Gürcüstanda parlament seçkiləri öncəsi deputatlığa namizədlərin debatı zamanı insident yaşanıb.
Virtualaz.org bildirir ki, insident Kvemo Kartli TV-nin studiyasında canlı yayım zamanı qeydə alınıb.
Belə ki, azərbaycanlı namizəd Polad Xəlilovla Demokratik Hərəkat-Vahid Gürcüstan Partiyasının namizədi Qurqenaşvilinin dialoqu dava ilə nəticələnib. Namizədləri sakitləşdirmək cəhdi uğursuz alınıb.
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri dörd ildə bir dəfə keçirilir.
Bu il deputatların yeni tərkibi 8 oktyabrda seçiləcək.
Sonda insidentin yaşandığı həmin videonu təqdim edirik: