Son illərdə DünyaTV kanalında baş verən köklü dəyişikliklər aşkar şəkildə hiss olunmaqdadır.
Tanınmış televiziya mütəxəssisi, əməkdar jurnalist,kinovə televiziya mütəxəssisi Ramiz Hüseynovun rəhbəri və təsisçisi olduğu bu kanal başqa bir fərqli tərzdə öz veriliş və layihələri ilə tamaşaçıların görüşünə gəlir. Xəbərlərin dolğunluğu, əhatə dairəsinin genişliyi, ölkədə və dünyada baş verən hadisələrin analitik və qərəzsiz tamaşaçıya çatdırılması tamaşaçının xəbərə olan qıtlığını doldurmaqda əvəzsiz xidmətləri olan kanalın son 4 ildə uğurları təqdirəlayiqdir.
Onu da qeyd etmək istərdik ki, qeyri-peşəkarlar və peşəkarlıqdan uzaq insanların efirdə azlığı kanalın tutduğu obyektiv mövqedən xəbər verir.
Azərbaycan ədəbi dilinin efirdə qorunması, bu sahədə kanalda aparılan işlər öz nəticəsini verir. Peşəkar teleaparıcılar Samir Bayramlı,Fərqanə Gülağaqızı və.b öz professionallıqları ilə tamaşaçı kütləsinin rəğbətini qazana biliblər. Xəbər aparıcıları başqa bir formatda tamaşaçıya informasiyaları təqdim etməklə öz peşəkarlıqlarını sərgiləyirlər. Teleməkanda hazırda "Tam səmimi","Nəğməli dünya"verilişləri ilə musiqi ictimaiyyətinin və tamaşıçıların rəğbətini qazanmış telejurnalist Samir Bayramlının fəaliyyəti hamını sevindirir. Eləcə teleaparıcı Fərqanə Gülağaqızının bilik dairəsi, hazırcavablığı qanedicidir. "Bu sabah"verilişi də baxımlı verilişlərdəndir.
Kanalda"Qanun və cəza"kimi qanunlara xidmət edə,insanları düzgün yola aparan,maarifləndirici,hüquqi veriliş də rəğbət qazanıb.. Kanalda aparılan köklü islahatlar aparıcıların digər formatda və simada tamaşaçı auditoriyasına təqdim edilməsində öz bəhrələrini verir.
Son illərdə dövlət və dövlətçiliyimizin təbliği, milli-mənəvi dəyərlərimizin aşılanması, nadir sənət incilərimizin tamaşaçılara çatdırılaraq apardıqları maarifləndirmə işi təqdirəlayiqdir. Qeyd etmək yerinə düşərdi ki, kanalda problem olaraq qaldırılan məsələlər çox qısa zaman kəsiyində öz efir nəticəsini verir. İşinə məsuliyyətlə yanaşan məmurların qüsurları obyektiv şəkildə, çəkinmədən efirə verilir.Təkcə Sumqaytın yox,ətraf bölgələrin inkişafı,uğurları kanalda mütamadi işıqlandırılır. Məhz bu addımlar xalqın kanala olan inamını və etibarını daha da artırır.Rəhbərliyin peşəkarlığı kanalın tərəqqi və inkişafına böyük töhfələr verir. Kanalın rəhbərliyi tələbkarlığı, peşəkarlığı, yüksək idarəetmə qabiliyyəti, mədəniyyəti, nizam-intizamı kanalda çalışan işçilərə də bir örnək olduğundan kanal daha böyük uğurlara imza atır.
Dünya Tv kanalında sıçrayışlar daha qabarıq hiss olunur. Kanaldakı yaranan müsbət ab-hava olduqca qənaətbəxşdir. Baxımlı kanal olmaqla bərabər Dünya TV ziyalıların seçimində və dəstəyində olan bir kanal səviyyəsinə yüksəlməyə çalışır.
Təbii ki, bu DÜNYA TV rəhbərliyinin və kollektivin zəhmətinin nəticəsidir. İnanırıq ki, qarşıda milyonlarla tamaşaçısı olan Dünya TV kanalı daha maraqlı layihələri ilə tamaşaçıların görüşünə gələcək və istedadlı gənclərin dünya arenasına çıxmalarında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, mədəni irsimizin təbliğində öz xeyirxah missiyasını davam etdirəcək.
Və heç zaman Dünya kanalı haqqı nahaqqa qurban verməyəcək.
Vüqar Əhməd,
filologiya elmləri doktoru, professor
.