AMEA-dan turan.info.az-a bildiriblər ki, AMEA akademik
Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun baş redaktorluğu ilə
nəşr edilən “Azərbaycan Respublikasında demoqrafik inkişaf: əhali məskunlaşmasının perspektivləri və regional problemləri” kitabı beş bölmədən ibarətdir.
Nəşr “Azərbaycanda demoqrafik inkişaf problemləri
və əhali məskunlaşması məsələləri”, “Məskunlaşmaya təbii-coğrafi və ekoloji şəraitin təsiri”, “Regionların sosial-iqtisadi inkişafının müasir problemləri”,
“Turizm-rekreasiya ehtiyatlarından istifadə və əhali məşğulluğunun həlli yolları”, “Multikulturalizm və tolerantlıq: Müasir vəziyyət və regionların inkişafının prioritet istiqamətləri” mövzularını əhatə edir.
Akademik Ramiz Məmmədov kitaba yazdığı giriş sözündə qeyd edir ki, əhalinin öyrənilməsi onların səmərəli məskunlaşması, şəhər və kənd məntəqələrinin inkişafı, əhalinin səmərəli məşğulluğunun təmini, miqrasiyanın nizamlanması regional inkişaf fərqlərinin azaldılması üçün zəruridir.
Bu istiqamətdə tədqiqatların aparılması mühüm vəzifə kimi qarşıda durur.
Kitab nəinki bu sahə ilə məşğul olan mütəxəssislər, tələbələr, magistrlər üçün dəyərli mənbə rolunu oynayar, eyni zamanda, geniş oxucu kütləsinin də marağına səbəb ola bilər.
Müşfiq BORÇALI,
turan.info.az
.