yaxın günlərdə
Azərbaycanda baş tutacaq
İslam Həmrəyliyi Oyunlarının proqramına
milli idman növü olan
Zorxana da daxil edilib.
Məsələyə aydınlıq gətirmək üçün jurnalist Günay Novruz
Azərbaycan Milli İdman Növləri Assosasiyasının və Azərbaycan Zorxana Federasiyasının prezidenti, Əməkdar bədən tərbiyəsi və idman xadimi, professor
Xanlar Qurbanovla görüşüb, ondan hazırlıq prosesini soruşub.
Professor Xanlar Qurbanov qeyd edib ki, vaxtilə Bakı şəhərindəki zorxana qoşa qala qapısının yanındakı zirzəmidə yerləşib. Naxçıvanda da zorxana olub.
Hazırda o, tarix muzeyi kimi fəaliyyət göstərir.
Qeyd edək ki, bu idman növü çox rəngarəngdir
və digər növlərə bənzəmir.
Zor – “güc”, xana isə - “məkan” mənasını verir.
Bu növün tarixi çox qədimlərə gedib çıxır.
Əvvəl-əvvəl zorxanalar döyüşçü və pəhləvanların fiziki hazırlıq hərəkətlərini icra etdikləri məkan olub.
Həmin müsahibəni böyük məmnuniyyətlə
turan.info.az-ın dəyərli oxucularına təqdim edirik:
turan.info.az/Tv
.