Qərbi Azərbaycanın
Axta mahalının (hazırki Razdan rayonu)
Qaraqala kəndində
anadan olub.
İki il İrəvandakı göy məsciddə dini təhsil alıb.
Hələ kiçik yaşlarından atası vəfat etdiyindən dayısı, ustad aşıq Dərəçiçəkli Alı həm ona, həm də qardaşı Məmmədə himayəçilik edib, saz-söz sənətini sevdirərək hər ikisinin ustad aşıq kimi yetişməsində böyük rol oynayıb.
Ermənilərin törətdikləri kütləvi qırğınlardan yaxa qurtarmaq üçün Sadıq Hasan oğlu 1920-ci ildə Borçalının Araplı kəndinə köçüb.
Burada uzun müddət qalmayaraq Qaçağan kəndinə, daha sonra isə Görarxıya (Alget), 1922-ci ildə isə Tiflisə köçüb.
Tiflisin ədəbi-mədəni mühiti onun bir sənətkar kimi daha da püxtələşməsində mühüm rol oynayıb.
Bir çox aşıqların yetişməsində onun böyük xidmətləri olub.
Bu görkəmli sənətkar 1946-1952-ci illərdə Qazaxda, sonra isə ömrünün sonuna kimi Tiflisin yaxınlığındakı Soğanlıq kəndində yaşayıb.
Aşıq Sadıq Sultanov 1965-ci il sentyabrın 4-də vəfat edib.
Allah rəhmət eləsin!..
***
P.S.: Onun lent yazılarını mənə, şəxsiyyərinə böyük hörmət bəslədiyim, ünlü folklorşünas Elxan Məmmədli Gürcüstan radiosu üçün vermişdi.
Mən də bu lent yazılarını Gürcüstan radiosu bağlanandan sonra öz şəxsi arxivimdə qoruyub saxlayıram.
İndi məqamı gəldi, onun pərəstişkarlarını sevindirmək üçün turan.info.az saytına təqdim edirəm.
Hörmətlə: Mirzə Məmmədoğlu
.