Vəkil OVÇUYEVin “Şərəfli ömür” adlı şeirlər kitabı işıqüzü görüb

Vəkil OVÇUYEVin “Şərəfli ömür” adlı şeirlər kitabı işıqüzü görüb TƏBRİK EDİRİK!..

Qədim Borçalı mahalının Darbaz kəndində yaşayıb-yaradan
VƏKİL ƏDALƏT - Vəkil Məhəmməd oğlu Ovçuyev -
1935-ci ildə qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub.
Orta məktəbi doğulduğu Darbaz kəndində bitirib.
1950-1955-ci illərdə indiki Gəncə şəhərindəki Həsən bəy Zərdabi adına Dövlət Pedaqoji İnstitutun fizika-riyaziyyat fakültəsində ali təhsil alıb.
1957-ci ildən Darbaz kənd orta məktəbində fizika-riyaziyyat müəllimi işləyir.

Bu günlərdə Vəkil müəllimin “Şərəfli ömür” adlı şeirlər kitabı
“Borçalı” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilmişdir.

Vəkil müəllimi oxucularla bu ilk görüşü münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı, şəxsi həyatında və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayır və
aşağıda onun iki şeirini dərc edirik...

Etibar Hidayətoğlu
(Ovçuyev),
turan.info.az



Mişasız ağlar

Bu dərdin ahından çoşubdur Xram,
Şindi dağı ağlar, meşələr ağlar.
Qatar qayalarda səcdə durarlar,
Təpələr sızlayar, dərələr ağlar.

Bundan belə o sərt yollar yas tutar,
Yolçusuz yolların canı toz tutar,
Göz yaşı içində islanar, batar,
Qılınclar, bələnlər, talalar ağlar.

Qəribsər Mişasız Ceyran bərəsi,
Şiş qaya, Dar qaya, Əyri çökəsi,
Gör necə kövrəldi Ovçunun səsi.
Çığırlar, bərələr, yamaclar ağlar.

Daşkəsən, Almalı, Çilli dərəsi,
Ağzıgörkən, Yalın uca zirvəsi,
Nəhəng ağacların sərin kölgəsi,
Çadırdan qurulmuş binəlar ağlar.

İgid Mişa ömrün niyə dayandı,
Vəkilin dərdinə min dərd calandı,
Sinələr üstündə ocaq qalandı,
Bu qəzadan ellər, obalar ağlar.
11 avqust 2006-cı il.


Saç niyə ağarır

Yaşın çoxluğundan ağarsaydı saç,
Bu tale qisməti gör nə olardı?
Üç yüz il yaşayan qara qarğanın,
Qapqara tükləri dümağ olardı.

Hicrandan gözlərdə ağarır gilə,
Qar, qırov ələnir fikirdən telə,
Düşünmək çatsaydı qocaman filə,
Onun da tükləri ağa çalardı.

Xəzan yarpaqları boyayır sarı,
Nədənsə çən tutur uca dağları,
Başıma yağmasa fikir, dərd qarı,
Vəkiləm, saçlarım qara qalardı.
1985-ci il.

"ŞƏRQİN SƏSİ" və "ELM və TƏHSİL" qəzetləri,
N: 30 (300), dekabr, 2014, səh.31.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Həkim RƏNA ƏLİYEVA (1953)

Həkim RƏNA ƏLİYEVA (1953)

Səhiyyə, Darvaz
Həkim ETİMAD NƏBİYEV (1970)

Həkim ETİMAD NƏBİYEV (1970)

Səhiyyə, Darvaz
Həkim VİLAYƏT OVÇUYEV (1954)

Həkim VİLAYƏT OVÇUYEV (1954)

Səhiyyə, Darvaz, Müsabiqə
Doğum gününüz mübarək, Vahilə müəllimə!..

Doğum gününüz mübarək, Vahilə müəllimə!..

Darvaz, Təbriklər
Rəşid Vəkil ALLAHYAROV:

Rəşid Vəkil ALLAHYAROV: "Nə yaxşı saxlayıb gözəllər, səni?!."

AzTU-nun MƏZUNLARI, Müsabiqə
Dəmirli ŞAKİR YUSUBOV (1959)

Dəmirli ŞAKİR YUSUBOV (1959)

"XXI əsrin Ziyalıları", Bolus, Darvaz
Təbrik edirik, MUSA MÜƏLLİM!..

Təbrik edirik, MUSA MÜƏLLİM!..

Darvaz, Təbriklər
Azərbaycanlı Legioner Vəkil Xəlilov (1920)

Azərbaycanlı Legioner Vəkil Xəlilov (1920)

Başkeçid
Aslan Çerpanlı: Eşidin, ay ellər, sağdı Yırğançay!..

Aslan Çerpanlı: Eşidin, ay ellər, sağdı Yırğançay!..

Başkeçid, Müşfiq Borçalı
Professor Nizami HƏSƏNLİ (1941)

Professor Nizami HƏSƏNLİ (1941)

"XXI əsrin Ziyalıları", Bolus, Turan, Diaspora
Təbrik edirik, Təhməz müəllim!

Təbrik edirik, Təhməz müəllim!

Borçalı, Təbriklər
MƏCLİSLƏRİMİZİN BƏZƏYİ - MEHMAN OVÇUYEV

MƏCLİSLƏRİMİZİN BƏZƏYİ - MEHMAN OVÇUYEV

Başkeçid
AŞIQ SONA HAMAMLI (1918-1988)

AŞIQ SONA HAMAMLI (1918-1988)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Başkeçid
RƏFAEL QƏHRƏMANOV:

RƏFAEL QƏHRƏMANOV: "Laçın avazıyla elə ağlaram..."

Qarabağ, Müsabiqə
FƏRMAN ƏLİYEV (1962)

FƏRMAN ƏLİYEV (1962)

Qabal, Müşfiq Borçalı
Professor Məmməd Xası oğlu Əliyev (1956)

Professor Məmməd Xası oğlu Əliyev (1956)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Darvaz
RUMANƏ ƏMRƏLİYEVA (1991)

RUMANƏ ƏMRƏLİYEVA (1991)

Qarabağ, "XXI əsrin Ziyalıları"
TƏBİƏT VURĞUNU, ALİM-ZİYALI VƏKİL XƏLİLOV

TƏBİƏT VURĞUNU, ALİM-ZİYALI VƏKİL XƏLİLOV

Biologiya və tibb elmləri, "Elm və Təhsil", "Şərqin səsi", Bolus
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MUSA MÜƏLLİM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MUSA MÜƏLLİM!..

Darvaz, Təbriklər, "Borçalı" Cəmiyyəti
HİDAYƏT  GÖYÜŞOV (1960)

HİDAYƏT GÖYÜŞOV (1960)

Məktəblər, "XXI əsrin Ziyalıları", Bolus
Rəy yazın: