Sumqayıt şəhərində
"ŞEİR DÜNYAMIZ"
Ədəbi məclisinin növbəti
poeziya gecəsi keçirilib.
Gecəni giriş sözü ilə
Ədəbi məclisin sədri,
ASKEİN-nin üzvü, AJB-nin üzvü,
Azər KİVİHİ-nin komissiya üzvü,
"Qızıl qələm" media mükafatı laureatı,
"Azərbaycanın fəxri", "Peşekar jurnalist",
"İlin jurnalisti", "İlin yazarı",
"İlin vətənpərvər şairi", "Dəmir yumruq"
və s. Fəxri diplomlara layiq görülmüş
tanınmış şair, jurnalist-publisist
Aynurə Ulduz açıb.
O, məclisinin fəal üzvü olan şair Əliyar Cavadlını ad günü münasibətilə ürəkdən təbrik edib, ona xoş arzularını söyləyib.
Bu səmimi təbirikə və xoş arzulara "Şeir dünyamız" ədəbi məclisin fəal üzvlərindən olan tanınmış şair-jurnalist, "Qızıl qələm" media mükafatı laureatı Leyli Nur Novruzova, tənqidçi Ələkbər Böyükağa oğlu, şair publisist Mədaxil Cavadlı, şair Qəzəlxan Əlyar Günəşoglu, şair Şahin Qərib və başqaları da qoşularaq məclisə daha da gözəlik qatıblar.
Sonra məclis üzvləri çay süfrəsi arxasında növbəylə öz şeirlərini oxuyublar.
Sonda tort kəsilib və ümumi xatirə foto-şəkillər çəkdirilib.
Bu tədbir tairxi yaddaşlara yazılıb.
turan.info.az
.