"Nətavan" adına klubunda şairə Telli Sənəm Borçalının
"MƏKTƏBLİ ÖMRÜMÜN SƏMƏD VURĞUNU" adlı
yeni kitabının təqdimatı keçirilib.
Bu kitab unudulmaz söz ustadı, xalqımızın əbədi məhəbbətini qazanmış əvəzsiz sənətkar, xeyirxah və geniş ürək sahibi, ilk xalq şairimiz dahi Səməd Vurğuna dərin sevginin poetik boyalarla səmimi təcəssümüdür. Kitab tanınmış şairin çoxşaxəli yaradıcılığı haqqında maraqlı məqamları ortaya çıxarıb.
Tədbiri giriş sözü ilə kitabın redaktoru, tanınmış qələm sahibi, istedadlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Beynəlxalq Rəsul Rza mükafatı laureatı Balayar Sadıq açıb, kitab və kitabın müəllifi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə Borçalının ağsaqqalı tanınmış şair-jurnalist Mədəd Çoşğun, tanınmış neftçi şair Hacı Zaməddin Ziyadoğlu Həmişəyev, şairə Sənəm Səbael, tanınmış ictimai xadim, şairə-jurnalist Hacı Azadə-Taleh Abbasqızı, jurnalist-şairə Sona İsmaylova və başqaları çıxış edərək Telli Sənəm Borçalıya yaradıcılıq uğurları arzulayıblar.
"Qafqaz-Media "İB-nin sədri, qafqazmedia.az saytının rəhbəri Azadə Hüseynova şairəni
"Qız Qalası" diplomu ilə təltif edib.
turan.info.az saytının rəhbəri, tanınmış jurnalist-naşir
Müşfiq Borçalının təbriklərini isə həmin saytın nümayəndəsi, Dağıstan Respublikasının Dərbənd şəhərində fəaliyyət göstərən "Gülüstan" Ədəbiyyatçılar İttifaqının üzvü Sona İsmaylova çatdırıb, şairəni hədiyyələrlə mükafatlandırıb.
Təqdimatın sonunda müəllif şairə bəslənən ümumxalq məhəbbətindən söhbət açıb, şair və yazıcılara göstərilən diqqət və qaygıya görə AYB-nin rəhbərliyinə, eləcə də bütün tədbir iştirakcılarına minnətdarlığını bildirib
.
Tədbir səmimi və yaradıcilıq ovqatında başa catıb.
Sonra xatirə üçün foto-şəkillər çəkilib.
Yusif QARAXANLI,
turan.info.az
.