazı
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı o ...

Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı o ...

Yeni nəşrlər, Tiflis
Tiflisdə

Tiflisdə "Gürcüstanın azərbaycanlı jurnalistləri" kitabı nəşr olunub

Tiflis, Borçalı
Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Elm, Ədəbi əlaqələr, Tiflis
Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Sabir Rüstəmxanlının şeirləri  gürcü dilində

Sabir Rüstəmxanlının şeirləri gürcü dilində

"Şərqin səsi", Ədəbi əlaqələr, Bədii Tərcümə
Qiymətli tədqiqat əsəri

Qiymətli tədqiqat əsəri

Ədəbiyyatşunaslıq, Ədəbi tənqid, Darvaz, Arxiv
“Nəsimi ili”nə daha bir töhfə

“Nəsimi ili”nə daha bir töhfə

Yeni nəşrlər, Humanitar elmlər
Rəy yazın: