Mayın 15-də Bakının Yasamal rayonundakı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialının Ə.Vahid adına kitabxana-muzeyində istedadlı şairə Səidə Əşrəfqızının yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
Gecədə həm də
şairənin bu günlərdə "Borçalı" nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxuuların ixtiyarına verilmiş
"Dönük tale" adlı şeirlər və "Müğənni qız" adlı poema kitabı təqdim olunub.
Tədbiri giriş sözü ilə kitabxana-muzeyin müdiri Mətanət xanım Qasımova açıb.
Şairənin doğum günü ilə eyni vaxta təsadüf edən tədbirdə Səidə xanımın ilk kitabının nəşrində redaktor və naşir kimi böyük əməyi olmuş Azərbaycan Respublikası “Təhsil” Mərkəzinin baş direktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Şərqin səsi” qəzetinin Baş redaktoru Müşfiq Borçalı da iştirak etmiş, Səidə xanımı kitabının təqdimatı və doğum günü münasibətilə ürəkdən təbrik etmiş, onun ünvanına xoş sözlər söyləmiş, insani keyfiyyətləri və bədii yaradıcılığının müsbət məziyyətləri haqqında ətraflı çıxış etmişdir.
Sonra Yasamal rayon Mərkəzləşmiş kitabxana sisteminin direktoru Vəfa xanım Quliyeva şairənin həyat və yaradıcılığı haqqında geniş çıxış edib, onun ictimai fəaliyyətini, mədəniyyətimizin inkişafında göstərdiyi fasiləsiz əməyini yüksək qiymətləndirib, şairəni kitabının təqdimatı və doğum günü münasibəti ilə təbrik edib, ona uzun ömür, möhkəm can sağlığı və həyatda yeni-yeni müvəffəqiyyətlər arzulayıb və Səidə xanıma hədiyyə təqdim edib.
Sonra tədbirin aparıcısı
Elvira xanım Seyidova sözü
3 saylı filialın müdiri Arzu Xudayarova və Bakıdakı
246 saylı orta məktəbin şagirdi Ədilə Xudayarovaya vermişdir. Ədilə şairənin "Xocalı" şeirini xüsusi şövqlə söyləmişdir.
Tədbir iştirakçıları “Xocalım”, “Gəl barışaq”, “Dönük tale” şeirlərini, “Müğənni qız” poemasından parçaları müəllifin öz ifasında dinlədikdən sonda şairə Səidə Əşrəfqızı yeni şeirlərini oxumuş, gələcək yaradıcılıq planları haqqında söhbət açmış, tədbirin təşkilatçılarına və eləcə də bütün iştirakçılarına öz dərin təşəkkürünü və minnətdarlığını bildirmişdir.
Ədəbi-bədii gecə sonra şirin çay sürfəsi arxasında davam etmişdir. Səidə Əşrəfqızı öz imzası olan kitablarını kitabxana əməkdaşlarına təqdim etdikdən sonra xatirə üçün foto-şəkillər çəkilmişdir.
Samirə KƏRİMOVA,
turan.info.az -ın və "Şərqin səsi" qəzetinin AMEA üzrə nümayəndəsi.
Ədəbi-bədii gecədən
hazırlanmış video-süşetə
baxmaq üçün
aşaqıdakı səhifəni
link edin:
My Webpage
My Webpage
.